Avtomobil kreditləşməsinin sərtləşdirilmiş şərtləri bazarın gələcək inkişafını ləngidir. Məlum olduğu kimi, bu ilin əvvəlində Azərbaycanın Mərkəzi Bankı banklara avtomobil kreditləşməsini məhdudlaşdırmağı məsləhət görüb. Bunun əvəzində banklar müəyyən vaxta avtokreditləşməni tam dayandırıb. Onun bərpasından sonra kreditləşmənin şərtləri əhəmiyyətli dərəcədə sərtləşdirildi. O cümlədən, istehsal müddəti bir ildən artıq olan avtomobillər üçün ilkin ödəniş dəyərinin 85%-i təşkil edib. Əvvəllər ilkin ödəniş üçün minimal tələblər 15-20% səviyyəsində olub, indi 40-45%-ə qədər artırılıb. Ötən ilin sonunda Azərbaycanda avtokreditləşmə 43 bankdan 31-də aktiv idi. Kreditləşmənin orta dərəcəsi 19% idi. İqisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramlının fikrincə, avtokreditləşmənin dayandırılmasının tam obyektiv səbəbləri var. 2013-cü ildə vaxtı ötmüş kreditlərin həcmi bir il ərzində 6% artaraq 800 mln manata çatıb. Ümumi strukturda vaxtı ötmüş avtokreditlərin artımı 15% təşkil edib, bu da Mərkəzi Bankın diqqətindən kənarda qala bilməzdi. Əldə etdiyimiz informasiyaya əsasən, avtomobil kreditləşməsinin şərtlərinin sərtləşməsi səbəbindən bu il ərzində onun həcmi 20% azala bilər. Yeni və bahalı avtomobillərin əksəriyyəti kreditlə satıldığından minik avtomobillərinin idxalı da zərər çəkəcək. Nəticədə 2014-cü ildə ötən illə müqayisədə idxal edilən minik avtomobillərinin həcmi 15% azalacaq. Avtokreditləşmənin cəlbedici olmaması yeni avtomobillərə tələbatı aşağı salacaq, nəticədə onların qiyməti də ucuzlaşacaq. Təkrar bazarda fərqli mənzərə yaranacaq. Tətbiq edilən Avro-4 ekostandartı Azərbaycana köhnə maşınların gətirilməsini məhdudlaşdırır. Avtokreditləşmənin şərtlərinin sərtləşməsi köhnə avtomobillərə olan tələbatı stimullaşdırır. Bu da son nəticədə əsasən artıq ölkəyə gətirilmiş 2005-ci ilə qədər istehsal edilən avtomobillərin qiymətinin artımına səbəb olur. Avtokreditləşmənin aşağı düşməsinin əks təsiri kimi könüllü sığorta həcmləri də azalacaq. Çünki bu sığorta növünün 80%-i kredit avtomobillərinin payına düşür, deyə ekspert qey edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?