“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti araşdırıldı; ciddi pozuntular aşkarlanıb; Ayrılmış dövlət vəsaitindən istifadənin səmərəliliyi azdır; çayların daşmasının vura biləcəyi ziyanlar qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməmişdir; nəticədə əhaliyə maddi ziyan dəymiş, minlərlə əhali evini, mülkinü itimiş, əkin sahələri su altında qalmışdır
“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin ölkədə su ehtiyyatlarından istifadənin, Kür-Araz və digər kiçik çaylarda ekoloji vəziyyət, şor suların axıdılmasının və torpaqlarının şoranlaşmasının qarşısının alınmasının vəziyyəti və mühizə bəndələrinin tikilməsi və bərpası ilə bağlı həyata keçirdiyi tədbirlərə ayrılmış vəsaitdən istifadənin səmərəliliyi layihəsinin birinci mərhələsini başa çatdırıb. Monitorinq zamanı 2009-2013-cu illərdə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti haqqında mətbuatda, radio və televiziyalarda, agentlik və iternet portallarda gedən yazılar təhlil edilmişdir. Layihəyə uyğun olaraq Azərbaycanda torpaqların meliorasiyası və su ehtiyatlarından rasional istifadə, bu sahədə ekoloyi vəziyyət, ekoloji hüquq, ekoloji audit və aparılan meliorasiya işlərinə, su ehtiyatlarından istifadənin beynəlxalq standartlara nə dərəcədə uyğunluğu ilə bağlı, bu sistemin təkmilləşdirilməsinin regionların inkişafına təsiri ilə bağlı kütləvi informasiya vasitələrində dərc edilmiş yazılar əsasında araşdırılıb. “Mühit” EMİİ-nin sədri Əziz Azəri əməkdamıza bildirib ki, monitorinqi keçirməkdə əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayan, dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına aparılan və ən nəhayət, milyonlarla vətəndaşın həyatına, güzaranına təsir göstərən sahədə ictimaiyyətlə əlaqənin vəziyyətini öyrənmək, ictimai rəyin təsir vasitələrinin vəziyyətini təhlil etmək, ekoloji vəziyyətlə bağlı kütləvi informasiya vasitələrində dərc edilən yazılarda qaldırılan məsələrin həllinə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinn münasibətini, bu sahədə ictimai qınağın təsirliliyini diqqətə çatdırmaqdır. Monitorinq zamanı 200 çox KİV-də, radio və televiziyalarda, internet portallarda gedən 1800 yaxın yazı araşdırılmış, konkret istiqamətlədə hesabatlar hazırlanmışdır. Yazılarda qeyd olunduğu kimi ölkədə inkişafın uzunmüddətli strategiyaları bu sahənin inkişafına xüsusi diqqət və vəsait qoyulmasını tələb edir. Tikilən su anbarları, çəkilən kannallar, daşqın və sel sularından qorunmaq üçün mühafizə bəndləri böyük vəsaitlər xərclənib. Ölkədə ekoloyi tarazlığın qorunmasına, ən azı mövcud vəziyyətin pisləşməsinin qarşısının alınmasına xeyli vəsait sərf edilib. Meliorasiya, torpaqlardan və su ehtiyatlarının istifadənin hüquqi əsası yaradılmış, ölkəmiz bu sahədə mövcud konvensiyalara imza atıb. Azərbaycanın Kür və Araz və digər kiçik çaylarının, su anbarlarının və kanalların suyundan suvarma məqsədi ilə istifadənin vəziyyəti, ekoloji tarazlığın qorunması, torpaqların şoranlaşmasının qarşısının alınmasının vəziyyəti və bu sahədə həyata keçirilən layihələrin səmərəliliyinin təmin olunması üçün Azərbaycan respublikası dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan, beynəlxal maliyyə qurumlarından vəsait ayrılıb. Bu sahədə işlərin görülməsi, daha yeni texnologiyaların tətbiqi, mövcud sistemin təkmilləşdirilməsi, yenilərinin yaradılması “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb. Lakin son illərin Kür və Araz çayında baş verən daşqınların vurduğu ziyanlar onu göstərir ki, ayrılmış vəsaitdən istifadənin səmərəliliyi çox azdır. Ən azı çayların daşmasının vura biləcəyi ziyanlar qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməmişdir. Nəticədə əhaliyə maddi ziyan dəymiş, minlərlə əhali evini, mülkinü itimiş, əkin sahələri su altında qalmışdır. 2010-cu ilin daşqınları göstərdi ki, illərlə ayrılmış vəsaitin istifadəsinə çoxsaylı nəzarət mexanizmi faydasız olmuşdur. Vəsaitin ayrılmasına nəzarət edən Maliyyə və İqtisadi İnkişaf nazirlikləri apardığı yoxlamaların nəticəlrini ictimaiyyətə çatdırmayıb. Suvarma sistemlərində su itkisi 40-50 faiz arasında olmuş, su çatışmazlığından minlərlə hektar torpaq əkilməmişdir. Suvarma sisteminin köhnəlməsi, yaxud nəzarətsizlik uzundən hər kub su vahidinə sərf edilən yanacaq və enerji sərfiyyatı azalmaq əvəzinə artmışdır. Bütün sahələrdə olduğu kimi bu sahədə olan proplemlərə Azərbaycanda fəaliyyət göstərən QHT-lər lazımi diqqət yetirməmişdir. İndiyədək mövcud vəziyyəti araşdırmaq məqsədi ilə layihə (bir-iki layihə istisna olunmaqla) həyata keçirilməmiş, sistemin təkmilləşdirilməsi, xüsusi ilə ekoloji məsələ ictimai nəzarətdən kənarda qalmışdır, layihələrin və sudan qənaətlə istifadənin vəziyyəti ictimaiyyətin diqqətinə çatdırılmamış, problemlərin həllində ictimai qınağın təsirli amilləri diqqətə çəkilməmişdir. Ayrılan vəsaitlərdən məqsədli istifadəsində kənarlaşmalara, qiymətlərin şişirdilməsi haqqında kütləvi informasiya vasitələtində gedən yazılar qulaq ardına vurulmuşdur. Qəzetlıərin əməkdaşları son illər qoyulmuş vəsaitin həcmi və digər məslələrlə bağlı informasiya ala bilməmiş, bu sahəyə nəzarət etmək istəyən qeyri-hökumət təşkilatı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yeni su hövzələrinin tikintisi və Kür daşqınları zamanı mülkiyyətin qiymətləndirilməsində ədalətsizliyə yol verilmiş, onların bir qismi “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti ilə münasibətləri məhkəmələrdə aydınlaşdırmağa məcbur olmuşlar. Amma cəmiyyyətin nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər. Ümumiyyətlə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi KİV- gedən tənqidi yazılara nadir hallarda cavab vermiş, internet saytlarında əhalinin ərizə və şikayətləri ilə bağlı cavabları yerlədirməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?