Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri 11,7 faiz qalxıb.
Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov AzadlıqRadiosuna deyib ki, iki ayda əvvəlki ilin eyni dövrünə nəzərən ərzaq məhsulları orta hesabla 14,8%, qeyri-ərzaq malları isə 15,7 faiz bahalaşıb.
Xidmətlərdə qiymət artımı 4,04 faiz olub.
Fevral ayında yanvara nisbətən inflyasiya 0,4 faiz olub.
Ərzaq və qeyri-ərzaq mallarının qiyməti 0,6 faiz, xidmətlər isə 0,15 faiz bahalaşıb.
İqtisadiyyat Nazirliyi 2016-cı ildə inflyasiyanın 12,1 faiz səviyyəsində olacağı proqnozlaşdır.
Ötən il qiymətlər rəsmən 4 faiz qalxmışdı.
Ötən ilin sonunda Azərbaycanda ikinci devalvasiya olub
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?