Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında fərman imzalayıb.
gundemxeber.az xəbər verir ki, Şuranın yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə imzalandığı bildirilir.
Fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi” təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası , Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə Prezident yanında Apellyasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirləri görmək tapşırılıb.
Bundan başqa Bundan başqa Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərman imzalayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?