İnformasiya Texnologiyalarının İnkişafı fondu müvəkkil banklar vasitəsilə İKT sahəsində çalışan sahibkarlara güzəştli Azərbaycan Ölkədə sahibkarlığın inkişafı üçün yeni bir güzəştli kredit mənbəyi yaradılıb. ANS PRESS-in məlumatına görə, İnformasiya Texnologiyalarının İnkişafı fondu müvəkkil banklar vasitəsilə İKT sahəsində çalışan sahibkarlara güzəştli kreditlər ayıracaq. Verilən kreditlərin maksimum məbləği 5 milyon manata qədər, müddəti 10 il, faiz dərəcəsi 5%-ə qədərdir.
Fondun icraçı direktoru Elçin Zeynalovun sözlərinə görə, güzəştli kredit əldə etmək istəyən sahibkarlar fevral ayından etibarən öz layihələrini müvəkkil banklara təqdim edə bilərlər. Layihələrin əhatə dairəsi isə müxtəlif ola bilər: "Ümumiyyətlə texnologiya sahəsində , hansısa elektron avdanlıqların qurulmasnıda, ya proqram təminatında, ya hansısa aplikeyşnların yazılmasında, internet bankinq, internet üzərindən bütün bizneslərin maliyyələşdirilməsinə fondun imkanı var".
Layihələr banklara təqdim edildikdən sonra təhlil aparılacaq. bank bu layihəni maliyyələşdirməyə razılıq verdikdən sonra fonda təhvil veriləcək. fond isə bu biznes layihələrini öz fəaliyyət istiqamətlərinə uyğun hesab etsə sahibkarlara güzştli kreditlər veriləcək. əsas risklər banklar üzərində olduğundan təqdim olunan layihənin gəlirliliyinə və biznes baxımından effektivliyinə daha çox diqqət yetiriləcək. 2014-cü ilin dövlət büdcəsində fonda 5 miyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Təklif olunan xidmətlər arasında qrant maliyyələşməsi və investisiya fəaliyyəti də mövcuddur. qrantlar kiçik, orta və böyük həcmli olmaqla 3 növə ayrılır. kiçik qrantlar 100 min , orta 200 min , böyük qrantlar isə 300 min manata qədərdir.
300 min manat maksimum həddən yararlanmaq istəyən sahibkarlar son mərhlədə mütləq ya xarici , ya da yerli investor partnyorluğunu təqdim etməlidirlər. heç bir layihə birdən birə maliyyələşmir. Mərhələli olaraq müəyyən şərtlərlə.
İnvestisiya layihələrinə gəlincə fond xarici investorların təklif etdiyi hər hansı layihədə payçı qismində iştirak edə bilər. Yeniliklərdən biri də ondan ibarətdir ki, fond xarici investorların İKT sahəsinə investisiya qoyuluşuna da təminat verir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?