GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycanı böyük iqtisadi fəlakət gözləyir - faktlar və rəqəmlər

Azərbaycanı böyük iqtisadi fəlakət gözləyir - faktlar və rəqəmlər

Tarix: 22-07-2015, 13:44 Bölmə :İqtisadiyyat Baxış: 0
Azərbaycanı böyük iqtisadi fəlakət gözləyir - faktlar və rəqəmlər

2015-ci il Azərbaycan iqtisadiyyatı üçün neqativ göstəricilərlə başladı. Neftin dünya bazarından qiymətinin azalması “anoloqu olmayan iqtisadi inkişaf barədə” nağılları de-yure və de-fakto bitirdi. Xam neft satışı üzərində qurulan iqtisadiyyat elə xam neft satışının azalması və dəyərdən düşməsi ilə dağılmağa başlayıb.

Bu da təbiidir. Çünki qeyri-neft sektoru Azərbaycanda nominal mövcuddur – neft gəlirləri azaldıqca qeyri-nef sektorunun miskinliyi tam çılpaqlığı ilə üzə çıxır. Hətta rəsmi statistika da bu vəziyyətdə yeni yalanlar uydurmaqda aciz görünür və tənəzzülü rəsmən etiraf etmək zorunda qalıb.

ÜDM 18 faiz azalıb


Rəsmi statistikanın etrirafına görə, 2015-ci ilin ilk ayında Azərbaycanda 3,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 18,2% azdır.

Belə ki, 2014-cü ilin yanvar ayında Azərbaycanda 4,4 milyard manatlıq, yəni bu ilin yanvar ayında olduğundan 0,8 milyard manat və ya 18,2% çox ÜDM istehsal olunub.

Bu ilin yanvarında ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 375 manat təşkil edib. Ötən ilin yanvarında bu göstərici 465,6 manat idi.

2013-cü ilin ilk ayında ölkə iqtisadiyyatında 4,5 milyard manatlıq məhsul istehsal edilmişdi.

2014-cü ilin dekabr ayı ilə müqayisədə ÜDM istehsalı 32% və ya 1,7 milyard manat azalıb. Ötən ilin dekabrında 5,3 milyard manatlıq ÜDM istehsal olunub.
2014-cü ilidə Azərbaycanda ümumi daxili məhsul istehsalı 59 milyard manat təşkil edib.

ÜDM-in azalması əsasən neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Ancaq məsələ rəsmi etirafla bitmir.


Nazirliklərin büdcəsi 30 faiz ixtisar edlir

Bir qədər öncə istiqlal-az hakimiyyətdəki mənbəyə istinadən xəbər yaymışdı ki, rayon icra hakimiyyətlərinə ilin sonuna qədər büdcələrini 30 faiz azaltmaq tapşırılıb. Konkret desək, ilin sonunda rayon icra hakimiyyətlərinin büdcələrinin 30 faizi xərclənməmiş qalmalıdır.

Mənbənin məlumatına görə, iri şəhərlərin büdcələrinin 25 faiz azaldılması nəzərdə tutulur: “Prezident Administrasiyasından gələn məxfi tapşırığa görə, büdcə qənaəti ixtisar adı olmadan aparılmalıdır. Çünki ixtisar sözü kütləvi psixoz vəziyyəti yaradır. Ona görə də yaşlı işçiləri pensiya və s. bəhanələrlə işdən çıxartmaq, yerlərinə isə heç kimi götürməmək tapşırılıb. Eyni də qənaət zamanda təsərrüfat xərclərinə də qənaət etmək təlimatda əksini tapıb”.

Mənbə bildirir ki, hakimiyyət təşviş yaratmamaq üçün bu məsələni rəsmiləşdirməyəcək: “Neftin qiyməti azalmaqda və yaxud indiki həddə qalmaqda davam edəcəksə, böyük ehtimalla may ayında büdcəyə yenidən baxılacaq. Ancaq icra hakimiyyətlərinin büdcəsi formal olaraq dəyişməyəcək. İxtisarlar başqa adla qeyri-rəsmi həyata keçiriləcək”.

Mənbə deyir ki, eyni qeyri-rəsmi təlimat təkcə rayon icra hakimiyyətlərinə yox, bütün dövlət qurumlarına, o cümələdən də hüquq-mühafizə orqanlarına və güc strukturlarına da gəlib. Təlimatda rəsmi təsdiqlənmiş büdcənin cəmi 70 faizinin istifadə olunması əksini tapıb. Təsərrüfat xərclərinin minimuma endirilməsi, inzibatı binaların təmirinin dayandırılması və işçilərin ixtisar edilməsi nəzərdə tutulur. İxtisarların birbaşa yox, struktur yeniləşmələri fonunda aparılması planlaşdırılır. Yəni şöbə və idarələrin ləğvi, birləşdirilməsi və yenidən təşkili yolu ilə ixtisarların aparılması təlimatda əksini tapıb.

