GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şou əhli benzindən danışdı: “Bizim də qiymətimiz artacaq” - SORĞU

Şou əhli benzindən danışdı: “Bizim də qiymətimiz artacaq” - SORĞU

Tarix: 13-01-2015, 18:47 Bölmə :Ölkə Baxış: 0
Şou əhli benzindən danışdı: “Bizim də qiymətimiz artacaq” - SORĞU

Bu gündən etibarən yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edildi.

gundemxeber.az xəbər verir ki, lent.az saytı benzinin qiymətinin qalxmasıyla bağlı şou-biznes nümayəndələrindən münasibət öyrənib.

Xalq artisti Səməd Səmədov: “Benzinin qiyməti qalxmağı mənə ziyan etməyəcək. Çünki maşını mən idarə etmirəm. Prodüserim Rövşən sürür. Qiymət qalxıbsa, toylarımın qiyməti qalxmayacaq. Əvvəl neçəyə gedirdimsə, indi də elə”.

Müğənni Əli Mirəliyev: “Gözüm zəif gördüyünə görə, maşın idarə etmirəm. Harasa getmək lazım olanda, oğlum, ya da kürəkənim sürür. Benzinin qalxması mənə çox təsir etdi. Azərbaycanlıyam. Özüm də 160 manat pensiya alıram. Benzinin qalxmağı yaxşı hal deyil. Bütün dünyada benizinin qiyməti düşür, Azərbaycanda isə qalxır. Bu necə olur? Düzgün deyil. Benzin qalxdısa, hər şey qalxacaq”.

Prodüser Tolik (Tarix Əliyev) : “Düşünürəm ki, bu benzinin qiymətinin qalxmağı haradasa xeyirlidir. Tıxacların qarşısını alacaq. Amma elə təbəqə də var ki, benzinin qiyməti 5 manata da olsa, maşın sürəcəklər. Məncə, bu siyasətdir, maşınların sayı azalsın”.

Əməkdar artist Zöhrə Abdullayeva: “Benzinin qalxmağından mənə nə? Hökumətimiz belə məsləhət bilib, qiyməti qaldırıb. Qiymətin qalxmağının mənə təsiri yoxdur”.

“Space” radiosunun aparıcısı Famil Məcid: “Benzin sərvətdir və sərvət getdikcə dəyərini artırmalıdır”.

Əməkdar artist Elza Seyidcahan: “İndi sizdən eşitdim. Mən avtomobil idarə edirəm. Hər gün 15-20 manatlıq benzin vururam. İnsanlar da var ki, maşını öz kefləri üçün sürürlər. Onların pulu çoxdur. Benzin qalxıbsa, bizim də qiymətimiz qalxacaq. Yəni toylara 1 manata gedirdiksə, indi 2 manata gedəcəyik”.

Aparıcı Vüsalə Kərimova: “Bir sürücü kimi benzinin qiymətinin artması məni də narahat edir. Mən avtomobilimə premium benzindən tökürəm. Benzinin qalxması ictimaiyyət arasında kifayət qədər ajiotaj yaradır. Tarif Şurası vaxtaşırı qiymət artımı məsələsinə baxır və qərar verir. Hesab edirəm ki, bəzi işbazların benzinə əlavələr edərək su qatmasının da qarşısı alınsa, narazılıq olmaz”.


Müğənni Əkbər Əliyev: “Təəccüblənmirəm. Mənim üçün normaldır. Artıq bir neçə ildir ki, hər şeyə normal baxıram. Qalxıbsa, demək belə məsləhətdir. Nə mənim, nə sənin, nə digərinin sözü ilə benzinin qiyməti aşağı düşəsi deyil. “Tak şto” bütün sürücüləri təbrik edirəm".

Müğənni Nicat Cəfərzadə: “Azərbaycanda benzinin qalxmağına adi baxıram. Çünki dünyanı iqtisadi böhran cənginə alıb. Bu prosesləri izlədiyimə görə, bilirəm ki, neftin qiyməti aşağı düşür. Benzinin qiyməti qalxacaq. Benzinin qiyməti qalxsa, deməli bir çox məhsulların qiyməti də artacaq. Müğənni olduğuma görə, öz adımdan əminliklə söyləyə bilərəm ki, mənim toy qiymətim qalxmayacaq”.

Aparıcı Murad Əzimzadə: “Benzinin qalxması... Hamini bu münasibətlə təbrik edirəm”.

Müğənni Bəturə Hüseynova: “Benzinin qiymətinin qalxması pisdir. Neft və qaz ölkəsində ucuz olmalıdır”.

Müğənni Elariz Məmmədoğlu: “Hökumətimiz belə məsləhət bilibsə, belə də olmalıdır. Benzinin qalxması mənə təsir etməyəcək”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda benzinin qiyməti bahalaşıb?

    Azərbaycanda benzinin qiyməti bahalaşıb? ...

    2-04-2014, 11:29

  • 
  • Benzin hansı ölkədə neçəyə satılır?

    Benzin hansı ölkədə neçəyə satılır? ...

    3-12-2013, 12:29

  • 
  • Hökumət benzinin qiymətin qaldırır

    Hökumət benzinin qiymətin qaldırır ...

    5-12-2014, 13:11

  • 
  • Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşdı  - YENİLƏNİIB

    Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşdı - ...

    1-07-2020, 12:38

  • 
  • Prezident: “Benzinin qiyməti qalxacaq“

    Prezident: “Benzinin qiyməti qalxacaq“ ...

    30-01-2014, 15:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu