İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası olaraq, İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?