GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Deputat-rektorun maxinasiyaları

Deputat-rektorun maxinasiyaları

Tarix: 9-04-2013, 10:07 Bölmə :İqtisadiyyat Baxış: 1 771
Deputat-rektorun maxinasiyaları

«Odlar yurdu» Əhməd Vəliyev tərəfindən necə özəlləşdirilib?

«Odlar Yurdu» Universitetinin fəaliyyətindəki qanunsuzluqlarla bağlı qəzetimizə ilginc məlumatlar daxil olub. Universitetdə çalışan, Əhməd Vəliyevə yaxın olan şəxslərdən birinin qəzetimizə verdiyi məlumata görə, ali təhsil ocağı Abdulla Abdullayevdən üç-dörd illik çəkişmədən sonra alınıb. Özü də necə? Əhməd Vəliyev bu prosesə görə, xeyli əziyyət çəkməli olub.
Professor Abdulla Abdullayev həmin universitetin həmtəsisçisi olduğu halda, onu bu hüquqdan təəccüb doğuran vasitələrlə, heç kimin gözləmədiyi üsullarla məhrum ediblər. Əhməd Vəliyev öz adamlarının köməyindən istifadə edir, hər cür vasitədən yararlanmağa çalışır. Onun universitetə rəhbər olmasını, habelə məqsədinə çatmasını rəsmiləşdirən əsas sənəd Abdulla Ablullayevin xeyrinə qərar çıxarmayan məhkəmə proseslərinin hökmləri olub. Qeyd edək ki, Nazirlər Kabineti, habelə vergilər və təhsil nazirlikləri hələ bir neçə il əvvəl Abdulla Abdullayevin ali təhsil ocağına təsisçiliyini təsdiqləmişdilər.

Universitetin dövlət qeydiyyatı necə aparılıb?

«Odlar Yurdu» Universitetinin Nizamnaməsi 1993-cü il aprelin 30-da Sabunçu rayon İcra Hakimiyyətində dövlət qeydiyyatına alınıb. Həmin nizamnamə əsasında ali təhsil ocağı iki il sonra - 1995-ci ildə vergi uçotuna durub, Muğanbank Kommersiya Bankında hesab açdırıb. 2006-cı ildə Dövlət Statistika Komitəsindən şəhadətnamə alıb. Universitetin qeydiyyata alınması barədə iki dəfə müsbət rəy verilib. Həmin sənədləri 1993-cü ildə Təhsil Nazirliyi və 1995-ci ildə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası verib. 1996-cı ilin iyulunda Nazirlər Kabineti universiteti qeydiyyata alıb və lisenziya verib. Vergilər Nazirliyinin 2006-2007-ci illərdə göndərdiyi məktublarda «Odlar Yurdu» Universitetinin 1993-cü ildə qeydiyyatdan keçdiyi bildirilir.

Ata və oğulun professora təzyiqləri

2004-cü ildə professor Rövşən Xəlilov təsisçilik hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət edir. İş üzrə cavabdeh qismində həmtəsisçilər professor Abdulla Abdullayev və dosent Əhməd Vəliyev məhkəməyə cəlb edilir. Bundan sonra Əhməd Vəliyev və oğlu Samir Vəliyev Abdulla Abdullayevə qarşı mövqe tutaraq məhkəmə təzyiqlərinə başlayıblar. Rövşən Xəlilov da bu universitetin təsisçisi olduğunu iddia edib. O, bu zaman 1993-cü ildə qeydiyyatdan keçmiş nizamnaməyə əsaslanıb. Həmin sənədə görə isə, Abdulla Abdullayev də təsisçidir.

Məhkəmə saxtakarlığı

Universitetin indiki rektoru Əhməd Vəliyev bunu qəbul etmək istəmir. Əhməd Vəliyev 2005-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinə qarşı 1993-cü il aprelin 30-da onun verdiyi sərəncamın ləğv edilməsi ilə bağlı iddia qaldırır. Baş verən proseslər onun planlaşdırdığı məcrada davam edir. Belə ki, məhkəmə isə heç bir əsas olmadan işi icraata götürür və həmin ilin fevralında qətnamə qəbul edir. Məhkəmənin hakimi qətnaməsini bununla əsaslandırır ki, 1994-cü ildə Bakı Sənaye-Pedoqoji Texnikumunun direktoru Əhməd Vəliyev universitetin ləğvi haqda əmr imzalayıb. Amma reallıqda isə vəziyyət tamam fərqli olub. Belə ki, həmin dövrdə universitetin təsisçisi Əhməd Vəliyev yox, onun direktoru olduğu texnikum olub, həmin təhsil ocağının adından bu məsələdə çıxış etmək səlahiyyəti isə ona verilməyib. Universitet həmin əmrlə ləğv edilsə də, bundan sonra da bu özəl ali təhsil müəssisəsi fəaliyyət göstərib.

Qərarlar Abdullayevin əleyhinə yönəlir

Təəssüf ki, Əhməd Vəliyev öz istəyinə çatmaq yolunda uğurla addımlaya bilir. Bir sıra məhkəmə orqanları Əhməd Vəliyevin təsisçi olub-olmadığını araşdırmadan, onun universiteti ləğv etmək səlahiyyətinin olub-olmadığını aydınlaşdırmadan Abdulla Abdullayevin əleyhinə qərarlar çıxarıb. Paralel olaraq, Əhməd Vəliyev Abdulla Abdullayevin universitetə iddiasını özünə təhqir və böhtan hesab edərək hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edir. Məhkəmə Abdullayevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi açır və aylıq qazancının 20 faizini dövlətə ödəmək haqqında 2006-cı ildə hökm çıxarır. Yəni artıq Əhməd Vəliyev deputat seçildikdən beş ay sonra məhkəmədə Abdullayevi onu təhqir etməkdə günahlandırmağa nail olub. Cinayət işi ilə bağlı Ar Apelyasiya Məhkəməsinə şikayət edilir, ancaq hökm qüvvədə saxlanılır. Ali Məhkəmə isə Apelyasiya Məhkəməsinin qərarını yenidən araşdırmaq üçün özünə qaytaranda Apelyasiya Məhkəməsində Abdullayevin xəstə olaraq yataqda yatmasını əsas gətirərək və vəkilinin iştirakı olmadan keçirilən prosesdə onun adından protokola bəzi ifadələr yazılır. Əhməd Vəliyev artıq Univetsitetin rektoru kimi Abdullayevi 2005-ci ilin aprelində işdən kənarlaşdırır. Abdulla Abdullayev sonrakı proseslərdə də uduzur. Çünki artıq onun rəqibi deputat idi.

Əhməd Vəliyev necə rektor olub?

Əhməd Vəliyevin 1997-ci ilə qədərki rektor fəaliyyəti qanunsuz olub. Çünki bu ilə qədər onun rektor olduğunu təsdiq edən rəsmi sənəd olmayıb. Yalnız 1997-ci ildə protokol var ki, o, rektor təyin olunsun. Həmin dövrdə Əhməd Vəliyev texnikumun direktoru işləyirdi. Odlar Yurdu Nazirlər Kabinetindən lisenziya alanda universitet başsız idi. Texnikumda çalışan Namizəd Feyzullayev universitetə rektor təyin olunur. Namizəd müəllim həm də texnikumda Əhməd Vəliyevin müavini idi. Əhməd Vəliyev 1997-ci ilin əvvəlində texnikumun direktorluğu vəzifəsindən azad edilir. Nazir Lidya Rəsulova Əhmədin gördüyü işlərdən narazı qalmışdı. Ona görə də o işdən qovulur. Ə. Vəliyev bir müddət işsiz qalır. O zaman A.Abdullayev və digərləri köhnə dostlarını «Odlar Yurdu» Universitetinə rektor təyin edirlər. A.Abdullayevin bildirdiyinə görə, sənədlərin dəyişdirilməsində və digər mühüm məsələlərdə Əhməd Vəliyevə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Fərəməz Maqsudov köməklik göstərib.
Əhməd Vəliyev yalnız müxtəlif təzyiqlərdən sonra 1996-cı il iyul ayının 12-də təsisçiliyə qəbul edilib.

Müəmmalar

Mənbə onu da bildirir ki, ilkin dövrdə məhkəmələrdə uduzduğunu görən Ə.Vəliyev A.Abdullayevə «məsələni dinc yolla çözmək» təklifini də verib. Təklifin mahiyyəti bundan ibarətdir ki, A.Abdullayev məhkəmə iddialarından əl çəkir, əvəzində isə ona 200 min dollar birdəfəlik təzminat və hər il 20 min dollar «pensiya» verilir. Ancaq A.Abdullayev bu təklifdən imtina edir və qanuni mülkiyyət hüququnun bərpası üçün sonadək mübarizə aparacağını bildirir.
Təbii ki, bu məsələdə qaranlıq məqamlar çoxdur. Məsələn, texnikumun universitet təsis etməsi 10-cu sinif şagirdinin müəllim işləməsi qədər ağlasığmaz bir məsələdir. Çünki texnikum orta ixtisas məktəbi olduğundan, daha üstün ali təhsil ocağını təsis etməsi absurddur. Əksinə olsaydı, yəni universitet texnikum təsis etsəydi, bunu normal qəbul etmək olardı. O biri tərəfdənsə, təsisçilik hüququnun məhkəmə qərarları ilə ləğvi heç bir halda başadüşülən deyil. Çünki təsisçilik hüququ mülkiyyət hüququdur və onu ləğv etmək mümkün deyil. Təsisçi yalnız könüllü bu hüququ kiməsə verə, bundan imtina edə bilər. Ümumiyyətlə, bu məsələdə qaranlıq məqamlar çoxdur. Bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün tərəflərdən hər birinin mövqeyini dərc etməyə hazırıq.

Malik
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rektor-deputat haqda ilginc iddialar

    Rektor-deputat haqda ilginc iddialar ...

    10-12-2012, 15:22

  • 
  • Əhməd Vəliyev dünən millətlə necə "məzə çırtdatdı"... - Mikayıl Cabbarov susacaqmı?

    Əhməd Vəliyev dünən millətlə necə "məzə ...

    16-09-2015, 15:40

  • 
  • Deputat rektorun bankında şok maxinasiyalar

    Deputat rektorun bankında şok maxinasiyalar ...

    10-04-2013, 10:33

  • 
  • Əhməd Vəliyevə tələbələrdən rüşvət ittihamı-QALMAQAL

    Əhməd Vəliyevə tələbələrdən rüşvət ...

    5-03-2015, 15:05

  • 
  • Əhməd Vəliyev yeni nazirin hədəfində

    Əhməd Vəliyev yeni nazirin hədəfində ...

    4-05-2013, 01:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu