GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kərəm Həsənovun gizlinləri faş olur

Kərəm Həsənovun gizlinləri faş olur

Tarix: 15-03-2013, 10:57 Bölmə :İqtisadiyyat Baxış: 1 239
Kərəm Həsənovun gizlinləri faş olur

Komitə sədrinin metal biznesindən çıxarılmasının səbəbləri

Metal biznesi sektoru Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun monopoliyasından çıxarılır. 20-yə yaxın kiçik poladəritmə müəssisəsinin sahiblərindən zorla alınaraq “Baku Steel Kompany”nin icraçı direktoru Rasim Məmmədovun idarəçiliyinə verilməsi komitə sədrinin patronajlığında olan metal biznesinin əlindən alınması prosesinin başlanğıcı idi. Bu barədə məlumatlı mənbələrdən məlumat daxil olub.
Mənbənin iddiasına görə, poladəritmə müəssisələri ayrı-ayrı şəxslərə məxsus olsa da, onlar bəlli şərtlər (gəlirin bir hissəsini himayədara verməklə) əsasında K.Həsənovun çətiri altında işləyirdilər. Şərti olaraq Bakı qrupuna daxil olan K.Həsənov metal bazarının bu seqmentini şəriksiz idarə edirdi. Ancaq biznes elitasında bazarların yenidən bölüşdürülməsi uğrunda gədən rəqabət nəticəsində bu seqment Naxçıvan klanının nəzarətinə keçib. K.Həsənov həmin müəssisə rəhbərlərinin etirazını təşkil etməklə buna müqavimət göstərməyə cəhd göstərsə də, məqsədinə nail ola bilməyib.
Qaynağın bilgisinə görə, 20-yə yaxın metaləritmə müəssisəsinin ardınca K.Həsənovun idarəetməsində olan “Azəralüminium” ASC (tərkibinə “Gəncə Gil-torpaq istehsal sahəsi”, “Sumqayıt Alüminium”, Daşkəsən “Zəylik Alunit” istehsalat sahələri daxildir) və “Azərboru” ASC-lər kimi nəhəng müəssisələr də onun əlindən alınıb. Buna səbəb Kərəm Həsənovun həmin müəssisələrin gəlirlərini gizlətməsi, siyasi rəhbərliyi aldatması olub. Pul məsələsində qeyri-dəqiqliyi bağışlamayan siyasi rəhbərlik onun “ümumi kassa”ya ödənişi azaltmasını həzm etmək niyyətində deyil. Bu baxımdan K.Həsənovun siyasi elitadakı mövqeyi xeyli laxlayıb. Xüsusilə də kiçik poladəritmə müəssisələrinin təhvil-təslimi zamanı K.Həsənovun müəssisə rəhbərlərinin dili ilə müqavimət göstərməsi hakimiyyətin üst qatında qıcıq doğurub. Hakimiyyətin yazılmamış qanunlarına görə, ictimai etiraz çox böyük siyasi səhv sayılır və buna adekvat olaraq sanksiyalar işə düşür.
Qaynaq iddia edir ki, gələn ildən K.Həsənovun qardaşı Malik Həsənovun sahibi olduğu “Azinko-holdinq”ə verilən dövlət sifarişləri də kəskin şəkildə azalacaq (Qış bulvarı layihəsində bir neçə yüz milyon manatlıq əsas dövlət sifarişi məhz bu holdinqə verilmişdi, eyni zamanda Heydər Əliyev Mərkəzinin tikintisi ilə bu şirkət məşğul idi). Çünki holdinqin də “ümumi kassa”ya ödənişlərində ciddi şübhələr var. Holdinq nəhəng dövlət sifarişlərinin icrasından başqa, şəhərin mərkəzi ərazilərində çoxmərtəbəli elitar yaşayış binaları inşasını həyata keçirir.
Son illər siyasi hakimiyyətin ən çox etimad göstərdiyi kadrlarından olan K.Həsənov indi narahat günlərini yaşamaqdadır. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin etibarlı kadrlarından sayılan K.Həsənov onun həbsindən sonra nəinki karyerasını qoruya bildi, hətta daha da yüksəldi – F.Əliyevin əzəli rəqibi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəstəyi ilə dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi funksiyası nazirlikdən alınaraq müstəqil quruma verildi və K.Həsənov quruma rəhbər təyin edildi. Az sonra onunla rəqabət aparan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovu da bitirdi – xidmət Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyinə verildi. Bir çox müşahidəçilər bunu təəccüblə qarşıladılar. Bir neçə hakimiyyət dönəmində vəzifəsini qorumağı bacaran təcrübəli A.Qaraşovun K.Həsənova uduzmasının gerçək səbəbləri indi də bəlli deyil. Hakimiyyət elitasında “odda yanmaz, suda batmaz” imicini qazanmış K.Həsənovun 2010-cu ilin parlament seçkisində qardaşı Malik Həsənovu deputat seçdirməsi də müşahidəçilərin təəccübünə səbəb oldu. Çünki M.Həsənovun Cəlilabadın 67 saylı şəhər seçki dairəsindəki əsas rəqibi əslən bu rayondan olan, Biləcəri Çağırış Məntəqəsinin uzun müddət rəisi olmuş Aydın Həsənov idi (A.Həsənov 2005-2010-cu illərdə həmin dairədən deputat olub). A.Həsənov Cəlilabadda yüksək nüfuz sahibi olmaqla yanaşı, K.Həsənovun himayədarlarından biri olub. Məlumatlara görə, F.Əliyev haqda siyasi qərar qəbul edilərkən məhz A.Həsənovun vasitəçiliyi ilə K.Həsənov K.Heydərovla görüşüb və batan gəmidən xilas ola bilib. Ancaq K.Həsənov himayədarını qurban verərək qardaşını YAP-ın siyahısına sala və deputat seçdirə bildi. Az sonra K.Həsənov başqa bir himayədarını – Kəmaləddin Heydərovu da sataraq Bakı qrupuna transfer etdi. Eyni zamanda qısa müddət ərzində ölkənin ən iri oliqarxlarından birinə çevrildi – metal və daşınmaz əmlak və tikinti sektorunda monopolist mövqeyə sahib çıxdı. İndi metal biznesi əlindən alınıb, tikinti biznesi də laxlamaq üzrədir. Bir sözlə, indi K.Həsənov yüksəliş yox, eniş dövrünü yaşayır. Maraqlıdır, hazırda mövqeləri möhkəm olan Bakı qruplaşması K.Həsənovu xilas edə biləcəkmi?

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun biznesi təhlükədə

    Kərəm Həsənovun biznesi təhlükədə ...

    25-06-2013, 01:05

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi”

    Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi” ...

    7-12-2012, 11:34

  • 
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37

  • 
  • Kərəm Həsənov təhlükəli oyuna girib

    Kərəm Həsənov təhlükəli oyuna girib ...

    21-05-2013, 00:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu