Budapeştdən Bakıya aviareyslərin bərpa edilməsi macarlara Azərbaycanı yeni turzim istiqaməti kimi kəşf etməyə imkan verəcək.
Bunu jurnalistlərə aviaşirkətin Baş direktoru Cozef Varadi Bakıda deyib.
WizzAir şirkəti Budapeşt-Bakı marşrutu üzrə aviauçuşlara martın 27-dən başlayacaq. Reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri olmaqla həyata keçiriləcək. Biletin qiyməti 59,99 avrodan başlayacaq. Qeyd edək ki, bi qiymətə biletlərin sayı cəmi 20-dir. Yerdə qalan biletlərin qyməti bir tərəfə 75-80 avro arasında dəyişir.
C.Varadinin sözlərinə görə, Budapeşt də Azərbaycan sakinləri üçün Avropaya "sərfəli" qapı ola bilər: "Bakıdan Budapeştə biletin qiyməti 100 manatdan azdır, Budapeştdən Londona da biletin qiyməti 100 manatdan aşağıdır. Beləliklə Bakıdan Londana uçuş 200 manatdan az qiymətə başa gələcək". (Trend)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?