Bu ilin büdcə xərcləri 21,1 milyard manat nəzərdə tutulub. Hökumət "qənaətlə" büdcə xərclərini 30 faiz (təxminən 6 milyard manat) azaltmaq niyyətindədir. "Ancaq hökumət xof yaratmamaq üçün büdcəyə yenidən baxmaq, rəsmi göstəriciləri azaltmaq niyyətində deyil. Ancaq "qənaət" və ixtisar yolu ilə vəziyyətdən çıxmaq istəyir. Bu il yeni infrastruktur layihələri maliyyələşdirilməyəcək. Yalnız yarımçıq layihələr tamamlanacaq" - deyə mənbə bildirib. Bu da hələ son deyil.

Daşınmaz əmlak bazarı ölüb

Neft gəlirlərinin pik dövründə belə hökumət sənaye sahələrini dirçəltmək əvəzinə tikinti biznesni canlandırdı. Qış bulvarı, Sovetski, Ağ Şəhər və s. layihələrə milyardlar xərcləndi, böyük söküntü işləri aparıldı, məşğul əhalinin böyük bir qismi bu sektora cəlb edildi. Bu isə mənzil tikintisi ilə məşğul olan şirkətlər üçün əsas qida mənbəyi idi – bazara nəhəng məcburi alıcı qrupu daxil olur, onlar da qiyməti qaldırır, bir sözlə qaz vurub qazan doldururdular. İndi artıq sökuntu layihələri bitib. Neft gəlirlərinin azalması ilə bağlı sonuncu – Sovetski layihəsinin də yekunlaşıb-yekunlaşmayacağı sual altındadır. Fakt budur ki, ərazidə köçürülmə qeyri-müəyyən müddətə dayandırılıb.

Daşınmaz əmlak bazarını ayaqda saxlayan ikinci mənbə isə çoxdan qapanıb – Rusiya böhranı ilə bağlı şimal qonşumuzdan pul köçürmələri dayanıb. Bu mənbə hesabına Azərbaycanın daşınmaz əmlak bazarına hər il 4-5 milyard dollar yatırım qoyulurdi. Rusiyada yaşayan azərbaycanlılar hər il ən azı bir o qədər vəsaiti də ailələrinin dolanışığı üçün yollayırdı. İndi onlar da kəsilib. Rusiya amili Azərbaycan üçün alternativ büdcə sayılırdı – indi büdcə “quruyub”. Ona görə də daşınmaz əmlak satışı ilə məşğul olan firmalar alıcını günün-günorta çağı çıraqla axtarır, ancaq tapa bilmir. Böyük ehtimalla yaxın aylarda daşınmaz əmlakın kəskin ucuzlaşacağı gözlənilir. Bu isə mənzil tikintisi ilə məşğul olan şirkətlərin bonkrot olması deməkdir. Onsuz da qiymətlər məcburi alıcıların hesabına fantastik həddə çatmışdı – bazar təbii axarına qayıtdıqca qiymətlər kəskin ucuzlaşacaq.

Manat da sərbəst buraxıldı

Hökumət 10 il böyük neft gəlirləri hesabına qoruduğu və azsaylı pozitiv göstəricilərindən sayılan manatın məzənnəsini də sərbəst buraxdı.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmova istinadən “Financial Times” qəzeti yazdığna görə, Mərkəzi Bank manatın dollardan asılılığını azaldacaq: “Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik. Büdcə və pul-kredit siyasətinə düzəliş etmək həddindən artıq vacibdir”.

Bununla belə, Elman Rüstəmov Azərbaycanın nə vaxt manatın dollardan faktiki asılılığından imtina edəcəyinə dair suala cavab verməyib. O bildirib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq. Ancaq vətəndaşların maraqlarının necə qorunacağı ilə bağlı suallar açıq qalıb.

Bir sözlə, bu il Azərbaycan böyük iqtisadi təlatümlər, sosial gərginlik gözləyir – kütləvi işsizlik (hər gün KİV-də ixtisarlar barədə məlumatlar dərc edilir), əhalinin gəlirlərinin azalması, manatın ucuzlaşması və s. Bir sözlə, 2015-ci il əsil “iqtisadi fəlakət ili” olacaq.

Qadir İBRAHİMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan iqtisadiyyatında geriləmə dərinləşib

    Azərbaycan iqtisadiyyatında geriləmə dərinləşib ...

    15-09-2017, 20:28

  • 
  • Dünya iqtisadiyyatı irəli, Azərbaycan isə geri gedir

    Dünya iqtisadiyyatı irəli, Azərbaycan isə geri ...

    19-09-2016, 13:14

  • 
  • Azərbaycan qaz hasilatını 5 faiz artırıb

    Azərbaycan qaz hasilatını 5 faiz artırıb ...

    15-08-2014, 10:15

  • 
  • Nazirdən bədbin proqnozlar: “Azalacaq...”

    Nazirdən bədbin proqnozlar: “Azalacaq...” ...

    13-10-2015, 13:51

  • 
  • Azərbaycan Dövlət Neft Fondunun gəlirləri azaldı

    Azərbaycan Dövlət Neft Fondunun gəlirləri azaldı ...

    20-10-2014, 12:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu