GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Neft Tükənəndən Sonra Nə Olacaq?

Neft Tükənəndən Sonra Nə Olacaq?

Tarix: 18-11-2013, 12:29 Bölmə :Manşet Baxış: 1 014
Neft Tükənəndən Sonra Nə Olacaq?

"Neft pullarından səmərəli istifadə edən ölkələr bu vəziyyətdən yaxşı çıxdılar"

"Azərbaycan iqtisadiyyatının neft sektorunun qeyri-neft sektoru ilə əvəzlənməsi tendensiyası 2017-ci ilədək davam edəcək", - deyə maliyyə naziri Samir Şərifov bildirib. O, bunu Milli Məclisdə 2014-cü ilin büdcə zərfinin müzakirəsində çıxışı zamanı deyib.

Nazir gözləntilərə əsasən, gələn il ölkə ÜDM-i 5,2%, yerli iqtisadiyyatın qeyri-neft sektoru isə 10% artacağını söyləyib: "2014-cü ildə dövlət büdcəsinin gəlirlər sektorunda qeyri-neft sahəsinin payının artması tendensiyası saxlanacaq. Gələn il dövlət büdcəsinin gəlirləri 18,38 milyard manat təşkil edəcək. 2013-cü illə müqayisədə dövlət büdcəsinin xərcləri 1,6% və ya 213 milyon manat artaraq, 20,06 milyard manat olacaq. 2014-cü ildə büdcə gəlirlərinin həcminin azalmasının əsas səbəbi Azərbaycan Respublikası Dövlət Neft Fondundan transferlərin azalması ilə əlaqədardır".

S.Şərifov gələn il dövlət büdcəsinin gəlirlərinin böyük hissəsinin Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) hesabına təmin ediləcəyini də deyib: "Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7,1 milyard manat, Gömrük Komitəsinin xətti ilə isə 1,51 milyard manat məbləğin köçməsi planlaşdırılır".

Neft Tükənəndən Sonra Nə Olacaq?İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, faiz etibarilə önümüzdəki illər neft sektorunda tənəzzül olacaq. Ona görə də, ümumdaxili məhsulda neft sektorunun payı azalır: "Neft pullarının büdcə vasitəsilə sərf olunması qeyri-neft sektorunun artımına səbəb olur. Neft sektorunun payı azaldığından avtomatik olaraq qeyri-neft sektorunun payı artır. Bu artım da birbaşa daha çox neft sektorundan əldə olunan pulların büdcə vasitəsilə sərf olunması ilə bağlıdır".

Neft tükənəndən sonra nə olacaq?

Zöhrab İsmayıl deyir ki, neft tükənəndən, neft pulları azalandan sonra effekt də azalacaq. Yəni, qeyri-neft sektoru neft pullarının xərclənməsi nəticəsində artıb. Oradan gələn gəlir azaldıqca, qeyri-neft sektorunun artımında da problemlər olacaq: "Müxtəlif ölkələrin təcrübələri var bu sahədə. Məsələn, Sinqapur, Malayziya, o cümlədən Norveç. Həmin ölkələrin timsalında fərqli modellər mövcuddur. Məsələn, Norveç neft pullarını xərcləmirdi. Daha çox onu idarə edirdi və ondan müəyyən gəlirlər əldə edirdi. Belə də davam edir. Qeyri-neft sektorunda apardığı siyasət nəticəsində investisiya mühitində, sahibkarlıqda inkişafa nail olub. Malayziya da neft pullarını effektiv xərcləyirdi. Daha çox nəzərə alırdılar ki, qeyri-neft sektoruna birbaşa investisiyalar qoysunlar və ixracayönümlü sənaye müəssisələri yaratsınlar. Sonra da həmin müəssisələri özəlləşdirirdilər. Neft pullarından səmərəli istifadə edən ölkələr bu vəziyyətdən yaxşı çıxdılar. Nigeriya isə neft pullarını büdcə və digər vasitələrlə sosial məsələlərə və s. xərcləyirdi. Ona görə də onlarda müsbət nəticə olmadı. Neft pulları tükənəndən sonra Nigeriya çox çətin sosial-iqtisadi duruma düşdü".

Bu gün Azərbaycan hakimiyyəti Nigeriya modelinə üstünlük verib. Yəni, ölkəyə gələn pulu pula çevirmək əvəzinə onu xərcləməkdədir. Azərbaycan hakimiyyətinin neft pullarını sağa-sola xərcləməsi tipik varlı azərbaycanlı ailəsinin obrazını xatırladır. Varlı atanın övladı sabahı düşünmədən boş başı ilə dolu cibi hara gəldi xərcləyir. Və günün birində ata qəfil ölür, həmin varlı övlad isə barmağını sovurmağa başlayır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən yayınmaların qarşısı alınmalıdır”

    Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən ...

    12-11-2013, 13:32

  • 
  • Milli Məclis büdcə müzakirələrinə başladı

    Milli Məclis büdcə müzakirələrinə başladı ...

    2-10-2015, 12:20

  • 
  • Nazirdən bədbin proqnozlar: “Azalacaq...”

    Nazirdən bədbin proqnozlar: “Azalacaq...” ...

    13-10-2015, 13:51

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 12:13

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu