Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən qiymətləri dövlət tərəfindən tənzimlənən malların xidmətlərin sayı artıb.
Dəyişikliyə əsasən bundan sonra dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?