GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bir nəfər başqasının adına kredit götürsə, günah kimə yazılır?

Bir nəfər başqasının adına kredit götürsə, günah kimə yazılır?

Tarix: 27-07-2015, 12:48 Bölmə :İqtisadiyyat Baxış: 0
Bir nəfər başqasının adına kredit götürsə, günah kimə yazılır?

Bir nəfər başqasının adına kredit götürsə, günah kimə yazılır?

Banklardan başqasının adına kredit götürmək müşkül olacaq

Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə istehlak kreditlərinrin həcminin artması müvafiq dövlət qurumlarını bu istiqamətdə daha sərt siyasət yürütməyə vadar edir. Öncə xatırladaq ki, cari ilin əvvəlində Mərkəzi Bankın müəyyən etdiyi “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələblərinə əsasən, təminatsız kreditlər borcalanın uzunmüddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Sadə vətəndaşlar üçün tələb olunan maliyyə hesabatları qismində əməkhaqqı və ya onların rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir. bundan sonra avtomobillərin kreditlə satış qaydaları sərtləşdirildi. Ardınca istehlak kreditlərinin reklamlarına son verildi. İstənilən nəticənin hasil edilməməsi fonunda Mərkəzi Bank kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutan yeni tədbirlər görməyə hazırlaşır. Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov bu xüsusda bildirib: “Bildiyimiz kimi, Mərkəzi Bank bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar atıb. Nəticə də bundan ibarətdir ki, artıq istehlak kreditlərinin artım dinamikası aşağı düşüb. İpoteka kreditlərini istisna etsək, istehlak kreditləri ilin əvvəlindən təxminən 10% artıb. Yəqin ki, biz ilin sonuna qədər əlavə tənzimləyici addımlar atacağıq. Biz bu addımların banklarda istehlak kreditləşməsinin dinamikasına bir qədər də azaldıcı təsir göstərəcəyini gözləyirik”.

Rəşad Orucov qeyd edib ki, əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaqdır. Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcək: “Yəni, insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını konfortlu şəkildə ödəsinlər. Əsas tələb bu istiqamətdədir. Hər bir şəxs kredit götürərkən aylıq gəlirlərinə və onun hər ay borcların ödənilməsinə nə qədər yönəldə biləcəyinə baxılacaqdır. Məsələn, vətəndaşlar aylıq gəlirinin 50%-dək hissəsini bütün borclarının ödənilməsinə yönəldə biləcəklər. Mərkəzi Bankda hazırda müxtəlif variantlara baxılır. Ən normal göstərici 40-50 fazidir”.

Bundan başqa bankdan başqasını adına kerdit götürmək təcrübəsinə də son qoyulması nəzərdə tutulur. Tətbiqi gözlənilən yeni tələbdən sonra hər bir şəxsin götürdüyü kredit və ya kreditlər üzrə aylıq borc yükü sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər olacaq. Məsələn, 500 manat maaş alan bir şəxsin tələb etdiyi

kredit və ya kreditlər üzrə aylıq cəmi ödəniş 250 manatı ötərsə ona kredit verilməyəcək. Krediti olan müştərinin adına qohum və dostlarının kredit götürməsi çətinləşəcəyindən verilən kreditlər azalacaq. Kommersiya banklarından birindən adının açıqlanmasını istəməyən mənbə məsələ ilə bağlı “marja”ya bildirib: “İndi əksər müsbət reytinqli müştərilərin 2-3 krediti var. Bu kreditlər özü və ya başqası üçün götürülüb. Belə müştərilərin adına olan kreditlər üzrə ümumi aylıq ödənişi az qala maaşını keçir. İş yerindən arayış təqdim edə bilməyənlər normal iş yeri olan və banka arayış təqdim edə bilən qohum və dostlarının adına kredit götürə bilirlər. Mərkəzi Bank maaşa bağlı olaraq borc yükünə məhdudiyyət tətbiq edərsə bankların ciddi problemləri olacaqdır”.

Mənbənin sözlərinə görə, müsbət reytinqli müştərinin başqası üçün kredit götürməsi onun adına kredit olmadığı və ya adına kredit olduqda isə cəmi aylıq ödənişləri maaşının yarısına çatmadığı hallarda mümkün olacaq.

Qeyd edək ki, bəzi kredit təşkilatlarının nümayəndələri müştərilərin borcla yüklənməsinin artdığını, hətta çoxlarının ödənişləri yerinə yetirməkdə çətinlik çəkdiklərini söyləyirlər. Məhz Mərkəzi Bank insanların borcla yüklənməsinin və nəticədə onların kredit tarixçələrinin korlanmasının, ödəmə vaxtı keçmiş kreditlərin daha da artmasının qarşısını almaq üçün müvafiq addımı atmaq niyyətindədir.

Hələlik isə cəmi kredit verilişlərinin təxminən 42 faizi istehlak kreditlərinin payına düşür. Bu isə olduqca yüksək rəqəm sayılır. Əhalinin kreditlərə görə ödədəiyi faizin həcmi isə 1 milyard dollardan artıqdır.

Balakən rayon sakini Məhəmməd Mustafayev başqa-başqa şəxslərin adına kredit götürsə də, ödəyə bilməyib. Bununla bağlı məsələ mülki qaydada həll edilməli olduğu halda, Mol bulak” BOKT-ın (bank olayan kredit təşkilatından) rəhbərliyi cinayət işi başlanması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Belə olan halda da şikayəti əsas götürən istintaq orqanı mülki qaydada həll ediləsi məsələyə hüquqi qaydada düzgün qiymət verməyib. Məhəmməd Mustafayevin barəsində Məhəmməd Mustafayev Cinayət Məcəlləsinin 178.2.2-ci təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib və Balakən Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq belə nəticəyə gəlib ki, Məhəmməd Mustafayev aldatma və etibardan sui-istifdə etmə yolu ilə gəlir əldə etmək qərarına gəlib. O, bu məqsədlə 26 iyul 2013-cü il tarixdə Balakən şəhərində Ramin Osmanovun adına “Mol bulak” BOKT-dan (bank

olayan kredit təşkilatından) kredit yolu ilə nağd pul götürüb. Məhəmməd pulu həmin təşkilata özünün ödəyəcəyinə inandırıb və Ramin Osmanova 2000 manat miqdarında dələduzluq edib.

Bundan başqa, Məhəmməd Mustafayev həmin ilin iyulun 31-də Osman Abdullayevin “Mol bulak” BOKT-dan kredit yolu ilə nağd pul götürərək ona qarşı da dələduzluq əməli törədib. O, eyni əməllərlə Balakən rayon sakinləri – Şümeysət Abdullayevaya 3000, Həsən Abdullayevə 3000, Məryəm Qasımovaya 3000, Müzamiddin Əhmədova 3000, Ramiz Hobolova 2500, Nüranə Ölkəliyevə qarşı isə 500 manat miqdarında dələduzluq edib.

Məhəmməd Mustafayev bildirib ki, Balakən Rayon Məhkəməsinin hökmü maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından tam əsassız, ədalətsiz və qanunsuzdur. Onun sözlərinə görə, həmin hökm faktlara deyil, fərziyyələrə əsaslanır: “İş üzrə istintaq qərəzli aparılıb, zərərçəkmiş şəxslər müstəntiq tərəfindən aldadılaraq mənə qarşı ərizə, izahat və ifadələr verməyə məcbur ediliblər”.

“Borc pul istəmişəm”

Onun sözlərinə görə, istintaq zamanı onun və zərərçəkmiş şəxslərin ifadələri təhrif olunub, müstəntiq zərərçəkmiş şəxslərin savadsızlığından ona qarşı istifadə edib: “Əvvəllər kommersiya fəaliyyəti ilə məşğul olmuşam və yaxşı gəlir əldə etmişəm. Lakin 2013-cü ildən işlərimdə müəyyən uğursuzluqlar baş verib və ziyana düşmüşəm. Vəziyyətdən çıxmaq və kommersiya fəaliyyətini yenidən davam etdirib, daha da genişləndirmək üçün mənə böyük məbləğdə pul lazım olub. Özümün kredit almam mümkün olmadığına görə yaxın münasibətdə olduğum, o cümlədən hazırkı iş üzrə zərərçəkən kimi tanınmış şəxslərdən borc pul istəmişəm. Zərərçəkmiş şəxslər də “Mol bulak” BOKT-dan kredit götürərək mənə veriblər. Həmin kreditlər üzrə aylıq ödənişləri vaxtlı-vaxtında BOKT-na ödəməyi öz öhdəmə götürmüşəm”.

“Pulları qaytarmaqdan boyun qaçırmamışam”

Məhəmməd Mustafayev qeyd edib ki, zərərçəkmiş şəxslərin öz adlarına götürdüyü 20000 manat pulun çox hissəsini üzərinə hesablanmış faizlə birlikdə “Mol bulak” BOKT-na qaytarıb: “Arada yenə də çətinliyə düşdüyümdən bir neçə ay ödəniş edə bilməmişəm. Bundan istifadə edən “Mol bulak” BOKT-nın əməkdaşları borcluları, yəni hazırkı iş üzrə zərərçəkmiş şəxsləri narahat etməyə, kredit borclarının dərhal ödənilməsini tələb etməyə, qanunsuz təsir və təzyiqlər göstərməyə başlayıb. Kredit təşkilatının rəhbərləri borclulardan hədə-qorxu ilə mənə qarşı ərizələr alaraq polisə və

prokurorluğa göndəriblər. Mənim zərərçəkmiş şəxsləri aldatmaq, etibarlarından sui-istifadə edərək pullarını ələ keçirmək niyyətim olmayıb. Onlardan borc aldığım pulları qaytarmaqdan isə heç vaxt boyun qaçırmamışam. İşlərim qaydaya düşməyə və borcları qaytarmaq üçün imkanlar yaranmağa başlayanda barəmdə cinayət işi qaldırılıb. Nəticədə bütün planlarım və ümidlərim alt-üst olub. Hesab edirəm ki, heç bir cinayət törətməmişəm, mənimlə zərərçəkmiş şəxslər arasında şifahi surətdə borc müqaviləsi bağlanıb. Mənim həmin müqavilə üzrə öhdəliyimi yerinə yetirə bilməyim isə cinayət hadisəsi kimi qiymətləndirilməməlidir. Mənə qarşı irəli sürülmüş ittiham üzrə barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

“Özümü zərərçəkən hesab etmirəm”

Adına kredit götürülən Müzamiddin Əhmədov bildirib ki, Məhəmməd Mustafayev onun həmkəndlisidir, həmişə yaxşı münasibətləri olub: “2013-cü il sentyabr ayında Məhəmmədə sahibkarlıq fəaliyyətini genişləndirməsi üçün pul lazım olub. Bu səbəbdən məndən 3000 manat borc pul istəyib. Lakin məndə borc verməyə pul olmadığına görə həmin 3000 manat pulu Balakən şəhərində fəaliyyət göstərən “Mol bulak” BOKT-dan kredit götürərək Məhəmmədə vermişəm. Məhəmməd kredit üzrə aylıq ödənişlərin vaxtlı-vaxtında özü tərəfindən ödənilməsini öhdəsinə götürüb. Həqiqətən də Məhəmməd kredit borcu 4-5 ay ödəyib. Lakin arada çətinlik yarandığından krediti ödəməyə imkanı olmayıb. “Mol bulak” BOKT-nın əməkdaşları ödənişi məndən tələb etməyə başlayıblar. Əgər Məhəmməd tutulmasaydı “Mol bulak” BOKT-na olan kredit borcların hamısını ödəyəcəkdi. Lakin buna imkan verilmədi. Hаzırdа mənim “Mol bulаk” BOKT-nа 1500 mаnаt borcum qаlıb. Özümü zərərçəkmiş hesab etmirəm. Çünki Məhəmməd Mustafayev məni aldatmayıb və etibarından sui-istifadə etməyib. Könüllü olaraq kredit götürərək Məhəmmədə borc vermişəm. Məhəmməd Mustafayevə qarşı heç bir tələb və şikayətim yoxdur”.

“Banka kredit borcumuz qalıb”

Adına kredit götürülən digər şəxs Osman Abdullayev bildirib ki, 2013-cü ilin iyul ayında Məhəmməd onun evinə gələrək 10000 manat lazım olduğunu deyib: “Məhəmmədə pulumun olmadığını bildirdim. O, mənim, qızım Şümeysətin və qardaşım Həsənin hər birimizin adına bankdan 3000 manat kredit götürdüm və ona verməyimi xahiş etdi. O, pulun banka ödənişini hər ay özünün təmin edəcəyinə vəd verdi. Məhəmmədin verdiyi vədə inanaraq öz adıma, qardaşım Həsən və qızım Şümeysət də öz adlarına hərəmiz “Mol bulak” bankdan 3000 manat, cəmi 9000 manat pul götürdük. Həmin pulu Məhəmmədə verdik. Məhəmməd kreditin qaytarılması ilə

bağlı müəyyən qədər ödənişlər etdi və sonrа ardını ödəməyə imkanı olmadı. “Mol bulak” bankın işçiləri kreditin ödənilməsini bizdən tələb edərək müxtəlif təsir tədbirlərinə əl atdılar. Hətta VAZ-2106 markalı avtomobilimi satmağa məcbur etdilər. Onlar qalan kredit borclarını özləri ödəməli oldular. Hazırda “Mol bulаk” BOKT-nа mənim 1500 mаnаt, qızım Şümeysətin 1272 manat və qardaşım Həsənin 1250 manat borcumuz qаlıb”.

Osman Abdullayev bildirib ki, Məhəmməd onları aldatmayıb və imkanı olmadığına görə banka kredit pullarını özünün ödəyəcəyi barədə vədinə əməl edə bilməyib: “Məhəmməd Mustafayevdən heç bir tələb və şikayətin yoxdur. Yalnız bizə dəymiş mаddi zərərin aradan qaldırılmasını, yəni banka ödədiyimiz və borclu qaldığımız pulların Məhəmməd Mustаfаyev tərəfindən ödənilməsini tələb edirik”.

Niyə cinayət işi başlayıb?

Nüranə Ölkəliyeva da bildirib ki, bankdan kredit götürərək həmkəndlisi kimi tandığı Məhəmməd Mustafayev ona təcili pul lazım olduğunu deyib. Onun sözlərinə görə, Məhəmməd tbankdan 500 manat götürməyi, həmin pulu hər ay banka özü ödəyəcəyini deyib: “Məhəmmədin verdiyi vədə inanaraq həmin vaxtlarda Balakən şəhəri ərazisində olan “Molbulak” bankından 500 manat pul götürüb Məhəmmədə vermişdir. Məhəmməd isə pulu götürdükdən sonra cəmi 50 mаnаt ödəniş edib, qalan kredit borcunu ödəməkdən yayınıb. Onа görə də məcbur olaraq bаnkа olаn 450 mаnаt borcunu özüm ödəmişəm”.

Bаlаkən rаyon Polis Şöbəsinin İstintаq Bölməsinin müstəntiqi Məhəmməd Əliyev bildirib ki, Məhəmməd Mustаfаyevin cinаyət işinii ibtidаi istintаqı onun tərəfindən аpаrılıb: “Bаlаkən rаyon Kаtex kənd sаkinləri Ramin Osmаnov, Osman Abdullаyev, Şümeysət Abdullаyevа, Həsən Abdullаyev, Məryəm Qаsımovа, Müzamiddin Əhmədov, Ramiz Hobolov və Nüranə Ölkəliyevаnın ərizələri əsаsındа onlаr iş üzrə zərərçəkmiş şəxs qismində tаnınаrаq dindiriliblər. Dindirmə zаmаnı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərə heç bir təsir göstərilməyib. Onlаr sərbət ifаdə verərək ifаdələrini öz imzаlаrı ilə təsdiq ediblər”.

Məsələ ilə bağlı “Mol bulak” BOKT-ın (bank olayan kredit təşkilatından) fəaliyyəti ilə bağlı araşdırma aparmaq istəsək də, buna nail ola bilmədik. Çünki kredit təşkilatının rəsmi internet səhifəsi olsa da, həmin səhifə fəaliyyət göstərmir, ümumiyyətlə açılmırdı. Buna görə də Məhəmməd Mustafayevin kredit təşkilatının Balakən filiali ilə bağlı səsləndirdiyi ittihamlara bank olmayan kredit təşkilatının rəhbərləri tərəfindən cavab ala bilmədik.

Hacı Zeynalov

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Banklardan bəzi müştərilərə arayışsız kredit imkanı – Ayrı-seçkilik

    Banklardan bəzi müştərilərə arayışsız kredit ...

    30-01-2014, 18:41

  • 
  • AMB-dən banklara kredit verilməsi qaydaları dəyişdi

    AMB-dən banklara kredit verilməsi qaydaları ...

    19-07-2017, 20:51

  • 
  • Mərkəzi Bankın sədri: “İpoteka və Kredit Zəmanət Fondu daha çox iş görməlidir”

    Mərkəzi Bankın sədri: “İpoteka və Kredit Zəmanət ...

    31-01-2020, 11:42

  • 
  • Banklarda fövqəladə vəziyyət

    Banklarda fövqəladə vəziyyət ...

    6-02-2014, 11:57

  • 
  • Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası...

    Avtomobillərə kreditlərin verilməməsinin ...

    25-01-2014, 12:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu