Nazirlər Kabineti dövlət investisiyalarının bölünməsi haqda qərara yenidən baxıb
2012-ci ildə Nazirlər Kabineti dövlət investisiyalarının bölünməsi haqda 6 fevral tarixli 24S qərara dəfələrlə yenidən baxıb. Onlardan biri 2012-ci ildə tikilən “Baku Crystal Hall” idman-konsert kompleksi ilə əlaqədardır və çox şübhəlidir. Bu həftə yayılan Nazirlər Kabinetinin 30 noyabr 2012-ci il tarixli sərəncamına əsasən, bu layihənin maliyyələşmə həcmi 27 255 min manat azaldılıb. Xatırladaq ki, 2011-ci ilin iyulunda dövlət başçısı kompleksin tikintisi üçün dövlət büdcəsindəki Ehtiyat Fondundan ilkin olaraq 6 mln manat ayırmışdı. Ötən il Nazirlər Kabineti bu məqsədlə daha 46,9 mln manat ayırıb. İstismara verilən zaman görülən işlər barədə rəsmi məlumat verilmədi. Hesablamalar göstərir ki, tikinti işləri başqa dövlət və özəl mənbələrdən maliyyələşməyibsə, “Baku Crystal Hall” 25 645 min manata başa gəlib. Sifarişçi Əmlak Məsələləri Dövlət Komitəsidir. ƏMDK-də bu işlərin maliyyələşməsi barədə şərh verməyiblər. Qeyd edək ki, 30 noyabr tarixli sərəncamla ali məktəblərin şəhərdən kənara köçürülməsi üçün nəzərdə tutulan vəsait 5 mln manat azaldılıb. Əldə edilən 32 255 min manat parlament (1 mln manat), Xarici İşlər Nazirliyi (2 mln manat), Moskva Dövlət Universitetinin Bakı filialı (4 055 min manat), Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası (2 mln manat), “Azərkosmos” ASC (13 mln manat), “Bakıelektrikşəbəkə” (7,2 mln manat) və yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (3 mln manat) arasında bölünüb. “İqtisadiyyat şöbəsi”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?