GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ruslar indi də Azərbaycandan ət məhsulları dilənir -ÖZƏL

Ruslar indi də Azərbaycandan ət məhsulları dilənir -ÖZƏL

Tarix: 26-09-2014, 15:18 Bölmə :İqtisadiyyat Baxış: 1 343
Vahid Məhərrəmov: "Azərbaycanın istehsal etdiyi ətin maya dəyəri, satış qiyməti yüksək olduğundan rəqabət qabiliyyəti yoxdur, onu ixrac etmək mümkün deyil"

Vahid Əhmədov: "Proses daxili bazarda qiymət artımına səbəb olacaqsa, ətin ixracına imkan verilməməlidir"

Ruslar indi də Azərbaycandan ət məhsulları dilənir -ÖZƏL

Moskva meri Sergey Sobyanin bildirib ki, Azərbaycandan meyvə tərəvəzlə yanaşı, ət və ət məhsullarının da Rusiyaya göndərilməsi üçün danışıqlar aparılır. Bu vəziyyət onu göstərir ki, Qərbə münasibətdə Rusiyanın tətbiq etdiyi əks sanksiyalar bu ölkədə sözügedən məhsullara da ciddi tələbat yaradıb. Qeyd edək ki, hazırda Azərbaycandan Rusiyaya meyvə və tərəvəz ixracı xeyli artıb. Bununla şimal ölkəsi öz səhvi üzündən düşdüyü ağır durumu müəyyən qədər aradan qaldıra bilib. Lakin onun tam aradan qaldırılması mümkün deyil. Görünür ona görə də Moskva bu dəfə Azərbaycana ət və ət məhsullarının alınması üçün ağız açmaq məcburiyyətində qalıb. Onu da vurğulayaq ki, Rusiyaya kənd təsərrüfatı məhsulu ixracının artması, Azərbaycanda həmin malların qiymətinin qalxması ilə nəticələndi. Azərbaycanda hazırda ət və ət məhsulları ilə daxili imkanlar hesabına özünü tam təmin edə bilmir. Ona görə də, bu məhsulun bir hissəsini xaricdən idxal edir. Bu fonda görəsən, Azərbaycandan ət və tə məhsullarının Rusiyaya ixracının baş verməsi, ölkə daxilində həmin məhsullarla bağlı qiymət bahalaşmasına rəvac verməyəcək ki?
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Azərbaycanın özü ət məhsulunun bir hissəsini idxal etdiyi halda, buradan həmin məhsulun Rusiyaya ixracının reallaşmasını mümkünsüz hesab etdi. Bu əsasda da o düşünmür ki, ölkəmizdə ət və ət məhsullarının qiyməti qalxsın: "Azərbaycanın ətlə daxili istehsal hesabına təminatı 38 faizdir. İdxal etdiyi ət məhsulları ilə bir yerdə isə bu rəqəm 40 faizdir. Rusiya isə ölkəmizdən fərqli olaraq Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya yaxınlaşır. ÜST-də bu norma 84 kq-dır, Rusiya isə keçən il adambaşına 60 kq ət istehsal, 76 kq isə istehlak edib. Bu isə yüksək göstəricidir. Azərbaycandan fərqli olaraq, Rusiya təxminən 2 dəfə çox ət və ət məhsulları istehlak edir. Azərbaycanın potensialı olsa da, hazırda bu sahədə mövcud olan vəziyyət Rusiyaya ət və ət məhsulları ixrac etməyə imkan vermir. Ona görə ki, heyvandarlığın inkişafı üçün bitkiçilik, yemçilik, qüvvəli yem funksiyasını yerinə yetirən taxılçılıq da inkişaf etdirilməlidir. Amma aqrar sahədə mövcud olan hazırki vəziyyətdə bu sahələrin real inkişafı da mümkün deyil. Burada ciddi islahatlara ehtiyac var ki, bu da müddət tələb edir. Düşünürəm ki, Moskva meri Sobyaninin Rusiyanın ət və ət məhsullarına tələbatının ödənilməsində Azərbaycanın rolu barədə dediyi fikirlər ola bilsin ya məlumatsızlıqdan, ya dezinformasiyadan irəli gəlir. Rusiyada Azərbaycanın aqrar sahəsindəki vəziyyətlə bağlı məlumatlı olan mütəxəssislər var. Ya da ola bilsin hazırda şimal ölkəsini Azərbaycanla bağlı maraqlandıran əsas məsələ siyasi məsələdir. Rusiya siyasilərinin bu günlərdə Azərbaycana reallaşan mütəmadi səfərləri yalnız ondan xəbər verir ki, bu addımları ilə Moskva Qərblə konfrantasiya şəraitində yaşadığı itkiləri bərpa etməyə çalışır. Bildiyiniz kimi, çoxsaylı Avropa ölkələrindən Rusiyaya gətirilən çoxsaylı mal və məhsullara Kreml embarqo qoyub. Bunun müqabilində də Rusiya çalışır ki, həmin itkiləri digər ölkələrdən gətirilən məhsulların həcminin artırılması ilə aradan qaldırsın. Azərbaycanın aqrar sahəsi hazırda elə durumdadır ki, MDB ölkələr arasında adambaşına kənd təsərrüfatı və ərzaq malları istehsalı səviyyəsinə görə, ancaq Tacikistandan irəlidir. Regionda isə sonuncudur. Azərbaycan hazırda ət və ət məhsullarını digər ölkələrdən idxal edir. Hətta Hindistandan dondurulmuş ət gətiririk, Gürcüstandan isə keçən il kəsim üçün 109 min başdan çox mal-qara idxal edilib. Bu da ondan xəbər verir ki, Azərbaycanda istehlak olunan ətin maya dəyəri yüksək olduğu üçün ölkəmizə ət idxalına belə imkan yaranıb. Azərbaycanın özü istehsal etdiyi ətin maya dəyəri, satış qiyməti yüksək olduğu üçün rəqabət qabiliyyətli deyil, onu heç bir ölkəyə ixrac etmək mümkün deyil. Azərbaycanda ətin maya dəyəri 5,5 manata başa gəlir. Onun dondurulması, şotlaması da əlavə xərc tələb edir. Belədə bu əti Rusiyaya ixracı da əlavə xərcdir. Ona görə də, Azərbaycandan Rusiyaya ət və ət məhsullarının ixracı qeyri-mümkündür. Normal bazar iqtisadiyyatında bu baş tutası iş deyil. Hətta ölkəmiz kəsim üçün Rusiyanın özündən mal-qara idxal edir. Bu halda necə biz əti Rusiyaya ixrac edə bilərik".
İqtisadçı millət vəkili Vahid Əhmədov isə qeyd etdi ki, yalnız daxili bazarın tam təmin olunmasından sonra, Rusiyaya ət və ət məhsulları göndərmək haqqında düşünmək olar: "Rusiyanın bildiyiniz kimi Avropa mallarına sanksiya qoyması ilə Azərbaycan mallarının şimal ölkəsinə axını başladı. İlk olaraq, bu ölkəyə aparılan meyvə-tərəvəzin çəkisi artdı. Bu isə yerli sahibkarlar və fermerlər üçün müsbət mənada müəyyən şərait yaratdı. Moskva meri Sobyanin də Bakıya gələrək, əlavə kənd təsərrüfatı məhsulu, o cümlədən ət və ət məhsullarının da Rusiyaya göndərilməsinə nail olmaq istəyir. Azərbaycan tərəfi buna gedə bilər, burada heç bir qeyri-adi hal yoxdur. Amma prosesi elə aparmaq lazımdır ki, atılan addım daxili bazarda qiymətlərə təsir edərək, onun qalxmasına gətirib çıxarmasın. Əvvəl bu məhsullarla daxili bazarı təmin etməliyik, sonda onun Rusiyay ixracı barədə düşünmək olar. Proses daxili bazarda qiymət artımına səbəb olacaqsa, ətin ixracına imkan verilməməlidir. Lakin prosesin tənzimlənməsi də mümkündür. İqtisadi İnkişaf Nazirliyinin bu işlə məşğul olan xüsusi departamenti var".
Həsən
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevlə Moskva meri bağlı qapılar arxasında görüşdü

    İlham Əliyevlə Moskva meri bağlı qapılar ...

    25-09-2014, 15:43

  • 
  • Azərbaycandan Rusiyaya göndərilən məhsullarla bağlı razılıq əldə olundu

    Azərbaycandan Rusiyaya göndərilən məhsullarla ...

    9-06-2016, 17:04

  • 
  • Kənd təsərrüfatı məhsullarının qiyməti yenə artacaq

    Kənd təsərrüfatı məhsullarının qiyməti yenə ...

    11-12-2013, 12:41

  • 
  • “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı gözlənilir”

    “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı ...

    25-08-2014, 14:13

  • 
  • Rusiyadan Azərbaycan pomidorlarına qadağa: məhsul sərhəddə zay olur

    Rusiyadan Azərbaycan pomidorlarına qadağa: məhsul ...

    9-06-2016, 00:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu