Əhalinin 9 aylıq pul gəlirlərinin həcmi son iki ildə 13,8 milyard dollar və ya 40% azalıb.
Əgər ötən il əhalinin gəlirləri 4,5 milyard azalıbsa, bu il 9,3 milyard azalıb. Yəni ümumi azalmanın 67%-dən çoxu bu ilin hesabınadır. Başqa sözlə, bu il itkilər iki dəfə böyüyüb. Adambaşına düşən 9 aylıq gəlirlər bu müddətdə 41% azalaraq 3685 dollardan 2168 dollara düşüb.
Statistika Komitəsi isə kəskin şəkildə dəyərini itirmiş manatları müqayisə etməklə əhali gəlirlərinin 8,7% artmasından danışır. Bir halda ki, həyat səviyyəsi günü-gündən pisləşməkdə davam edir, bazarlar od tutub yanır və bu gerçək mənzərə də rəsmi statistikada nəzərə alınmırsa, o zaman gəlirlərin artımını əsaslandırmaqdan ötrü uzun-uzadı hesablamalar aparmağın anlamı qalırmı? Belə yolla əldə olunmuş rəqəmlər ancaq ictimaiyyəti çaşdırmağa yaraya bilər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?