Bakıda mətbuat yayımı ilə məşğul olan ən böyük firma – “Qasid” Açıq Səhmdar Cəmiyyəti pərakəndə satış şöbəsinin fəaliyyətini dayandırıb. Bunu sentyabrın 17-də “Media forum” saytına firmanın rəhbəri, deputat Mirkazım Kazımov deyib. Mirkazım Kazımov qeyd edib ki, hazırda firmanın cəmi 70 köşkü var: “Bakıda aparılan abadlıq işlərinə görə köşklərimizin xeyli hissəsi götürülüb. Son vaxtlar firma satışda rəqabətə tab gətirə bilmir. Ona görə də firmanın pərakəndə satış şöbəsini bağladım. Satış şöbəsi bu gün özünü doğrultmur. Amma firmanın birdəfəlik bağlanması mümkün deyil. Abunə şöbəsi fəaliyyətini davam etdirir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?