GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İsmət Abbasova bağlı şörək sabotajı

İsmət Abbasova bağlı şörək sabotajı

Tarix: 12-02-2013, 11:01 Bölmə :İqtisadiyyat Baxış: 975
İsmət Abbasova bağlı şörək sabotajı

900-a yaxın kənd dəyirmanın boş dayanmasının səbəbləri

Varlı adamları Azərbaycan buğdasının çörəyini yeməyə
vadar edən özləri dediyi kimi, vətənpərvərlik məsələsi deyil


İndi Bakıda vəziyyəti orta olan və ya nisbətən varlı adamlar bacardıqca dükan-bazar çörəyi yemirlər - kəndlə yaxın əlaqəsi olan imkanlılar biçin vaxtı özlərinə buğda tədarükü görürlər, onu kənd dəyirmanında üyütdürürlər və Bakıya gətirərək bütün ilboyu çörəyi evdə bişirtdirirlər. Müasir texnologiya da buna imkan verir - indi bir dəfəyə 2 kiloqrama yaxın çörək bişirən elektron avadanlıqlar satılır ki, onların xəmir yoğurub keyfiyyətli çörək bişirməsi üçün ev sahiblərinin sadəcə lazımi miqdarda unu, suyu, duz və mayanı bunkerə qoyması kifayətdir. «Dörd nəfərlik ailəyik, 6 kisə un bizə yetir, onu da kənddən gətirmək elə də çətin deyil. Hər halda, supermarketlərdə kiloqramı 0,8-1 manata satılan unları alıb çörək bişirməkdən daha ucuz başa gəlir. Bu, həm də bir az patriotluq məsəsələsidir - hər halda, mən övladlarıma Azərbaycan çörəyi yedirirəm»,- deyə övladlarına Göygöl çörəyi yedirən Bakı sakinlərindən biri əməkdaşımız ilə söhbətində bildirib.
Əslində, varlı adamları Azərbaycan çörəyi yeməyə vadar edən səbəb təkcə özləri dediyi kimi, vətənpərvərlik məsələsi deyil. Bir ara mətbuatda dükan-bazarda satılan çörəyi aşağı keyfiyyətli ucuz buğdadan istehsal edilməsi, belə çörəyin mineral bazasının zəif olması, onlarda özlük dərəcəsinin (kleykovina) dərəcəsinin qaldırılması üçün fenol əsaslı «Unofer» kimi preparatlardan istifadə edilməsi barədə çox məlumatlar dərc edilirdi ki, bu, imkanlı adamları, təbii ki, qorxudur. Belə olan halda, onların il üçün çörək tədarük etməsi çox da bahalı başa gələn layihə deyil - 6 kisə un almaq üçün yarım ton buğda almaq lazımdır ki, bu da mövsümdə uzağı 150-170 manat tutur. Onu kənd dəyirmanına aparıb gətirmək 40 manata, üyütmək isə 20 manata başa gəlir. Yəni Bakıya daşımaq xərci nəzərə alınmazsa, unun kisəsi yerində 35 manata başa gəlir ki, ailə bu unla təxminən 75 kiloqram çörək bişirə bilir. Dükanlarda hətta ən ucuz zavod çörəyin kiloqramının 50 qəpik olduğu nəzərə alınarsa, bu, orta imkanlı şəhər ailəsinə elə də bahalı gəlmir. Bəzi varlılar hətta daha irəli gedərək Almaniya istehsalı ev dəyirmanları alır, Bakıya ancaq taxıl gətirməklə çörək ehtiyaclarını ödəyirlər. 1 kiloqram buğdanı 4 dəqiyəyə üyütməyi bacaran, ölçüsü şirəçəkən boyda olan belə dəyirmanları onlyan vasitəsi ilə 500 dollara əldə etmək mümkündür ki, bu, imkanlı adamlar üçün elə də çətin məsələ deyil.
Amma bütün bunlar Azərbaycanın sadə kənd camaatının imkanında deyil, çünki bahadır, hazırda istənilən kənddə iri dəyirman komplekslərinin idxal buğdadan istehsal etdiyi unun kisəsinin qiyməti 23 manatdan yuxarı deyil. Belə unu istifadə etmək də rahatdır, yəni heç bir əziyyəti olmadan, dəyirman yollarına düşmədən çörək problemini həll etmək olur. Buna görə də hətta buğda əkən ailələr belə öz məhsulunu bazarda yem kimi kiloqramı 20-25 qəpikdən topdan sataraq dükan unu almağa üstünlük verirlər. İlk baxışdan hər şey əladır - alan razı, satan razı.
Amma bu da var ki, Azərbaycanda kənd ailələri ərzaq buğdası tədarükündən əl çəkirlər. Hazırda Azərbaycan kəndlərində 4,2 milyon insan yaşayır və adambaşına illik ehtiyacı 120 kiloqram hesabı ilə belə götürəndə bu, 500 min tondan çox keyfiyyətli ərzaq buğdası deməkdir. Yəni kəndlərdə əhali özünün istehsal etdiyi ərzaq buğdasını istifadə edərsə, bu, ölkəyə idxal edilən 1 milyon ton ərzaq buğdasını yarıbayarı azalda bilər. Amma indi reallıq odur ki, Azərbaycan kəndində istehsal edilən buğda əsasən heyvandarlıqda yem kimi istifadə edilir.
Məsələnin başqa tərəfi isə Azərbaycanda kənd dəyirmanlarının tarixə qovuşması ilə bağlıdır. İndi ölkənin rayonlarında istifadəyə yararlı şəkildə mövcud olan 900-a yaxın dəyirmanın potensialından 20-25 faiz səviyyəsində istifadə edilir. Bəzi dəyirmanlar isə hərdən-bir gətirilən buğdanın tonu üçün verilən 30-40 manatı rentabelli saymayaraq fəaliyyətini birdəfəlik dayandırıb. Günlük 20-25 ton buğda üyütmək imkanına malik bu dəyirmanlar orta hesabla 2 min ailəyə xidmət edir. Əgər bu ailələrin hamısı buğda üyüdərsə, ildə bu, təxminən 2 min tona yaxın buğda edir ki, dəyirmanın illik qazancı o zaman 60 min manata qədər olar ki, bununla da yetərincə rentabelli biznes yaratmaq mümkündür. Amma reallıqda belə deyil. Dəyirmanlar ayda bir neçə gün bir neçə ton taxıl üyüdür ki, bu da daimi işçi saxlamağa imkan vermir. Belə dəyirmanlar hətta istifadə etdikləri elektrikin pulunu ödəməyə çətinlik çəkirlər.
Kənd Təsərrüfatı Nazirliyində (KTN) də məsələdən halidirlər və bunun bazar münasibətlərinin təzyiqi nəticəsində baş verdiyini vurğulayırlar. Amma KTN-in bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev bu istiqamətdə işlərin getdiyini də vurğulayır: «Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində biz 2020-ci ilə kimi ölkədə keyfiyyətli bol buğda istehsalını artırmaq üzrə tədbirlər görürük ki, kənddə istehsal edilən ərzaq buğdası keyfiyyətli olmaqla yanaşı, həm də bol olsun. O zaman bazarda konyukturanı idxal buğdası yox, yerli buğda müəyyən edəcək. Yəni keyfiyətli yerli buğda o qədər bol olacaq ki, iri dəyirmanların topdanalış qiyməti ilə yerlərdəki satış qiymətləri eyni olacaq. Bu zaman kəndli üçün un almaq yox, öz buğdasını üyüdüb una çevirmək daha əlverişli olacaq. Ümid edirəm ki, bu, yaxın illərdə baş verəcək»,- deyə Sabir Vəliyev vurğulayıb
Şamil Əlibəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çörək niyə bahalaşacaq? - (Video)

    Çörək niyə bahalaşacaq? - (Video) ...

    5-12-2013, 23:59

  • 
  • Çorəyi bahalaşdıran mağaza müdiri saxlandı

    Çorəyi bahalaşdıran mağaza müdiri saxlandı ...

    14-01-2016, 21:48

  • 
  • Azərbaycanda keyfiyyətli una dair tələblər açıqlandı

    Azərbaycanda keyfiyyətli una dair tələblər ...

    29-12-2015, 14:30

  • 
  • Çörək bahalaşacaq? - Açıqlama

    Çörək bahalaşacaq? - Açıqlama ...

    4-12-2013, 17:04

  • 
  • İsmət Abbasovun subsidiya maxinasiyaları

    İsmət Abbasovun subsidiya maxinasiyaları ...

    7-12-2012, 12:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2025 (590)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu