GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycanın baş bankiri gərgin “döyüşə” hazırlaşır

Azərbaycanın baş bankiri gərgin “döyüşə” hazırlaşır

Tarix: 24-09-2014, 11:20 Bölmə :İqtisadiyyat Baxış: 706
Qərb mətbuatı Azərbaycanın baş bankirinin gərgin “döyüşə” hazırlaşdığını yazırGerhard Manqott: “Elman Rüstəmovu NABUCCO layihəsinin qurbanı da hesab etmək olar”

Azərbaycanın baş bankiri gərgin “döyüşə” hazırlaşır
Azərbaycana Avstriya xarici işlər nazirinin səfəri gözlənilir. Bu səfər onun Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq. İlk baxışdan bu səfərdə Azərbaycan üçün qeyri-adi heç nə yoxdur. Nazir gələcək, Azərbaycan rəsmiləri ilə görüşəcək, hansısa müqavilələr imzalanacaq, iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsi barədə bəyanatlar veriləcək. Yəni standart bir prosedur. Amma əslində, diqqət çəkən digər məqamlar da var.

Artıq neçə müddətdir ki, Avstriya dedikdə Azərbaycanda bir sıra jurnalistlərin və ekspertlərin yadına Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun da adı hallanan qalmaqal düşür. Təsadüfi deyil ki, Qərb analitikləri avstriyalı məmurun Azərbaycan səfərinin daha çox pərdəarxası məqamlarına diqqət yetirməyi məsləhət görürlər. Onlar hesab edirlər ki, Bakı ilə Vyana arasında bu insident mütləq müzakirə ediləcək. Hələ ki, yerli ekspertlər 14 milyonluq rüşvət skandalı ilə bağlı Elman Rüstəmovun məsuliyyətə cəlb edilib-edilməyəcəyi barədə ehtimallar irəli sürürlər.

Qərb mətbuatı nə yazır?

Avstriya mətbuatının çox da dərin olmayan monitorinqi xeyli düşünməli nəticələrə gətirib çıxarır. Belə görünür ki, artıq bu məsələ nə Avstriya prokurorluğunu, nə məhkəmə orqanlarını, nə insidentdə adı hallanan digər şəxsləri - Avstriya Mərkəzi Bankının vitse-prezidenti Volfqanq Duçatzeki, Panamada qeydiyyatdan keçən "Venkoy" offşor şirkətinin rəhbərliyini, Avstriya Bankının törəmə şirkəti olan "OeBS" şirkətinin keçmiş baş direktoru Maykl Volfu və daha 9 əməkdaşını, maraqlandırır.

Əslində, məsələ elə də sadə deyil. Əgər həmin o Qərb mətbuatına inansaq, yuxarıda adı çəkilən insanlar həm azərbaycanlı məmura, həm Suriya Mərkəzi Bankının sədri Ədib Mayala, həm də bir çox Asiya, Afrika və Latın Amerikası ölkələrindəki kolleqalarına iri məbləğlər ödəyiblər ().

Məsələnin daha bir maraqlı cəhəti isə ödənilən məbləğlərin Qərb praktikasına görə rüşvət hesab edilməməsidir. Belə ki, Qərbdə artıq neçə onilliklərdir ki, "full economic costs" (tam iqtisadi xərclər) sistemi ilə belə pullar leqallaşdırılır. Bu sistemə görə, şirkətlər bu və ya digər müştəriyə məhz onları seçdiyi üçün mükafat, komissiya haqqı və digər yollarla əməliyyat üçün ayrılan pullardan müəyyən məbləği qaytarırlar.

Suriya ilə əlaqəli üzə çıxan məsələdə isə siyasi amil rol oynayıb. Avstriya müstəqil dövlət olsa belə, 1995-ci ildən Avropa İttifaqının üzvüdür və Aİ-yə görə, onun üzvləri geosiyasi cəhətdən Qərbə qarşı olan dövlətlərlə işləməməli, onlara kömək etməməlidirlər. Qərb hesab edir ki, qoy belə dövlətlərlə Moskva, Tehran və qismən də Pekin məşğul olsun.

Elman Rüstəmov - NABUCCO qurbanı?

"Bizim Yol" əməkdaşı ilə söhbətində avstriyalı politoloq Gerhard Manqott bildirib ki, Suriya və digər ölkələrin Bank rəhbərliyindən fərqli olaraq, Elman Rüstəmovla bağlı məsələdə xeyli başqa problemlər var. Onun fikrincə, Elman Rüstəmov amilinin qabardılmasının başlıca səbəbi Avstriyanın NABUCCO layihəsinin reallaşması ilə bağlı ümidlərinin boşa çıxmasıdır.
Məlumdur ki, bu layihə təkcə Avropaya mavi yanacağın diversifikasiyasını həyata keçirməyəcəkdi, həm də Avstriyanı Avropada ikinci qazpaylayıcı ölkəyə çevirəcəkdi. Manqott hesab edir ki, Qərb bu qalmaqal vasitəsilə rəsmi Bakının əsəbləri ilə oynamağa çalışacaq.

Tanış xətt

Avstriyalı ekspertin dediklərində həqiqət var. Yəni zaman-zaman Qərb Azərbaycan hansısa istəyini əldə etmək üçün müxtəlif kombinasiyalar qurur. Hansısa məmura, yaxud proyektə yönəlik informasiya sızdırılır və bunun ətrafında hay-küy qaldırılır.
Məsələn, 2003-cü ildə Azərbaycanda prezident seçkiləri ərəfəsində nüfuzlu "Financial Times" qəzeti məşhur "Minaret" kompaniyasının yaradıcısı Viktor Kojeninin adı ilə bağlı skandal yazı çap etdi. Guya ki, Kojeni SOCAR-ın özəlləşdirilməsi üçün Dövlət Əmlak Komitəsinin rəhbərliyinə 100 milyon dollar pul veribmiş. Sonradan bu skandal ətrafında hay-küy yatdı, amma belə açıqlamalar sonuncu olmadı. Sonuncu dəfə 2012-ci ildə Qərb mətbuatı Azərbaycanda "Eurovision"a hazırlıqla bağlı da süni qalmaqal yaratdı.

Adətən, belə "yağlı" yazıların sifarişçiləri "Global Witness" və ya "Justice Network" kimi beynəlxalq araşdırma mərkəzlərinin xidmətlərindən yararlanırlar. Təbii ki, onlara yaxşı pul verilir, əvəzində isə bir müddətdən sonra dünya ictimaiyyəti iri rəqəmlərin də iştirak etdiyi növbəti "sensasiya"nın şahidi olur. Bu tipli məlumatları yaymaqla Avropa bundan başqa cür istifadə edir: imkan düşən kimi bu "böyük günahlar" hədəfə aldıqları ölkənin rəsmilərinə bildirilir, onlar da loyallıq müqabilində müxtəlif beynəlxalq humanitar proyektlərə və Qərbə sərf edən digər aksiyalara iri məbləğdə pullar xərcləyirlər. Bu "ifşaların" məqsədi və mexanizmi bu qədər sadədir.

İttiham aktı

Qərb mətbuatında bu mövzu ilə bağlı yazılara diqqət yetirsək, görərik ki, Elman Rüstəmov Avstriyanın "xeyir kisəsində" heç də ən qiymətli daş deyil. Həm də Avstriya hakimiyyətinin məqsədi - bu skandala görə özlərinin sudan quru çıxmaq cəhdləri - satisfaksiya şəklində xeyir almaqdır. Onların real məqsədi heç də hansısa Azərbaycan və ya Suriya məmurunun cəzalandırılmasına nail olmaqla həqiqətin və ədalətin bərqərar olması deyil.

Avropanın NABUCCO-ya məhəbbətinin kökündə Rusiyanın əsəbi ilə oynamaq faktoru da var idi. Və bu ərəfədə Avstriya və Azərbaycan əlaqələri xeyli inkişaf etdi. Əlaqələr o qədər ciddi idi ki, 2013-cü ildə ticarət dövriyyəsi 488 milyon 751,89 min dollara çatdı. Bu məbləğin 81,7 faizi (399 milyon 482,7 min dollar) Avstriyadan Azərbaycanın qış xizək kurortu olan Şahdağa lazım olan avadanlıqların alınmasına sərf olundu.

Sivil, sadə avropalı üçün Elman Rüstəmovun adı hallanan skandalda daha maraqlı bir cəhət vardı - Mərkəzi Bankın xüsusi silahlı nümayəndələrinin verilən məbləğin bir hissəsini, keçmiş dövrlərdə olduğu kimi nəqd şəkildə, diplomatlarla aparması...
Cinayət işində həm də Elman Rüstəmova verilən "otkatın" çox hissəsinin Panamada qeydiyyatdan keçən, yaşlı bir qadının adına olan "Venkoy" şirkətinin hesabına köçürülməsi barədə izahatlar da var. Avstriya prokurorluğunun ittiham aktında elə belə də yazılıb: məqsəd - Azərbaycandan gələn sifarişin mümkün qədər uzunmüddətli olmasına nail olmaq.

Bu o deməkdir ki, hələ Azərbaycan və Avstriya hökumətləri müqavilə imzalamamış, bank sektorundakı insanlar bir-biri ilə əlaqəyə girmiş və bütün əməliyyatı detallarına qədər planlaşdırmışdılar. Təbii ki, Xəzər sahilindən, onları məhz bu Avstriya şirkəti ilə işləməkdə maraqlandırmayana qədər cavab gəlməmişdi. Maraqlar konkretləşəndən sonra isə müqavilə də imzalandı.

Baş bankir döyüşə hazırlaşır

Elman Rüstəmovun bu əməliyyatda birbaşa günahkar olmasını sübut etmək çətin olacaq. Azərbaycanın baş bankiri bu tipli işlərdə böyük təcrübəyə malik beynəlxalq arenada məşhur olan vəkillər tutub. Bəzi ekspertlər isə bildirirlər ki, əslində, Azərbaycan hökumətinin özü məsələnin aydınlığa çıxmasına, hansısa qüvvələrin konkret fərdlərə bağlı qalmaqalları ümumilikdə hökumətə yönəltməsinin qarşısını almağa və yuxarıda qeyd etdiyimiz kimi, Qərb maliyyə dairələrinin əlinə əlavə təzyiq vasitəsi verməməyə çalışır.

Əslində, Qərbdəki maliyyə fırıldaqlarının maraqlı tərəfləri var. Orada Avropa düşüncəsi ictimai normaların konkret şəxslər tərəfindən pozulmasını mümkün sayır. Məsələn, Avropada bir bankir istedadlı təşkilatçı, ətrafına yaxşı mütəxəssislər yığan, böyük ambisiyaları hədəfləyən mahir fırıldaqçı ola bilər. Bu baxımdan, avropalıların ipin ucunu bir istiqamətdən digərinə çəkməsi heç kimi təəccübləndirməyəcək.

Ekspertlər hesab edirlər ki, Elman Rüstəmova qarşı cinayət ittihamının irəli sürülməsi zaman məsələsidir. Bu aqibəti bəri başdan görən baş bankir özünə bahalı vəkillər tutub. Onlar startdadırlar və ittiham elan olunan kimi işə başlayacaqlar. Bununla yanaşı, Azərbaycan hökumətinin də Elman Rüstəmovun arxasından çəkiləcəyini istisna edənlər də var. Amma bu yardım pərdəarxası olacaq və odur ki, bu situasiyada Elman Rüstəmov faktiki olaraq, özü-özünü Avropa femidası qarşısında tək müdafiə etməli, lazım gəlsə, ittihamların müəyyən hissəsini öz üzərinə götürməlidir. Odur ki, baş bankir Avstriya məhkəməsinin qərarını böyük narahatlıqla gözləyir.

P.S. Xatırladaq ki, Avstriya şirkətinin Azərbaycan üçün əskinaslar çap etməsi müqabilində Mərkəzi Bankın rəhbərliyinə rüşvət verməsi ilə bağlı cinayət işi iki il əvvəl açılıb. Bu məsələnin nəinki Avropa, hətta Azərbaycan mətbuatında da dəfələrlə işıqlandırılmasına baxmayaraq, Mərkəzi Bank hələ ki, bu məsələyə heç bir reaksiya bildirməyib.

P.P.S. Mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankına rəsmi sorğu göndərmişik. Mövzunu gündəmdə saxlayacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə məhkəmə başlayır

    Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə ...

    15-01-2014, 16:03

  • 
  • Elman Rüstəmovdan nəvəsinə eksklüziv hədiyyə

    Elman Rüstəmovdan nəvəsinə eksklüziv hədiyyə ...

    4-01-2013, 15:16

  • 
  • Azərbaycan Mərkəzi Bankının adı Avstriyada korrupsiya qalmaqalında

    Azərbaycan Mərkəzi Bankının adı Avstriyada ...

    15-06-2013, 02:13

  • 
  • Elman Rüstəmov Vyana işini bağlayır

    Elman Rüstəmov Vyana işini bağlayır ...

    29-03-2014, 15:31

  • 
  • Ollandın səfərinin sirri

    Ollandın səfərinin sirri ...

    14-05-2014, 15:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu