ANS PRESS TV-nin bu günkü qonağı aqrar siyasət üzrə ekspert Vahid Məhərrəmov olub. Ölkədə yanacaq qiymətlərinin qalxmasından bəhs edən söhbət zamanı ekspert bunun kənd təsərrüfatı məhsullarını ən azı 30 faiz bahalaşdıracağını bildirir.
Onun sözlərinə görə, bir hektar taxıl sahəsini becərmək üçün ən azı 250 litr dizel yanacağı xərclənir. Yəni kəndli bahalaşmadan ən azı hektarbaşına 22 manat ziyana düşəcək. Bu, birbaşa buğdanı və ondan istehsal edilən çörəyi bahalaşdıracaq. Amma ekspertin sözlərinə görə, çörəyi və digər kənd təsərrüfatı məhsullarını bahalaşdıracaq məsələ təkcə bu deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?