«Odlar Yurdu» Universitetinin fəaliyyətindəki qanunsuzluqlarla bağlı qəzetimizə ilginc məlumatlar daxil olub. Universitetdə çalışan, Əhməd Vəliyevə yaxın olan şəxslərdən birinin qəzetimizə verdiyi məlumata görə, ali təhsil ocağı Abdulla Abdullayevdən üç-dörd illik çəkişmədən sonra alınıb. Özü də necə? Əhməd Vəliyev bu prosesə görə, xeyli əziyyət çəkməli olub. Professor Abdulla Abdullayev həmin universitetin həmtəsisçisi olduğu halda, onu bu hüquqdan təəccüb doğuran vasitələrlə, heç kimin gözləmədiyi üsullarla məhrum ediblər. Əhməd Vəliyev öz adamlarının köməyindən istifadə edir, hər cür vasitədən yararlanmağa çalışır. Onun universitetə rəhbər olmasını, habelə məqsədinə çatmasını rəsmiləşdirən əsas sənəd Abdulla Ablullayevin xeyrinə qərar çıxarmayan məhkəmə proseslərinin hökmləri olub. Qeyd edək ki, Nazirlər Kabineti, habelə vergilər və təhsil nazirlikləri hələ bir neçə il əvvəl Abdulla Abdullayevin ali təhsil ocağına təsisçiliyini təsdiqləmişdilər.
Universitetin dövlət qeydiyyatı necə aparılıb?
«Odlar Yurdu» Universitetinin Nizamnaməsi 1993-cü il aprelin 30-da Sabunçu rayon İcra Hakimiyyətində dövlət qeydiyyatına alınıb. Həmin nizamnamə əsasında ali təhsil ocağı iki il sonra 1995-ci ildə vergi uçotuna durub, Muğanbank Kommersiya Bankında hesab açdırıb. 2006-cı ildə Dövlət Statistika Komitəsindən şəhadətnamə alıb. Universitetin qeydiyyata alınması barədə iki dəfə müsbət rəy verilib. Həmin sənədləri 1993-cü ildə Təhsil Nazirliyi və 1995-ci ildə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası verib. 1996-cı ilin iyulunda Nazirlər Kabineti universiteti qeydiyyata alıb və lisenziya verib. Vergilər Nazirliyinin 2006-2007-ci illərdə göndərdiyi məktublarda «Odlar Yurdu» Universitetinin 1993-cü ildə qeydiyyatdan keçdiyi bildirilir.
Ata və oğulun professora təzyiqləri
2004-cü ildə professor Rövşən Xəlilov təsisçilik hüququnun bərpası iləbağlı məhkəməyə müraciət edir. İş üzrə cavabdeh qismində həmtəsisçilərprofessor Abdulla Abdullayev və dosent Əhməd Vəliyev məhkəməyə cəlbedilir. Bundan sonra Əhməd Vəliyev və oğlu Samir Vəliyev AbdullaAbdullayevə qarşı mövqe tutaraq məhkəmə təzyiqlərinə başlayıblar. Rövşən Xəlilov da bu universitetin təsisçisi olduğunu iddia edib. O, bu zaman 1993-cü ildə qeydiyyatdan keçmiş nizamnaməyə əsaslanıb. Həmin sənədə görə isə, Abdulla Abdullayev də təsisçidir.
Məhkəmə saxtakarlığı
Universitetin indiki rektoru Əhməd Vəliyev bunu qəbul etmək istəmir. Əhməd Vəliyev 2005-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinə qarşı 1993-cü il aprelin 30-da onun verdiyi sərəncamın ləğv edilməsi ilə bağlı iddia qaldırır. Baş verən proseslər onun planlaşdırdığı məcrada davam edir. Belə ki, məhkəmə isə heç bir əsas olmadan işi icraata götürür və həmin ilin fevralında qətnamə qəbul edir. Məhkəmənin hakimi qətnaməsini bununla əsaslandırır ki, 1994-cü ildə Bakı Sənaye-Pedoqoji Texnikumunun direktoru Əhməd Vəliyev universitetin ləğvi haqda əmr imzalayıb. Amma reallıqda isə vəziyyət tamam fərqli olub. Belə ki, həmin dövrdə universitetin təsisçisi Əhməd Vəliyev yox, onun direktoru olduğu texnikum olub, həmin təhsil ocağının adından bu məsələdə çıxış etmək səlahiyyəti isə ona verilməyib. Universitet həmin əmrlə ləğv edilsə də, bundan sonra da bu özəl ali təhsil müəssisəsi fəaliyyət göstərib.
Qərarlar Abdullayevin əleyhinə yönəlir
Təəssüf ki, Əhməd Vəliyev öz istəyinə çatmaq yolunda uğurla addımlayabilir. Bir sıra məhkəmə orqanları Əhməd Vəliyevin təsisçi olub-olmadığınıaraşdırmadan, onun universiteti ləğv etmək səlahiyyətininolub-olmadığını aydınlaşdırmadan Abdulla Abdullayevin əleyhinə qərarlarçıxarıb. Paralel olaraq, Əhməd Vəliyev Abdulla Abdullayevin universitetəiddiasını özünə təhqir və böhtan hesab edərək hüquq-mühafizəorqanlarına ərizə ilə müraciət edir. Məhkəmə Abdullayevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi açır və aylıq qazancının 20 faizini dövlətə ödəmək haqqında 2006-cı ildə hökm çıxarır. Yəni artıq ƏhmədVəliyev deputat seçildikdən beş ay sonra məhkəmədə Abdullayevi onutəhqir etməkdə günahlandırmağa nail olub. Cinayət işi ilə bağlı ArApelyasiya Məhkəməsinə şikayət edilir, ancaq hökm qüvvədə saxlanılır. AliMəhkəmə isə Apelyasiya Məhkəməsinin qərarını yenidən araşdırmaq üçünözünə qaytaranda Apelyasiya Məhkəməsində Abdullayevin xəstə olaraqyataqda yatmasını əsas gətirərək və vəkilinin iştirakı olmadan keçirilənprosesdə onun adından protokola bəzi ifadələr yazılır. Əhməd Vəliyev artıqUnivetsitetin rektoru kimi Abdullayevi 2005-ci ilin aprelində işdənkənarlaşdırır. Abdulla Abdullayev sonrakı proseslərdə də uduzur. Çünkiartıq onun rəqibi deputat idi.
Əhməd Vəliyev necə rektor olub?
Əhməd Vəliyevin 1997-ci ilə qədərki rektor fəaliyyəti qanunsuz olub. Çünkibu ilə qədər onun rektor olduğunu təsdiq edən rəsmi sənəd olmayıb. Yalnız 1997-ci ildə protokol var ki, o, rektor təyin olunsun. Həmin dövrdə Əhməd Vəliyev texnikumun direktoru işləyirdi. Odlar Yurdu Nazirlər Kabinetindən lisenziya alanda universitet başsız idi. Texnikumda çalışan Namizəd Feyzullayev universitetə rektor təyin olunur. Namizəd müəllim həm də texnikumda Əhməd Vəliyevin müavini idi. Əhməd Vəliyev 1997-ci ilin əvvəlində texnikumun direktorluğu vəzifəsindən azad edilir. Nazir Lidya Rəsulova Əhmədin gördüyü işlərdən narazı qalmışdı. Ona görə də o işdən qovulur. Ə. Vəliyev bir müddət işsiz qalır. O zaman A.Abdullayev və digərləri köhnə dostlarını «Odlar Yurdu» Universitetinə rektor təyin edirlər. A.Abdullayevin bildirdiyinə görə, sənədlərin dəyişdirilməsində və digər mühüm məsələlərdə Əhməd Vəliyevə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Fərəməz Maqsudov köməklik göstərib. Əhməd Vəliyev yalnız müxtəlif təzyiqlərdən sonra 1996-cı il iyul ayının 12-də təsisçiliyə qəbul edilib.
Müəmmalar
Mənbə onu da bildirir ki, ilkin dövrdə məhkəmələrdə uduzduğunu görənƏ.Vəliyev A.Abdullayevə «məsələni dinc yolla çözmək» təklifini də verib.Təklifin mahiyyəti bundan ibarətdir ki, A.Abdullayev məhkəməiddialarından əl çəkir, əvəzində isə ona 200 min dollar birdəfəlik təzminatvə hər il 20 min dollar «pensiya» verilir. Ancaq A.Abdullayev bu təklifdənimtina edir və qanuni mülkiyyət hüququnun bərpası üçün sonadək mübarizəaparacağını bildirir. Təbii ki, bu məsələdə qaranlıq məqamlar çoxdur. Məsələn, texnikumununiversitet təsis etməsi 10-cu sinif şagirdinin müəllim işləməsi qədərağlasığmaz bir məsələdir. Çünki texnikum orta ixtisas məktəbi olduğundan,daha üstün ali təhsil ocağını təsis etməsi absurddur. Əksinə olsaydı, yəniuniversitet texnikum təsis etsəydi, bunu normal qəbul etmək olardı. O biritərəfdənsə, təsisçilik hüququnun məhkəmə qərarları ilə ləğvi heç bir haldabaşadüşülən deyil. Çünki təsisçilik hüququ mülkiyyət hüququdur və onuləğv etmək mümkün deyil. Təsisçi yalnız könüllü bu hüququ kiməsə verə,bundan imtina edə bilər. Ümumiyyətlə, bu məsələdə qaranlıq məqamlarçoxdur. Bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün tərəflərdən hərbirinin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?