GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Sosial korrupsiya generalı - Füzuli Ələkbərov

Sosial korrupsiya generalı - Füzuli Ələkbərov

Tarix: 10-02-2013, 11:14 Bölmə :İqtisadiyyat Baxış: 1 473
Sosial korrupsiya generalı - Füzuli Ələkbərov

Ötən il ƏƏSMN-in tikinti işlərinə ayrılan 85 milyon
manatın xərclənməsində ciddi nöqsanlar aşkarlanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ətrafında son günlər o qədər də xoşagəlməyən söhbətlər dolaşmaqdadır. Məlumİsmayıllı hadisələrindən sonra nazir Füzuli Ələkbərova düşmən olan qüvvələr bu kartdan necə lazımdısa istifadə etməyə başlayıblar. Qeyd edək ki, İsmayıllıda nazir oğlunun və qohumlarının törətdiyi özbaşına əməllər nəticəsində insident yaşanmışdı. Baş verən olaylardan sonra rayonun icra başçısı, nazirin qardaşı Nizami Ələkbərovun vəzifədən azad edilməsi məsələsi də gündəmə gəldi. Hadisələrin bir qədər sakitləşməsi, etirazların yatışması icra başçısının vəzifəsinə olan təhlükəni sovuşdurdu.

Büdcədən talanan milyonlar

Amma nazirin gələcək karyerası haqqında bunları demək olmaz. Ona görə ki, İsmayıllı hadisələrini əlində “kozır” edən bəzi maraqlı qüvvələr naziri seçkiyə qədər vəzifədən uzaqlaşdırmaq istəyirlər. Əslində, ƏƏSMN rəhbərinin işdən çıxarılması müsbət addım olardı. Belə ki, F.Ələkbərov nazir işlədiyi illər ərzində rəhbəri olduğu sistemi irəliyə apara bilməyib.
Yadınızdadırsa, ötən il Hesablama Palatası nazirliyi yoxlayarkən ciddi nöqsanlar üzə çıxarmışdı. Bu nöqsanlar əlil və şəhid ailələri üçün tikilmiş mənzillərin bölüşdürülməsi ilə bağlı idi. Hesablama Palatasının apardığı yoxlamaları nəzərdən keçirən nazirə müxalif qüvvələr ƏƏSMN-in apardığı tikinti işlərini əməlli-başlı araşdırmağa başlayıb. Məlumunuz olsun ki, ƏƏSMN xəttilə hər il Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yaşayış binaları inşa olunur. Bu evlərin paylanması zamanıədalətsizlik edilməsi çoxlarına bəllidir. Faktlar belə deməyə əsas verir ki, nazirliyin apardığı tikinti işlərində mənimsəmə nisbəti yarıdan da artıqdır. Əldə etdiyimiz məlumata görə, 2012-ci ildə qurumun tikinti büdcəsi 85 milyon manat təşkil edib. Adi riyazi hesablamalar göstərir ki, bu rəqəmin ən azı yarısı korrupsiyanın yeminə çevrilib. Məlumata görə, nazirliyin tikdiyi 96 mənzilli binalar 7 milyon, 36 mənzilli binalar isə 3,5 milyon manata sənədləşdirilib. Şəhid ailələri və əlillər üçün tikilən fərdi evlər isə 75 min manata başa gəlib. 96 mənzilli binanın 7 milyon manata sənədləşdirilməsi o deməkdir ki, hər mənzil 72 min 900 manata başa gəlib. Orta hesabla hər mənzilin 80 kvadratmetr olduğunu götürsək, deməli, bir kvadratmetr 1000 manata sənədləşdirilib. Halbuki, keyfiyyətli təmirlə birlikdə nazirliyin tikdiyi binalarda kvadratmetrin 300-350 manatdan baha başa gəlməsi mümkün deyil. Bu onu göstərir ki, 85 milyonluq tikinti büdcəsinin böyük hissəsi nazir və ona yaxın olan adamlar tərəfindən harasa sərf olunub. Ehtimal olunan varianta görə, nazir tikintiyə ayrılan pulların bir hissəsini Çexiyada tikdirdiyi villasına yönləndirib.

“Çıraq”ın qaranlıqları və döyülən oğul

İsmayıllıda yanvarın 23-də xalq üsyanı nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri, rayonun kuratoru (Oxu qeyri-rəsmi sahibi-müəll) Füzuli Ələkbərova dəyən maddi ziyanı, belə görünür ki, Azərbaycan xalqı ödəyəcək. Hər halda azpolitika.info-ya daxil olan məlumatlardan belə nəticə çıxır.
Bu haqda bir qədər sonra danışacağıq. Hələlik İsmayıllı üsyanının əks-sədasının üzə çıxardığı son dərəcə ilginc bir məlumata diqqət edək. Məlum olduğu kimi, İsmayıllı ixtişaşları zamanı yerli əhalinin əsas qəzəb hədəfi olaraq yandırılan «Çıraq» hotelinin nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus olduğu rəsmi sənəd və açıqlamalarla öz təsdiqini tapıb. Baxmayaraq ki, ilk günlərdə İsmayıllının icra başçısı, Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov, yumşaq desək, 9 milyonluq xalqın qarşısında yalan danışmış, bildirmişdi ki, otelin onun yaxınları ilə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, obyektin kimə məxsus olduğunu bilmir.
Lakin bir neçə gün sonra aydınlaşdı ki, «Çıraq» hoteli rəsmi sənədlərdə «VAFİ Region» MMC-nin subyekti kimi qeydiyyatdan keçib. «VAFİ Region» MMC isə bir başqasının yox, elə Füzuli Ələkbərovun oğlu, Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Vüqar Ələkbərovundur. Federasiyanın vitse-prezidenti Elnur Kələntərli APA-ya açıqlamasında bildirdi ki, “Çıraq” hoteli V.Ələkbərovun şəxsi mülkiyyəti olub, ancaq 2011-ci ildən başqasına icarəyə verilib. Onun sözlərinə görə, hotelin necə işlədilməsi, qiymətlərin qoyulması məsələsinin Vüqar Ələkbərova heç bir aidiyyəti yoxdur. Amma çoxsaylı mənbələr bu açıqlamanın reallıq dərəcəsini şübhə altına alırlar və təsdiqləyirlər ki, İsmayıllı üsyanının əsas səbəbkarı elə Vüqar Ələkbərovdur. Belə ki, sərxoş halda qəza törətdikdən sonra ismayıllıları təhqir edən, beləliklə də xalq üsyanına səbəb olan V.Ələkbərov o qədər möhkəm döyülüb ki, hələ də cəmiyyət arasına çıxa bilmir.
Maraqlıdır ki, İsmayıllı üsyanına qədər, mətbuat və cəmiyyət F.Ələkbərovun oğlunun varlığı və onun biznes fəaliyyəti haqda məlumatsız idi. Amma sən demə, V.Ələkbərov nəinki bizneslə məşğul olur, hətta onun «VAFİ Region»MMC-si dövlət sifarişlərində əməlli-başlı pay sahibidir. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tenderlərdə «VAFİ Region» MMC-nin, yəni nazirin oğlunun şirkətinin iştirakından və milyonluq layihələri «udmasından» gedir.

Nazir oğlunun korrupsiyaları

ƏƏSMN-dəki etibarlı mənbələrdən verilən məlumata görə, nazirliyin tikinti sahəsində elan etdiyi bir sıra iri layihələri məhz «VAFİ Region» MMC alıb. Xüsusən də Qarabağ müharibəsi əlilləri üçün yaşayış binalarının tikilməsi üçün elan olunan tenderlərin qalibi nazir oğlunun şirkəti olub.
Söhbət sözün əsl mənasında böyük maxinasiyalardan, büdcə talanından gedir. Bir misal: bizə verilən məlumata görə, ƏƏSMN 9 mərtəbəli, 96 mənzilli binanın tikintisi üçün «VAFİ Region» MMC-yə 12 milyon manat ödəmə həyata keçirib! Bu o deməkdir ki, bir mənzil orta hesabla 125 min manata başa gəlib. Şişirtmə 4 dəfədən də artıqdır!
Yeri gəlmişkən, «VAFİ Region» MMC-nin ƏƏSMN-in keçirdiyi tenderlərdə iştirakı məsələsinə aydınlıq gətirmək üçün bu gün nazirliyin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri İlham Məmmədov bu haqda heç bir məlumata malik olmadığını deməklə kifayətləndi.
Bu haqda daha ətraflı yaxın günlərdə xüsusi araşdırmada oxuyacaqsınız, hələlik qayıdaq yazının girişində bəhs etdiyimiz məsələyə - İsmayıllı üsyanına görə nazirə dəyən zərərin necə və kim tərəfindən ödəniləcəyinə.

