GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abutalıbovun azad mediaya qarşı köşk siyasəti

Abutalıbovun azad mediaya qarşı köşk siyasəti

Tarix: 1-01-2013, 14:47 Bölmə :Ölkə Baxış: 1 345
Abutalıbovun azad mediaya qarşı köşk siyasəti
Millət vəkilindən meriyaya sərt ittiham: «İşadamıdır, məmurdur – hər kimdirsə, şəhərdə 150 köşk qoyub. Belə olanda deyərlər, ay Bakı şəhər İcra Hakimiyyəti, 150 köşk qoyurdunsa, niyə «Qaya»nın köşklərini qaytarmırsan?”

Xəbər verildiyi kimi dekabrın 28-də «Azadlıq» qəzetinin əməkdaşları «Qasid» yayım firmasının qarşısına yığışaraq bu firmadan borclarını istəyiblər. «Azadlıq» qəzetinin baş redaktoru Rahim Hacıbəyli deyir ki, «Qasid» yayım firması apreldən bəri «Azadlıq» qəzetinin pulunu ödəmir: «Qasid» firmasının «Azadlıq» qəzetinə borcu 30 min manatdan aşağı düşmür. Yalnız cüzi ödəmələr olur. «Azadlıq» qəzeti üçün 30 min manat böyük məbləğdir. Bu gün sırf bu səbəbdən əməkdaşlara borcumuz var. Təsəvvür edin, Yeni il gəlir, ancaq bizim vəziyyətimiz ağırdır. Bunun arxasında Azərbaycan hakimiyyəti dayanıb. Sırf iqtisadi üsullarla azad mətbuatı boğmaq istəyirlər».
«Qasid» firması təkcə «Azadlıq» qəzetinə borclu deyil. Bu qəzetlərin sayı çoxdur. Firmanın direktoru Mirkazım Kazımov deyir ki, borcları var, ancaq mərhələ-mərhələ ödəyəcəklər. O, yayda köşkləri götürüləndən sonra vəziyyətlərinin ağırlaşdığını söyləyir: «Yayda birdən-birə 80 köşkümüzü götürdülər. Problem həm də bundan irəli gəlir. Bizim köşklər sovet dövründən qalmışdı, 6 kvadratmetr idi. İndi yeni köşklər qoyulub, o köşklərdə şərait də var. Bizim hələ o köşklərdən yoxumuzdur».
Mirkazım Kazımov deyir ki, indi 180 köşkləri var. Qəzetləri də orada satırlar. Yeni köşklər üçün onlar da Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Başqa bir firma – «Qaya» yayım firması da 2001-ci ildə götürülmüş 9 köşkünü hələ qaytara bilmir. Firmanın direktoru Xanhüseyn Kazımovun fikrincə, yayım işi inhisara alınmaqdadır: «İşadamıdır, məmurdur – hər kimdirsə, şəhərdə 150 köşk qoyub. Belə olanda deyərlər, ay Bakı şəhər İcra Hakimiyyəti, 150 köşk qoyurdunsa, niyə «Qaya»nın köşklərini qaytarmırsan? Heç həmin köşklərdə qəzet satmaq fikirləri də yoxdur. İcarəyə verib, pullarını qazanırlar. Azad yayım olmasa, azad mətbuat da olmayacaq».
Yeni köşklər Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə qoyulub. Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, hazırda onların sayı 150-dir: «Bu köşklər Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında qoyulub. Əvvəllər həmin köşklərdə qəzet az satılırdı, indi çox satılır. Son zamanlar bu köşklərdə satılan qəzetlərin sayı, qismən də olsa, artıb. Qənaətbəxş səviyyədə deyilsə də, gələcəkdə sayları artacaq». Əlabbas Bağırovun dediyinə görə, şəhər rəhbərliyi digər yayım şirkətləri üçün köşk qoyulması məsələsinə baxmır.
Uzun müddət qəzet yayım işini araşdırmış jurnalist Şahvələd Çobanoğlunun fikrincə, qəzet yayımının vəziyyəti acınacaqlıdır: «Əvvəl klassik köşkləri yığışdırdılar. Yeni köşkləri qoymaqla yayım işini tamamilə öz nəzarətlərinə keçirdilər. İstədikləri qəzeti satırlar, istəmədiklərini satmırlar. Bu köşklərdən ticarət məqsədi üçün istifadə edirlər. Bu, yayım işinə çox ağır başa gəldi». Şahvələd Çobanoğlu deyir ki, dövlət bu sahəni nəzarətə götürmək yolunu yox, ayrı-ayrı yayım firmalarına yardım yolunu seçməlidir.

Kəbiran Dilavərli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • «Azadlıq» yenə bağlanmaq təhlükəsi ilə üz-üzə

    «Azadlıq» yenə bağlanmaq təhlükəsi ilə üz-üzə ...

    14-06-2016, 20:01

  • 
  • “Qasid” borcunu qaytarmaq istəmir

    “Qasid” borcunu qaytarmaq istəmir ...

    29-11-2013, 14:12

  • 
  • “Azadlıq” qəzetinin çapını dayandırması ilə bağlı mətbuat konfransı keçirilib

    “Azadlıq” qəzetinin çapını dayandırması ilə bağlı ...

    13-11-2013, 14:56

  • 
  • Jurnalistlər Bakıda aksiya keçirdi – FOTOLAR

    Jurnalistlər Bakıda aksiya keçirdi – FOTOLAR ...

    19-07-2013, 12:42

  • 
  • Abutalıbovdan köşk “bezprideli”

    Abutalıbovdan köşk “bezprideli” ...

    2-12-2012, 23:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (456)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu