GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı niyə azaldı?

Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı niyə azaldı?

Tarix: 6-06-2016, 12:22 Bölmə :İqtisadiyyat Baxış: 0
Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı niyə azaldı?

Son illər Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı xeyli azalıb.

gundemxeber.az bildirir ki, report bunun səbəblərini araşdırıb.

Məlum olub ki, minik avtomobillərinin satışının azalmasının bir neçə səbəbi var. Bunlardan biri Azərbaycanda Avro-4 standartlarının tətbiqidir.
Gürcüstanın Rustavi şəhəri yaxınlığındakı "maşın bazar"ında da bu cür düşünənlər az deyil.
Bazarın mühafizə xidmətinin əməkdaşı Mixail Talukaşvili deyir ki, əvvəllər bu bazarın alıcılarının 60-70 faizini azərbaycanlılar təşkil edirdilər. Azərbaycanda yeni Avro-4 standartlarının tətbiqindən sonra bu rəqəm 10-15 faizə enib.

Avtomobilini satmaq istəyən Gürcüstan vətəndaşı Nuqzar Baramişvili deyir: "Azərbaycan Avro-4 standartlarının tətbiq etdikdən sonra qonşu ölkədən gəlib bizdən avtomobil alanların sayı xeyli azalıb. Bunun bir səbəbi bizim təklif etdiyimiz avtomobillərin həmin standartlara cavab verməməsidir. Biz Azərbaycana irad tuta bilmərik. Ölkə rəhbərliyi yəqin ki, əhalinin sağlamlığını, təhlükəsizliyini, ekoloji təmizliyi nəzərə alaraq belə bir qərar qəbul edib. Amma bir məsələdə var, indi azərbaycanlılar Avro-4 standartlarına cavab verən avtomobilləri də az alırlar. Bəziləri deyirlər ki, guya Azərbaycanda buradan alınan avtomobillərin gömrükdə rəsmiləşdirilməsi baha başa gəlir. Bəziləri isə indi azərbaycandakı avtosalonlardan daha keyfiyyətli maşın almaları ilə izah edirlər".

Avtomobil alıcısı Kaxa Çobanidze isə avtomobil satışının azalmasının başqa səbəblərindən xəbər verir: "Burada satılan avtomobillərin heç də hamısı yaxşı maşınlar deyil. Məsələn, mən, bu gün 2 ədəd eyni model Mercedes-Benz avtomobilinə baxdım. Eyni ildə - 2008-ci ildə istehsal olunmuş avtomobillərdir. Biri 11 min dollara, digəri isə 16 min dollara. Sual yaranır, görəsən niyə, eyni markadan, eyni ildə istehsal olunan avtomobildə belə fərq var. Araşdırdıq, məlum oldu ki, onlardan biri taksi üçün istifadə olunub və demək olar ki, istismar müddətini başa vurub. Sadəcə olaraq Gürcüstana gətirildikdən sonra təmir olunub, rənglənib, bəzi hissələri dəyişdirilib və avtomobil yaxşı görkəm alıb. Digəri isə inzibati idarədə istifadə olunub və yaxşı vəziyyətdədir. Daha yüksək keyfiyyətli maşın almaq istəsən gərək maraqlanıb, şəxsi istifadədə olanını tapasan. İndi necə edəsən? Hamının imkanı yoxdur ki, araşdırsın və fərqin niyə belə böyük olduğunu və bizə necə avtomobillərin satıldığını ayırd edə bilsin. Burada azərbaycanlıları qınamaq olmur. Onlar da gəlirlər və yəqin ki, belə avtomobilləri aldıqdan sonra peşman olurlar. Bunu görən digər azərbaycanlı təbii ki, daha bura gəlməyəcək".

Satıcı Soso Qumişvili də avtomobillərlə bağlı maraqlı faktlar açıqlayıb. O deyir: "Bu gün Gürcüstanda Yaponiyadan, ABŞ-dan, Almaniyadan və digər ölkələrdən gətirilmiş avtomobillər satılır. Bəzi avtomobillər həqiqətən də ilinin təzə olmasına baxmayaraq eyni markadan olan və bir qədər köhnə olan digər avtomobillərdən ucuz satılır. Həmin avtomobillər ABŞ-da, Yaponiyada, eləcə də Almaniyanın özündə və digər ölkələrdə su daşqınları nəticəsində yararsız vəziyyətə düşüblər. Lakin sonra onlar təmizlənib, təmir olunub və satışa çıxarılıb. Təbii ki, belə avtomobillərin ömrü, dözümlülüyü az olur. Ona görə də, belə avtomobillər ucuz satılır".
Satıcı deyir ki, bəzən həmin avtomobillərin ucuz satılmasının səbəbi alıcıya izah olunur. Lakin, avtomobili almaqla bağlı qərarı alıcı özü verir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana idxal olunan avtomobillərin sayı artıb

    Azərbaycana idxal olunan avtomobillərin sayı artıb ...

    3-01-2014, 01:00

  • 
  • Son 2 günə Gürcüstandan Azərbaycana 700-ə yaxın maşın gətirilib

    Son 2 günə Gürcüstandan Azərbaycana 700-ə yaxın ...

    28-03-2014, 09:35

  • 
  • Maşınlar yenə də ucuzlaşacaq

    Maşınlar yenə də ucuzlaşacaq ...

    31-07-2015, 00:02

  • 
  • Avtokreditləşmə hara gedir?

    Avtokreditləşmə hara gedir? ...

    16-04-2014, 10:44

  • 
  • Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı

    Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı ...

    6-11-2013, 23:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu