Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu geri dönüb. Azərbaycanlı zəvvarları gətirən təyyarə ötən gün Bakı vaxtı ilə təxminən axşam saat 08 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Zəvvarları hava limanında coşqu ilə qarşılayıblar. Anspress-in əldə etdiyi məlumata görə ilk reysdə bir zəvvar qrupu olub.
Hava limanında zəvvarlar qarşılanarkən böyük insan izdihamı yaşanıb. İzdihamda Həccdən qayıdan yaxınını qarşılayan kişinin halı pisləşib. Həkimlərin səyinə baxmayaraq 71 yaşlı Malik Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb.
Zəvvarları gətirən növbəti təyyarə bu gün səhərə yaxın Bakıda eniş edib. Zəvvarların geri dönüşü isə oktyabrın 29-na kimi davam edəcək. Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətində 3700 zəvvar iştirak edib.
Sorğu
Yeni dizaynımız necədir?