Başımızın üstünü qara buludlar alıb, böhran qapımızı tıqq eləyir. Hər şey qara qızılın qiymətindən asılıdır. Büdcə kəsirini doldurmaq üçün daxili bazarda yanacağın(benzinin) qiyməti 200% qaldırılmalıdır. Sərvətimizin qədrini bilməliyik.
Mən 1971-ci il "təvəllüdlü" VAZ-2101 avtomobilimə həmişə 2-3 manatlıq benzin tökürəm, israfçılıq etmirəm. Çox vaxt sfetofor və enişlərdə mühərriki söndürürəm. Əslində şəhərlərdə sfetoforlar yığışdırılmalıdır. Sumqayıt "Siqnal" idarəsi(sfetofor quraşdırma yəni işığ for) hər 100 metrdən bir sfetofor qoyur. Bu da əlavə yanacaq israfçılığı deməkdir. Bu da strateji sərvətimizə qəsddir! Gəlin öz-özümüzə qəsd etməyək. Vətəndaş mövqeyi ortaya qoyaq bütün günahları hökümətin üstünə atmaq olmaz... Hər birimiz özümüzə sual etməliyik mən böhranın qabağını kəsmək üçün nə etdidim...? "Lazım" gəlsə həftələrlə ac qalmalıyıq təki böhran bizdən yan keçsin. Xalq olaraq biz hər şeyə dözməliyik!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?