Dövlətstatkom əhalinin mal istehlakı strukturuna köklü dəyişikliklər edir. Düzgün vergi uçotu olmadığı üçün onların real uçotu yoxdur. Ekspertlər hesab edir ki, hökumət statistik göstəriciləri siyasi maraqlarına uyğunlaşdırır. DSK-ya görə, 2013-cü ilin yanvarında pərakəndə ticarət şəbəkəsində 1481,7 milyon manat məbləğində və ya 2012-ci ilin yanvar ayı ilə müqayisədə 9,1 faiz çox istehlak malları satılıb. Satılmış malların ümumi həcmində ərzaq məhsullarının həcmi 848,2 milyon manat və ya 57,2% olub. Qeyri-ərzaq mallarının həcmi 22,5 faiz artaraq 633,5 milyon manata bərabər olub (42,8%). Maraqlıdır ki, bir neçə il öncə satılan ərzaq və qeyri-ərzaq mallarının nisbəti 70%-30% idi. «Güzəran» İB-nin sədri Qadir İbrahimli DSK-nın məlumatlarını şərh edərkən Turan-a bildirib ki, hökumət qəsdən bu məlumatları saxtalaşdıraraq yoxsulluq səviyyəsi barədə dediklərinə haqq qazandırmaq istəyir. «Qeyri-ərzaq mallarının çəkisini artırmaqla rifah artımı görüntüsü yaratmaq istəyirlər, hərçənd bu istiqamətdə real addımlar yoxdur», deyə ekspert vurğulayıb. Dövlətstatkoma görə, yanvarda adambaşına ərzağa 91,8 manat, qeyri-ərzaq mallarına 68,5 manat xərclənib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?