Fond sədrinin qanunsuz əməlləri yuxarıları razı salmır
İlham Əliyevin fevralın 12-də məmurları tənqid etdiyi çıxışı hələ uzun müddət yaddaşlardan silinməyəcək.Etiraf etmək lazımdır ki, ölkə başçısı hakimiyyətdə olduğu müddətdə məmurlarla bağlı belə sərt danışmamışdı. Dövlət rəhbəri bir neçə dəfə vətəndaşları incidən, onlara yuxarıdan aşağı baxan və etimadı doğrultmayan bu və ya digər məmurlara xəbərdarlıq etmişdi. Sonuncu xəbərdarlıq isə onu göstərdi ki, bəzi məmurlar artıq inanılmaz dərəcədə harınlayıb. Hədələnmədən sonra əksər nazirlər, komitə sədrləri, deputatlar və digər vəzifələlərdə çalışan şəxslər vəzifələrini itirəcəklərindən ehtiyat edirlər. Bu insanlar özlərini təmsil olunduqları qurumlarda əvəzolunmmaz şəxs kimi aparırlar. Əslində, bu fikirlərində yanılırlar. Çünki dövlət başçısı istənilən vaxt hansısa özündənrazı məmuru vəzifədən azad edə bilər. Bu məmurlardan biri də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovdur. Qeyd edək ki, Azərbaycanda əhalinin sosial müdafiəsi həyata keçirilən sosial-iqtisadi siyasətin öncül istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən ciddi addımlar atılıb. Nəticədə 1995-2000-ci illərdə işləyənlərin orta aylıq nominal əmək haqqı 3 dəfə, orta aylıq pensiyanın məbləği 4 dəfə artıb. DSMF rəhbəri isə islahat tədbirlərinə sanki kölgə salmaq xəttini tutub. Bunu pensiyaçıların üzləşdiyi problemlərə əsasən demək mümkündür. Xatırlayırsınızsa, fond sədri ötən ilin sonlarında bildirmişdi ki, yanvar ayından pensiyalar artırılacaq. Hazırda fevral ayını yaşasaq da, nə artım var, nə də bir şey. Artan isə yalnız pensiyaçıların narazılığıdır. 11 ildir DSMF-yə rəhbərlik edən gömrük xidməti general-mayoru bu müddətdə təqdir ediləsi işlərə imza atmayıb. Ölkənin sosial müdafiə sahəsində ağır problemlərin əmələ gəlməsinə səbəb olan sədr həmişə qalmaqallı məsələlərlə diqqət çəkib. Açıqlamalarından birində korrupsiyaya qarşı mübarizə apardığını bildirən sədr deyəsən, fondun yerlərdəki şöbələrində olan ab-havadan xəbərsizdir. Cəlilabad və Zərdab rayonlarına təyin edilən dövlət büdcəsindən məninsəmə faktlarının qeydə alınmasına şərait yaradırlar. Ümumiyyətlə, respublikanın bir çox rayonlarında DSMF-nin səlahiyyətli nümayəndələri qanunsuz əməllərlə məşğul olurlar. Bu barədə fond rəhbərinə dəfələrlə məlumat verilib. Ancaq o, vətəndaşlara hörmətsizlik edən şəxsləri cəzalandırmır, belələrinə daha da sərbəstlik verir. Sözsüz ki, bu şeylər S.Müslümov haqqında yuxarı dairələrdə mənfi fikirlərin formalaşmasına gətirib çıxarıb. Məlumatlı mənbəmiz deyir ki, ölkə başçısının konfrans zamanı barmaq silkələməsindən sonra məmura ciddi xəbərdarlıq edilib və ona işlərini qaydaya salması üçün vaxt verilib. Buna görə də hakimiyyətdə adıçəkilən məmurun seçkiöncəsi işdən çıxarılması söhbətləri müzakirə olunmağa başlayıb. Məlumata görə, artıq hədəfə alınan DSMF şefi oktyabr ayına qədər istefaya göndərilə, hətta fəaliyyəti araşdırılacağı təqdirdə həbs oluna bilər. Artıq beynəlxalq qurumlar da daha sanballı tədbirlər tələb edir. Belə bir şəraitdə korrupsiyaya şərait yaradan məmurların bir-bir vəzifədən çıxarılması gözləniləndir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?