Azərbaycanın ən qapalı ASC-si beynəlxalq kredit agentliklərindən “müsbət” reytinqi nəyə görə alır?
"Azərenerji" Standard & Poor's agentliyindən kredit reytinqi (uzunmüddətli "BBB-", qısamüddətli “A-3”) alıb. Bu göstərici “Standard & Poor's” tərəfindən verilmiş MDB məkanının elektroenergetika şirkətlərı arasında ən yüksək reytinqdır. Bu barədə dünən “Azərenerji” ASC-nin Strateji İnkişaf İdarəsinin rəisi Rafael Abbasov məlumat verib. “Azərenerji” təmsilçisinin sözlərinə görə, təyin olunmuş reytinq “Azərenerji”nin Cənubi Qafqazda ən iri elektroenergetika şirkəti olmaqla yanaşı, onun Azərbaycan Respublikasının iqtisadiyyatında mühüm rolu və Azərbaycan hökuməti ilə güclü hüquqi, strateji və əməliyyat əlaqələrini əks etdirir. Onun sözlərinə görə, reytinqin verilməsi şirkətin beynəlxalq səviyyədə imicinə, şəffaflıq və açıqlığına təsir edəcək. Abbasov qeyd edib ki, bu ikinci kredit reytinqidir, birincini 2012-ci ildə Fitch verib. Onun sözlərinə görə, ASC uzunmüddətli perspektivdə "fond bazarının şaxələnməsi imkanı" və beynəlxalq fond bazarlarına çıxmaqla maraqlanır. O, fəaliyyətini inkişaf etdirmək üçün istiqamətləri öyərnir, bura xaricdə elektrik şəbəkələrinin alınması da daxildir. “Azərenerji”nin necə struktur olduğunu, bu mükafatı niyə aldığını araşdıraq. Açıq səhmdar cəmiyyəti olsa da, “Azərenerji” ölkədə ən qapalı dövlət şirkətlərindəndir. 17 sentyabr 1996-cı ildə yaradılan ASC hələ də səhm buraxmayıb, təbii ki, hökumətdən başqa səhmdarları yoxdur. Şirkətm illik hesabat yaymır: tarixi ərzində bircə maliyyə hesabatı açıqlayıb (2011-ci il üzrə), sənəd şərh və izahsız 4 kiçik cədvəldən ibarət idi. Müqayisə üçün deyək ki, ARDNŞ-nin maliyyə hesabatı 74 səhifə olur. “Azərenerji”nin stansiyaları dövlətin və ya dövlət zəmanəti ilə alınan kreditlərin hesabına tikilir. Son 6 ildə milyardlarla vəsait ayrılsa da, ASC şəbəkələrində itki Avropa normalarından 2-2,5 dəfə çoxdur. 1 kVt\saat elektrik enerjisi istehsalı üçün 300 qr şərti yanacaqdan istifadə edir (Avropada 200 qr-dan azdır). “Azərenerji” 2013-cü ilin yanvarı üzrə İES və SES-lərdə elektrik enerjisi istehsalını cəmiyyətdən gizlədib və ümumi həcmi göstərib - 2,1 mlrd kVt\saat. Turan agentliyinin 11 fevralda göndərdiyi sorğuya cavab verilməyib. Agentliyin məqsədi bu idi ki, yanvarda belə gözəl hava olduğu halda (orta temperatur +5) elektrik enerrjisi istehlakı niyə 2012-ci ilin yanvarı ilə müqayisədə cəmi 100 mln kVt\saat azalıb? Məlumdur ki, ötən il yanvar çox soyuq oldu, 19-dan ayın sonuna kimi temperatur sıfırdan xeyli aşağı endi. O vaxt bütün enerji obyektləri var gücü ilə işlədi. Bəs indi niyə belə məlumat verilir? Məntiq hanı? Belə çıxır ki, Standard & Poor's reytinqi ona görə verib ki, Abbasovun sözləri ilə desək, "hökumətlə yaxşı əlaqələri var", dəqiq desək, dövlət kapitalına çıxışı var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?