“Vəzifəmdən azad edilməyim mənə qətiyyən pis təsir etmədi. Çünki ,mən nazir vəzifəsinə biznesdən gəlmişdim və indi də biznesimə qayıdıram. Belə desək, bir kabinetdən,digər kabinetə keçmişəm”. Avropa.info xəbər verir ki, bu sözləri bir neçə gün öncə dövlət məmurlarından birinin yaxınının yas məclisində iştirak edən keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bir neçə məmurla söhbəti zamanı deyib. Eks-nazir vəzifəsindən uzaqlaşdırılmasından təssüflənmədiyini və bundan sonra da prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyəcəyini bildirib: “Prezident harada məsləhət biləcəksə,orada da olacam”.
Qeyd edək ki, prezident İlham Əliyevin oktyabrın 22-də verdiyi sərəncama əsasən Füzuli Ələkbərov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamına əsasən Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?