GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ölkədə böyük sahibkarlar qiyamı gözlənilir

Ölkədə böyük sahibkarlar qiyamı gözlənilir

Tarix: 22-01-2013, 10:05 Bölmə :İqtisadiyyat Baxış: 807
Ölkədə böyük sahibkarlar qiyamı gözlənilir

Proseslər belə davam etsə, “Sədərək”də
də “Binə”dəki kimi aksiya olacaq


“Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar etiraz aksiyası keçirdi. Səbəb isə kassa aparatları idi. Sahibkarlar kassa aparatına görə onlardan alınacaq pula etiraz edirdilər. Daha doğrusu obyekt sahibləri dövlətə vergi verməyə razıdırlar, ancaq bazar rəhbəri Kəbirə Məmmədovanın təyin etdiyi əlavə pulu vermək istəmirlər: “Əvvəllər gəlib bizə deyirdilər ki, kassa aparatı lazım deyil, siz əlavə pul verəcəksiniz biz də vergi məsələsini həll edəcəyik. İndi kassa aparatı qoyurlar, ancaq yığılan pulu da tələb edirlər. Biz də bununla razı deyilik”.
Buna görə də yanvarın 19-da yüzlərlə sahibkar etiraz aksiyası keçirdi. Aksiya zamanı ticarətçilərin üzərinə qoşun yeridildi. Polislər rezin güllələrdən istifadə edərək onlarla satıcıya xəsarət yetirdi.
Bundan başqa aksiya zamanı 100-dən artıq adamın həbs olunaraq Qaradağ rayon polis idarəsinə aparılıblar. Axşam saatlarına kimi onların bir qismi cərimələnərək sərbəst buraxılsa da, 12 nəfər həbs edildilər.
Saxlanılan 12 nəfərin Səbayel Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı hakim 12 nəfərə hökm oxuyub. Məhkəmənin qərarı ilə Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev, Vaqif İbrahimov və iki nəfərə 2 ay həbs cəzası verilib.
Aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıblar. Məlumatda qeyd olunub ki, yanvarın 19-da Qaradağ rayonu ərazisindəki «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib.
İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə, 10 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
“Azadlıq”a daxil olan məlumata görə, dünən hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzində olub, reyd apararaq bir neçə ticarətçini nümayişkaranə şəkildə saxlayaraq aparıblar.
Məlumatda o da deyilir ki, ticarətçilərin etirazına səbəb olan əlavə ödəniş tələbi qüvvəsində qalır. Ticarət mərkəzinin sahibəsi Kəbirə Məmmədovanın adından ticarətçilərə bildirilib ki, tələb olunana məbləğ yanvarın 25-nə qədər ödənilməlidir.
Qeyd edək ki, “Binə”də olan analoji problem “Sədərək”də də baş verib. Sözügedən ticarət mərkəzinin də sahibi sahibkarlardan kassa aparatı quraşdırılandan sonra bu adla onlardan yığılan əlavə alınmasın. Beş gün Yanvarın 17-də “Sədərək” sahibkarları da etiraz aksiyası keçirmişdilər. Dünən isə sahibkarların oturaq aksiya keçirəcəyi haqda məlumatlar dolaşmışdı. Məlumatda deyilirdi ki, satıcılar “Binə”dəki satıcılar kimi səhər saat 9-da aksiya keçirməyi planlaşdırılar. Deyilən saatın tamamında “Sədərək”də idik. Bəzi dükanların qapısı qıfıllı, bəziləri isə açıq idi. Satıcılar söhbət zamanı dedilər ki, hakimiyyətin “Binə”də etdiyi repressiya aparatı camaat da xof yaradıb: “Əslində, biz bu gün (dünən-red) aksiya keçirməli idik. Ancaq “Binə”də satıcıların başına gətirlənlər, rezin güllələrlə onlara atəş açmaq, həbs etmək, polis idarəsində döymək və bir neçə nəfərə cinayət işi qaldırmaq bəzi adamları geri çəkilməyə məcbur edib. Hər yer nəzarətdədir. Mülki geyimli polislər bazarlarda dolaşır, satıcıların ağızlarını arayırlar. Ona görə də insanlar narahatdırlar. Ancaq proseslər belə davam etsə, “Sədərək”də də “Binə”dəki kimi aksiya olacaq”.
Qeyd edək ki, “Sədərək”də kassa aparatları ilə bağlı mübahisələr bir neçə aydır davam edir. Bazar rəhbərliyi kassa aparatlarından istifadə etməyə mağaza sahiblərini 400 manat cərimə edir. Onların sözlərinə görə, bazar rəhbərliyi sahibkarlardan müxtəlif adlarla pul yığır.
“Binə”dəki olayla bağlı siyasi partiyalar – AXCP, Müsavat, AMİP, QHT-lərdən – “Demokratiyanın İnkişafına Kömək”,
“İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birlikləri bəyanat yayımlar. Sözügedən qurumlar ticarətçilərə qarşı polis davranışı, siyasi hakimiyyətin qanuni haqlarını tələb edənlərə qarşı repressiya əl atmasını pisləyiblər.
Ramin Deko
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı

    Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı ...

    8-12-2012, 10:45

  • 
  • "Binə" ticarət mərkəzinin sahibkarları etiraz edir

    "Binə" ticarət mərkəzinin sahibkarları ...

    25-12-2013, 15:26

  • 
  • Binə Ticarət Mərkəzinin "pərdə arxası" qanunları

    Binə Ticarət Mərkəzinin "pərdə arxası" ...

    18-01-2013, 10:30

  • 
  • Fəhlələr Bakıda aksiya keçirdi - VİDEO

    Fəhlələr Bakıda aksiya keçirdi - VİDEO ...

    2-04-2015, 22:51

  • 
  • Sabunçudakı aksiyada polis müdaxiləsində yaralılar var - Yenilənir

    Sabunçudakı aksiyada polis müdaxiləsində ...

    22-02-2014, 18:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu