GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İsmayıllıda narazılığın iqtisadi motivləri

İsmayıllıda narazılığın iqtisadi motivləri

Tarix: 10-02-2013, 11:12 Bölmə :İqtisadiyyat Baxış: 772
İsmayıllıda narazılığın iqtisadi motivləri

İsmayıllını silkələyən üsyandan bir həftə sonra bir sual
ortaya çıxır: bu hadisələr niyə məhz burda baş verdi?


İsmayıllıda əhali ilə polis arasında şiddətli toqquşmalar ilk baxışdan adi bir yol-nəqliyyat hadisəsindən başlayıb. Ehtimal olunur ki, ƏƏSN rəhbəri Füzuli Ələkbərovun oğlu və İsmayıllı RİH başçısı Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərov burda iştirak edib. Sonradan Vüqar Ələkbərovun olduğu deyilən otel yandırılıb, icra başçısının istefası çağırışları ilə nümayiş olub. Polis bunun qarşısını alıb. Xeyli adam həbs olunub, şəhər özü isə ətraf dünyadan təcrid edilib.
Hakimiyyət təmsilçiləri bildirir ki, prezident seçkiləri öncəsi baş verən bu hadisələr adı çəkilməyən “xarici güclərin” fitnəkarlığıdır. Bir sıra şərhçilərin fikrincə, bu partlayışın iqtisadi izahı da var. İqtisadçı Kənan Aslanlı hesab edir ki, üsyanın ilkin səbəbi, Marksın təbiri ilə desək, “zəncirdən başqa itirəcəyi bir şey olmayan” insanların qəzəbidir. «İsmayıllı iqtisadi cəhətdən ölkənin ən zəif inkişaf etmiş rayonlarındandır», – deyə Milli Büdcə Qrupunun eksperti Kənan Aslanlı izah edir.
Burda orta aylıq maaş 221 manatdır (281,74 dollar), halbuki Bakıda bu rəqəm 517,2 manat (659.38 dollar) təşkil edir. Rəsmi işsizlər 3%-dən azdır, əslində işsizlik qonşu Qəbələdəkindən 4 dəfə çoxdur. Naməlum səbəblərə görə, 2011-ci ildə 788 qeydiyyata alınmış işsizdən cəmi 9 nəfər dövlətdən müavinət alıb.
İşsizlərin işə düzəlmə perspektivi yüksək deyil: Dövlətstatkoma görə, 2011-ci ildə şəhərdə 99 yeni iş yeri yaradılıb. İsmayıllıda biznesə kapital qoyuluşu 2007-2011-ci illərdə yarıyacan azalıb, deyə Aslanlı əlavə edir. Regionda xalça, ərzaq və tikinti materialları istehsalı əsasən dövlətin əlindədir. Analitikin fikrincə, İsmayıllıda iqtisadi problemlərin əsas səbəbi «inhisarçılıq, bürokratiya və korrupsiyadır».
İqtisadçı və siyasətçi Natiq Cəfərli Aslanlı ilə razıdır. «Regionlar nazir-oliqarxlar arasında bölünüb, – deyə o bildirir. – Onların qohumları və dostları icra başçısı təyin edilir, yerli iqtisadiyyatı inhisara alır, bütün imkanlardan istifadə edirlər». Rayon hakimiyyətinin nümayəndələri hadisələrdə iqtisadi səbəb olması ilə razı deyil. EurasiaNet.org-a qısa müsahibəsində İsmayıllı RİH başçısının müavini Rəfael Əhmədov hiddətlə bildirib ki, iğtişaşların sosial-iqtisadi problemlərlə heç bir əlaqəsi yoxdur. «Bunu kim deyir? Region çiçəklənir. Guya bizdə işsizliyin yükəsk olması barədə deyilənlərlə razı deyiləm», – deyərək o, dəstəyi asıb.
Hakimiyyət iğtişaşların katalizatorunun Vüqar Ələkbərov olması barədə deyilənlərlə razılaşmır. Onlar bildirir ki, yandırılan “Çıraq” oteli ona və ya Ələkbərovlar klanından kiməsə məxsus deyil. Bunun sübutu kimi dövlət qeydiyyatı sənədini qaldırıblar. Onlara əsasən, otelin istismar lisenziyası «VAFI Tourism» MMC-yə verilib.
Amma otel biznesi Ələkbərovlara yabançı deyil. 28 yanvarda «Real hərəkatı”nın rəhbəri İlqar Məmmədov» öz bloqunda Ələkbərovun Facebook səhifəsinin surətini verib. Orada “Çıraq” otelinin reklamı var. Sonradan bu səhifəni siliblər. 28 yanvarda «Radio Svoboda/Radio Svobodnaya Yevropa» «Radio Azadlıq» məlumat verib ki, , Vüqar Ələkbərovun rəhbəri olduğu digər şirkət «Improtex Real Estate» MMC Starwood Hotels and Resorts Worldwide ilə İsmayıllıda «Şeraton» otelinin tikintisi barədə müqavilə imzalayıb. [Redaktordan: Bu yazının müəllifi «Radio Azadlıq»ın ştatdankənar müxbiridir. «VAFI Tourism» MMC-nin Vüqar Ələkbərovla əlaqəsi, yəqin ki, var. Rəsmi qeydiyyat sənədlərinə görə, Vüqar Ələkbərov eyni adlı 2 şirkətin rəhbəridir: «VAFI Construction» və «VAFI REGION». 30 yanvarda «Bi-bi-si»nin Azərbaycan xidməti məlumat verdi ki, «VAFI Tourism» domeni «VAFI REGION»a məxsusdur.
İcra başçısının “Çıraq” otelinin onun ailəsi ilə bağlı olmaması ilə əlaqədar dedikləri yerli sakinlərin qəzəbini azaltmır. «İşsizlik, özbaşınalıq var, qazanc imkanları yoxdur, bu ailə regionu idarə edir, – deyə İsmayıllı Ağsaqqallar Şurasının sədri Heybət Balayev bildirir, – İndi isə bizi təhqir edib susdurmağa çalışırlar».
Sakinlərin çoxu Heybət Balayev kimi düşünür və narazılığın səbəbinin işsizlik və korrupsiya olduğunu bildirir. Avtomobil qəzası səbr kasasını doldurdu, deyə onlar izah edir. Adamlar deyir ki, “Çıraq” otelinin sahibi Vüqar Ələkbərovdur və o, hadisə yerində olub. Hələlik hakimiyyət etiraz aksiyası iştirakçılarına cinayət işi qaldırıb və görünür, əhalinin narazılığına reaksiya vermək niyyətində deyil. İsmayıllıdan həbslər və tutulan nümayişçilərə qarşı təzyiqlərlə barədə məlumatlar gəlir.
“Human Rayts Votç” təşkilatı 29 yanvar bəyanatında bildirib ki, Azərbaycan hökuməti «İsmayıllıda kütləvi etirazlarla bağlı həbs edilənlərlə düzgün davranmalı» onların ədalətli mühakimə hüququna əməl etməlidir. Hakimiyyət iğtişaşların tənzimlənməsi ilə bağlı ünvanına olan iradlara hələlik etina etmir.
Xədicə İsmayılova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsmayıllıda narazılığın iqtisadi motivləri

    İsmayıllıda narazılığın iqtisadi motivləri ...

    7-02-2013, 10:31

  • 
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53

  • 
  • Keçmiş nazir və icra başçısının oğulları məhkəməyə çağırıldı

    Keçmiş nazir və icra başçısının oğulları ...

    4-02-2014, 15:46

  • 
  • Nazir oğlunun evsiz qoyduqları

    Nazir oğlunun evsiz qoyduqları ...

    4-02-2013, 10:01

  • 
  • Füzuli Ələkbərovun oğlu "İsmayıllı məhkəməsi"ndə ifadə verdi

    Füzuli Ələkbərovun oğlu "İsmayıllı ...

    10-02-2014, 13:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu