Bakıda “İLK İnshaat” tikinti şirkətinin onlarla işçisi işə çıxmaqdan imtina edərək etiraz aksiyası keçiriblər. Bu barədə "virtualaz.org"a şahidlər məlumat verib. Fəhlələr bir neçə aydır maaş ala bilməmələrinə etiraz ediblər.
Məlumata görə, aksiya keçirilən əraziyə polis əməkdaşları cəlb olunub. Onların bir neçə aksiya iştirakçısını saxladığı bildirilir.
Nərimanov Rayon Polis İdarəsindən hadisəni təsdiqləyiblər. İdarədən aksiyanı “xırda və əhəmiyyətsiz insident” adlandırıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?