Nəqliyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.
gundemxeber.az aznews.az-a istinadən bildirir ki, Nəqliyyat naziri cənab Ziya Məmmədovun 10 fevral 2016-cı il tarixli əmri ilə yaradılan Apellyasiya Şurasının Əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. Nəqliyyat nazirinin müavini cənab Arif Əsgərov Apellyasiya Şurasının sədri, nazirliyin tabeli qurumlarının rəhbərlərindən və nazirliyin aparatının şöbə müdirlərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər.
Apellyasiya Şurasının Katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.
Qeyd edək ki, Şura Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq yaradılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?