GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Nazirin söz atdığı ekspertlərdən - Açıqlama

Nazirin söz atdığı ekspertlərdən - Açıqlama

Tarix: 25-01-2016, 17:30 Bölmə :İqtisadiyyat Baxış: 0
Nazirin söz atdığı ekspertlərdən - Açıqlama

Maliyyə naziri Samir Şərifov “ANS”də yayımlanan “Hesabat” verilişində manatın taleyi ilə bağlı maraqlı açıqlamalar verib. “Qafqazinfo” xəbər verir ki, nazir çıxışında manata hörmətin bərpa olunması istiqamətində işlər aparıldığını vurğulayıb. Həmçinin qeyd edib ki, yaxın günlərdə bazara həm milli valyutada, həm də xarici valyutada istiqrazlar çıxarılacaq.

Nazir müsahibəsində Mərkəzi Bankın “üzən məzənnə” yə keçidlə bağlı qərarına da toxunub. S. Şərifov bildirib ki, Mərkəzi Bank rəsmi olaraq “üzən məzənnə” siyasətinə dekabr ayında keçib.

“Bu zaman manatın məzənnəsi Mərkəzi Bank tərəfindən bir günə 48 faiz endirildi. Yəni, bunlar bir qədər yüksək devalvasiyaya getməklə sonrakı hadisələri qabaqlamış oldular. Güman edirəm ki, Mərkəzi Bank tərəfindən “üzən məzənnə” ilə bağlı addımlar gedir. Manatın məzənnəsi 1.55- dən çox yox, amma bir qədər enir. Mən hesab edirəm ki, manatın məzənnəsini bazar müəyyən etməli idi, Mərkəzi Bank deyil”- deyə fikrini səsləndirib.

Maliyyə naziri 21 dekabr qərarını yüksək devalvasiya adlandırıb. Halbuki Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuata açıqlamalarında qərarı devalvasiya deyil, “üzən məzənnə” adlandırmışdı.

Nazirin manatın taleyi ilə bağlı qərarın Mərkəzi Bank tərəfindən deyil, bazar tərəfindən müəyyən edilməsinin daha düzgün variant olduğuna toxunması məsələsi bu gün aktual olaraq qalır.

Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra manatın dollara qarşı məzənnəsində demək olar ki, hər gün artımlar baş verir. İndiki durumu nəzərə alsaq, maraqlıdır ki, Azərbaycanda manatın məzənnəsi həqiqətən də “üzən məzənnə” siyasəti ilə dəyişirmi, yoxsa Mərkəzi Bank tərəfindən prosesə inzibati yollarla müdaxilə edilirmi?

Bildirək ki, “üzən” valyuta məzənnəsi rejimi Mərkəzi Bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.

S. Şərifov müsahibəsində bir məsələyə də toxunaraq, fevral ayından bəri mətbuat səhifələrində müxtəlif təhlilçilərin gündən-günə ajiotaj ssenariləri dərc etdiklərini xatırladaraq iqtisadçıları tənqid edib:

“Bunların sayı 4-5 nəfərdir. Biri deyir ki, neftin qiyməti düşəcək, dolların qiyməti qalxacaq, manat öləcək. Manat bizim milli valyutamızdır. Hamı ona hörmətlə yanaşmalıdır”.

“Qafqazinfo” nazirin vurğuladığı bir sıra məsələlərlə bağlı iqtisadçı ekspertlərin münasibətini öyrənib.

Nazirin söz atdığı ekspertlərdən - Açıqlama

Natiq Cəfərli bildirib ki, Azərbaycanda “üzən məzənnə” anlayışı yoxdur: “Bu siyasətə keçmək üçün Azərbaycanda birjalar, qiymətli kağızlar bazarı, ölkəyə valyuta gətirən çoxlu sayda şirkətlər yoxdur. Bunlar “üzən məzənnə”yə keçidin əsas parametrləridir. Adı üzən məzənnə olsa da, razılaşdırılmış və elan olunmuş məzənnədir. Nazirin məzənnəni bazar müəyyən etməlidir fikri iqtisadi kateqoriyalara uyğundur. Rusiya və Qazaxıstanda olduğu kimi, Azərbaycanda belə birjaların olmamağı buna çətinlik yaradır”.

Ekspert nazirin onlar barədə səsləndirdiyi fikirlərə də münasibət bildirərək qeyd edib ki, Samir Şərifov əslində tənqid etmədi, təriflədi: “Yəni bizim fevraldan bəri yazdıqlarımız dekabr ayında baş tutdu. Əgər dekabrın 21- də devalvasiya olmasaydı, manat dəyərdən düşməsəydi, o zaman Samir müəllim haqlı olardı. Fevraldan bəri yazdıqlarmız indiki iqtisadi sistem, dünyada baş verən proseslər, neftin qiymətləri fonunda manatı saxlamağın mümkün olmayacağı ilə bağlı idi. Məntiqlə yəni, Samir Şərifov onu demək istəməzdi ki, biz yazmasaydıq, devalvasiya olmazdı. Devalvasiyanı doğuran faktorlar var idi. Bu da Azərbaycanın uzun müddət neft faktorundan asılı vəziyyətdə qalması idi. Biz gözləntilərimizi, apardığımız hesablamaları ictimaiyyətlə bölüşürdük. Doğru edirdik və bundan sonra da etməkdə davam edəcəyik. Bizim yazdığımız baş veribsə, deməli, əslində bizi tərifləyib.

Mərkəzi Bank hələ də bunu “üzən məzənnə” yə keçid kimi təqdim edir. Amma Samir Şərifov haqlıdır. Bu klassik devalvasiya idi. Bir gecədə manat 48 faiz dəyərdən düşürsə, bunun adı “üzən məzənnə” yox, devalvasiyadır. Mərkəzi bank yenidən manatın məzənnəsini aşağı salacaqsa, bu yenə də inzibati qərarla olacaq”.

Nazirin söz atdığı ekspertlərdən - Açıqlama

İqtisadçı ekspert Azər Mehtiyev də qeyd edib ki, manatın məzənnəsinin bazar tərəfindən müəyyən edildiyini demək çətindir: “Mərkəzi Bank bir-birinin ardınca qərarlar verdi. Əvvəla, manatı özbaşına buraxdı ki, kurs bankların özü tərəfindən müəyyən edilsin. Burada bir panik vəziyyət yarandı. Proses nəzarətdən çıxdı və “qara bazar” formalaşmağa başladı. Bunun qarşısını almaq üçün dəhliz müəyyənləşdirdi ki, Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 4 faiz artıq qiymət ola bilər. Eyni zamanda mübadilə məntəqələri fəaliyyətini bağladı. Dolların satışını hərraclar vasitəsilə həyata keçirməyə başladı. İlkin dövrdə Mərkəzi Bank özü bəyan edirdi ki, hərraclarda bankların tələbatı ödənilmir. Yalnız bir neçə banka dollar verilirdi, qalanlar isə bu imkandan məhrum olurdu.

Lakin son elanlarında Mərkəzi Bank bəyanat yayıb ki, bazara 200 milyon dollar çıxarılmasına rəğmən bunun yalnız yarısı satılıb. Bankların ehtiyacları ödənilib. Mərkəzi Bank bununla demək istəyir ki, kurs hərraclar vasitəsilə müəyyən olunur. Bu baxımdan kursun bazar tərəfindən müəyyən edildiyini söyləmək olar.

Hələ ki, valyuta bazarında bütün həyəcanın və ajiotajın aradan qalxdığını söyləmək olmaz. Son vaxtlar valyuta tənzimi ilə bağlı qanunvericilikdə dəyişikliklər edildi. Bu baxımdan ajiotajın müəyyən qədər səngidiyini söyləmək olar. Təbii ki, proseslərin bundan sonrakı gedişi hökumətin və Mərkəzi Bankın atacağı addımlardan ibarət olacaq. Amma bütövlükdə manatın məzənnəsinin üzən kurs olduğunu söyləmək hələ tezdir. Mərkəzi Bankın proseslərə nəzarət və müdaxilə etmək imkanları var”.

Onun sözlərinə görə, proseslərin gedişini və yaxud ajiotajın yaranmasını hansısa iqtisadçıların fikirləri ilə baş verdiyini söyləmək doğru olmazdı: “Ajiotaja səbəb hökumətin və Mərkəzi Bankın atdığı addımların ardıcıl olmaması, qeyri- müəyyən olması idi. İnsanlar görür ki, Mərkəzi Bankın sədri televiziyadan bəyan edirsə ki, heç bir devalvasiya olmayacaq, iki gün sonra isə devalvasiyaya gedirsə, ilin sonuna kimi heç bir dəyişiklik olmayacaq deyib, ilin bitməsinə on gün qalmış devalvasiyaya gedirsə , təbii ki, bu artıq ajiotaj yaradacaq. Bütün bunlar əhalinin hökumətə və Mərkəzi Banka olan etimadını aradan qaldırır. Prosesləri vaxtında düzgün tənzimləmək əvəzinə, atılan səhv addımlar əhali arasında panikaya səbəb olmuşdu.

Bu bütün dünyada qəbul olunmuş məsələdir ki, insanlar öz fikirlərin deyirlər. Bəzən biznes dairələrin və yaxud hökumətə yaxın qrupların bunu məqsədyüönlü şəkildə deməsi də mümkündür. Kimin nə deməyindən asılı olmayaraq, hökumət və Mərkəzi Bank öz funksiyasını doğru yerinə yetirsə, əhali hansısa boş danışıqlara fikir verməz”.

Günel Türksoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mərkəzi Bank manatı real üzən məzənnəyə keçiribmi? – Ekspert rəyi

    Mərkəzi Bank manatı real üzən məzənnəyə ...

    11-02-2016, 19:30

  • 
  • Mərkəzi Bank devalvasiyadan 3,1 mlrd. manat qazanıb

    Mərkəzi Bank devalvasiyadan 3,1 mlrd. manat ...

    21-12-2015, 15:00

  • 
  • Mərkəzi Bankdan "1 dollar = 2 manat" xəbəri ilə bağlı AÇIQLAMA

    Mərkəzi Bankdan "1 dollar = 2 manat" ...

    28-12-2015, 13:25

  • 
  • 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq

    2020-ci ildən Azərbaycanda tam üzən məzənnə ...

    17-07-2018, 16:59

  • 
  • Mərkəzi Bank dolların bahalaşmasından danışdı

    Mərkəzi Bank dolların bahalaşmasından danışdı ...

    8-04-2015, 16:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu