Fond rəhbəri deputatın qaldırdığı problemi həll edəcək
Millət vəkili Qənirə Paşayevanın Tovuzun Ermənistanla sərhəd kəndlərində yaşanan bankomatlar problemi ilə bağlı qaldırdığı məsələ yaxın günlərdə öz həllini tapacaq. “Qafqazinfo”nun məlumatına görə, 2013-cü il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün büdcəsinin təsdiqinə həsr olunmuş parlamentin növbəti plenar iclasında çıxışı zamanı DSMF sədri Səlim Müslümov yaxın zamanlarda Tovuz rayonunun Ermənistanla sərhəd kəndlərinin bankomatlarla təmin edilməsi məsələsi öz müsbət həllini tapacağını deyib. Qeyd edək ki, millət vəkili Q.Paşayeva Parlamentdə çıxışı zamanı Tovuzun Ermənistanla sərhəd kəndlərində yaşanan bankomatlar probleminin qısa zamanda həllinin vacibliyini bildirmiş və müvafiq qurumları bu məsələnin qısa zamanda həll edilməsinə çağırmışdı. Millət vəkili qeyd etmişdi ki, təmsilçisi olduğu bölgənin, xüsusilə sərhəd kəndlərinin bankomatlar problemi var və bu problem tezliklə aradan qaldırılmalıdır. Fondun sədri S.Müslümov bildirib ki, bankomatlarla bağlı büdcə müzakirələri zamanı qaldırılıb məsələ bir daha müzakirə olunub və onların sayının yerlərdə, o cümlədən Tovuz rayonunun sərhədyanı kəndlərində artırılması qərara alınıb. Səlim Müslimov deputatın qaldırdığı problemi həll edəcək
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?