İki oliqarx aeroport uğrunda savaşa qalxıb; hava limanında yükdaşıyan işləmək üçün də rüşvət verməlisən
Neft ölkəsində, 1 milyon iş yeri açıldığı deyilən məmləkətdə quru hambalçılıq hər addımbaşı qarşımıza çıxır. Azərbaycan Hava Yolları Şirkətinə (AZAL) tabe olan qurumlarda hətta “qara işlər”də işləmək üçün də rüşvət verməlisən. Bunu dünən aeroportda olarkən öyrəndik.
Yükdaşıyan işləmək üçün “şirinlik”
Orada apardığımız araşdırma göstərdi ki, aeroportda hətta süpürgəçi işləməkdən yük daşıyana qədər ən aşağı dərəcəli işə qəbul olunmaq üçün də, sən demə, “xüsusi prosedurlar”dan keçməli, kimlərisə “görməli” imişsən. Öncə onu deyək ki, aeroportda əl arabalarında yükdaşıyan işinə düzəlmək elə də asan məsələ deyilmiş. Söhbətləşdiyimiz arabaçı danışır: “Burada işləmək üçün aşağısı 300 manat “şirinlik” verməlisən. Səni burada işləməyə qoymazlar. Mən özüm 12 ildir ki, burada işləyirəm, hələ mənə də sataşırlar. Bunlar adam qoyarmı burada işləməyə?! ”. Bu Ziya müəllim (nəqliyyat nazirini nəzərdə tutur) buraya bir dənə marşrut aça bilmir. Buranın rəhbəri icazə vermir. Deyir özəldir, öz taksilərim işləyəcək. Bir dənə marşrut var, o da 40 qəpiyə işləyir. Bunlar aeroportda yola getmirlər. Aeroportda əldə etdiyimiz məlumatlara görə, nəqliyyat naziri Ziya Məmmədovun adamları aeroportdakı bəzi xidmət sahələrini Cahangir Əsgərovdan almağa çalışır. Deyilənlərə görə, aeroportda sərnişinləri qarşılayan taksi sürücülərini də bir qrup şəxs idarə edir. Onlar arasında nəqliyyat nazirinin də adamları var. Onların arasında daimi bir rəqabət var. Amma bir-birinə zidd qruplar bir məsələdə tam anlaşırlar - işin qiymətində. İşçilərin dediklərinə görə, ən rahat iş 500-1000 manatını verib yükünü daşımaqdır. İşçilər deyir ki, belə olmayan halda məmurların adamları ilə üz-üzə gəlirsən:
Türk aviaşirkətləri böhran yaradıb
“Burada işləmək hamıya asan gəlir. Ancaq belə deyil. Pulunu versən, bir az rahat olursan. Əks təqdirdə isə mümkün deyil. Adamı boğaza yığırlar. Burada nəinki əl arabalarında, ümumiyyətlə, bütün yerlərdə, o cümlədən ”qara işlər"də işləyənlər də pulunu verib işə girirlər. Bəziləri isə tanışlıqla gəlirlər. Onların dediyini eləməyəndə səni işləməyə qoymayacaqlar. Hələ burada 10 il işləyib canını qoyanlar var ki, onları da incidirlər. Polisi üstünə göndərirlər. Nə bilim, arabasını əlindən alırlar. Olmazın oyunu adamın başına gətirirlər”. Sonra aeroporta daxil olub burada ölkəni tərk edəcək sərnişinlərlə söhbətləşdik, kassalarda qiymətləri öyrəndik, kafelərdə hansı qiymətlərə nə satıldığı ilə maraqlandıq. Əvvəla deyək ki, Azərbaycanın turizm şirkətləri “Türk Hava Yolları”» (THY) aviaşirkətinin aviabiletlərini satışını dayandırıb. Yerli şirkətlər onlara THY-nın biletlərini almaq üçün müraciət edən müştərilərə bu şirkətin biletlərini satmadıqlarını bildirərək onlara digər aviaşirkətlərin alternativ reyslərinə bilet təklif edir. Bunun səbəbi Türkiyə aviaşirkətinin yerli turizm şirkətlərinə bilet satışına görə komissiya haqqı ödəməyi dayandırması ilə bağlıdır. Bu da Türkiyəyə uçan sərnişinləri ciddi şəkildə narazılığına səbəb olub. Onlar THY ilə daha münasibət qiymətə və rahat uça bildiklərini əsas gətirirlər. Əsasən də türkiyəli sərnişinlər narazılıq edir və bu vəziyyət davam edəcəyi halda sərnişinlərin başqa yola tapmaq məcburiyyətində qalacaqlarını söyləyirlər.
Rüşvət ver və uç
Qeyd edək ki, AzTA-nın icraçı direktoru Fərid Muqimzadə bildirib ki, dekabrın 1-dən THY şirkəti aviabiletlərin satışına görə yerli şirkətlərə komissiya haqlarının ödənilməsini dayandırıb və bunun əvəzində heç bir həvəsləndirici mexanizm (bonus proqramı) tətbiq etməyib. Halbuki, bir qədər əvvəl komissiyanı ləğv edən “Lufthansa” və “Austrian Airlines” aviaşirkətləri bunun müqabilində bonus proqramlarının tətbiqinə başlayıb. Türk şirkəti isə belə bir proqram tətbiq etməyib. Baxmayaraq ki, qonşu ölkələrdə komissiya haqlarının ödənilməsini davam etdirir”. Yerli turizm şirkətlərinin türk aviasiya operatorunun Bakı nümayəndəliyindən digər ciddi narazılığı da odur ki, turoperatorlar THY-nın onlayn satılan biletlərini heç komissiya haqqı olmadan da sata bilmir. Nəticədə, hansısa müştəri səyahət paketi almaq istədikdə aviabileti ayrıca olaraq THY-nın saytından özü almalıdır. Bu, müştərilər üçün də böyük çətinliklər yaradır. Belə ki, heç də bütün müştərilər internetdən istifadə edib bileti onlayn rejimdə almağı bacarmır və buna görə də turizm şirkətlərinə müraciət edirlər. Digər narazılıq ondan ibarətdir ki, bir qədər əvvəl «Türk Hava Yolları» bir neçə il əvvəl yol verilmiş pozuntulara görə yerli şirkətləri ciddi məbləğdə cərimə etməyə başlayıb. Nəticədə, 2009-2010-cu illərdə baş verdiyi iddia edilən pozuntulara görə bəzi yerli şirkətlər 6-10 min dollar məbləğində cərimələnib. Hava limanında olarkən burada tam ayrı metoda əl atılması haqda xəbərlər eşitdik. Belə ki, söylənənlərə görə, aviareyslərin azalması bəzi tələskən sərnişinləri rüşvət verməyə vadar edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?