Sosial talanma

Bizə verilən məlumata görə, çox böyük ehtimalla bu ziyanı və daha artığını Azərbaycan xalqının ƏƏSMN-dən asılı olan kontingenti, yəni pensiyaçılar, əlillər, yoxsullar və digərləri ödəyəcək. Məsələ ondadır ki, İsmayıllı üsyanından sonra nazirliyin öz strukturlarına qoyduğu aylıq haqq düz iki dəfə artırılıb!
Mənbə ƏƏSMN-dəki hazırki vəziyyəti - rüşvət tariflərini qısa tezislər formasında aşağıdakı kimi təqdim edir:
- Əlillik arayışı - 1000 manat
- Təkrar əlillik arayışı - 200-1000 manat (Pensiyanın məbləğindən asılı olaraq)
- Ömürlük pensiya - 1500 manat (Təkcə nazirliyə çatan hissə)
Ünvanlı yardım - 300 manat (Hər təyindən nazirliyə çatan hissə)
- İnternat və qocalar evləri - Ayrılan vəsaitin 35 faizi
- VTEK (Tibbi-Sosial Ekspert Komissiyası) rəhbəri - 100-200 min manat və sairə.
Mənbə bildirir ki, ƏƏSMN-in «qara kassası» hazırda da nazirliyin Aparatının rəhbəri Elnur Kələntərlidir. Alış-veriş məsələlərində onun «sağ əli» isə Ramin adlı köməkçisidir.
Beləliklə günün sualı: Füzuli Ələkbərov Quba üsyanında ziyanla, yoxsa xeyirlə çıxdı?...
Nazir kimi özünü heç cür doğrulda bilməyən F.Ələkbərov indi də fond yaratmaq sevdasına düşüb. Digər nazirliklərin tabeliyində fond, xidmət və agentliklərin olduğunu həzm edə bilməyən nazir Sosial Dəstək Fondunun yaradılması üçün yuxarılara təklif verib. Guya aztəminatlı ailələrin tam aktiv dövlət dəstəyi ilə təmin edilməsi üçün nazirlik yanında bu fonda ehtiyac var. Hazırda Sosial Dəstək Fondunun yaradılması ilə bağlı təklif hazırlanıb. Bu ildən fondun fəaliyyətə başlaması üçün müvafiq işlər aparılacaq. Hesab edirik ki, ƏƏSMN özü mövcud olduğu halda, əlavə bir quruma ehtiyac yoxdur. Fondun yaradılmasının yalnız bir məqsədi var. Ki, bu da nazirin yeni gəlir yeri əldə etmək istəyi ilə bağlıdır. Məlumata görə, fond yaradılsa belə, F.Ələkbərov onu görə bilməyəcək. Çünki seçkiyə qədər yuxarı dairələr onu sıradan çıxaracaqlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53

  • 
  • İşdən çıxarılan Füzuli Ələkbərov danışdı

    İşdən çıxarılan Füzuli Ələkbərov danışdı ...

    23-10-2013, 11:49

  • 
  • Füzuli Ələkbərov: “Biznesə qayıdıram”

    Füzuli Ələkbərov: “Biznesə qayıdıram” ...

    13-11-2013, 12:07

  • 
  • Füzuli Ələkbərovun rüşvət aldığı məmurların siyahısı hazırlanır – Özəl

    Füzuli Ələkbərovun rüşvət aldığı məmurların ...

    2-12-2013, 12:57

  • 
  • Rəsizadə qalır, Füzuli Ələkbərov yola salınır...

    Rəsizadə qalır, Füzuli Ələkbərov yola salınır... ...

    21-10-2013, 17:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu