GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Milyonlar Alan Sahibkarlar Kimlərdir?

Milyonlar Alan Sahibkarlar Kimlərdir?

Tarix: 13-11-2013, 14:19 Bölmə :Maraqlı Baxış: 1 566
Milyonlar Alan Sahibkarlar Kimlərdir?
"O qanun ki, bir oxunuşdan keçib yoxa çıxırsa, deməli, həmin qanun hansısa məmurların maraqlarına ziddir".

"Bu ilin ötən dövrü ərzində respublika üzrə sahibkarlıq subyektlərinin 3859 investisiya layihəsinin maliyyələşdirilməsinə 262,7 milyon manat güzəştli kredit verilib", - bunu Trend-ə açıqlamasında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib. Onun sözlərinə görə, bu kreditlər hesabına 10 900-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub:
"İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6860 investisiya layihəsinin maliyyələşdirilməsinə 313,9 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 27 mindən çox yeni iş yerlərinin yaradılmasına imkan verir".

Sahibkarlığa Dəstək Milli Fondunun 2012-ci ildəki illik hesabatında da güzəştli kreditlərin verilməsi ilə bağlı xüsusi bənd var. Ancaq nə bu hesabatda, nə də qurum rəhbərlərinin açıqlamalarında həmin güzəştli kredit üçün müraciət edən sahibkarların, onların təmsil etdikləri sahibkarlıq müəssisələrinin adları yer almayıb. Fondun hesabatındakı "sahibkarlıq subyektlәrinә verilmiş dövlәtin güzәştli kreditlәr" bölümündə deyilir ki, dövlət 2012-ci ildә 2 419 sahibkarlıq subyektinә 218 milyon manat güzәştli kredit verib. Bu kreditlәr hesabına 9100-dәk yeni iş yerinin yaradılması nәzәrdә tutulub. 2012-ci ildә Sahibkarlığa Kömәk Milli Fondu vasitәsilә dövlәtin güzәştli kreditlәrini almaq mәqsәdilә sahibkarlıq subyektlәri tәrәfindәn 38 müvәkkil kredit tәşkilatına ümumilikdә 2602 müraciәt daxil olub. Müvәkkil kredit tәşkilatları tәrәfindәn müraciәtlәrin 2579 - u müsbәt qiymәtlәndirilib. Müraciәtlәr üzrә ümumi kredit tәlәbatı 241 719.5 min manat, o cümlәdәn müsbәt qiymәtlәndirilmiş müraciәtlәr üzrә 239 356.5 min manat, imtina olunmuş müraciәtlәr üzrә 2363 min manat olub".

Sahibkarlığa Dəstək Milli Fondunun əməkdaşı Samir Hümbətov cumhuriyyet.info-ya açıqlamasında bildirdi ki, illik hesabatda müəssisənin adı ona görə yer almayıb ki, bu kommersiya sirri daşıyır:
"Odur ki, bizimlə əməkdaşlıq edən kredit təşkilatlıarı həmin müəssisələrin adlarını açıqlamırlar. Bizim onlarla müqaviləmiz var. Həmin müqavilədə bir bənd var. Müştərilərlə bağlı kommersiya sirrinin qorunmasına xüsusi təminat verilir. Sahibkarın adı da kommersiya sirri daşıdığına görə, məlumatı biz öz hesabatımızda verə bilmirik".

Milyonlar Alan Sahibkarlar Kimlərdir?İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, sadə kəndli nə güzəştli kreditlərdən, nə də sahibkarlara kənd təsərrüfatı istehsalçılarına tətbiq olunan vergi güzəştlərindən istifadə edə bilmir:
"Hökumət həmişə kənd təsərrüfatına güzəştlər etdiyini, bu sahəyə güzəştli kreditlər verdiyini deyir. Bu gün o güzəştlərin əhatə dairəsi çox məhduddur. Oliqarx məmurlar və onların ətrafındakı insanlar başlayıb bölgələrdə iri meqafermalar, fermer təsərrüfatları yaratmağa. Hökumət də həmin "sahibkarlara" Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə böyük vəsaitlər ayırır. Məsələn, Ağdamın bir kəndində iki böyük təsərrüfat yaradılıb. Ağcabədidə "Atena" şirkəti 2 böyük ferma kompleksi yaradıb. Gəncənin kəndində bu gün 3 fermanın tikintisi gedir. Üstəlik, Beyləqanda, Ağcabədidə, Tərtərdə taxılçılıq müəssisələrinin yaradılmasına başlanıb. Beyləqanda Şəfəq kolxozunda böyük, 5000 başlıq meqaferma yaradılıb. Bunlar hansısa kəndliyə aid olan müəssisələr deyil. Ancaq həmin müəssisələr həm hökumətin vergi güzəştlərindən, həm də güzəştli kreditlərdən istifadə edəcəklər. Bu günə qədər həmin güzəştlərdən faydalanan sahibkar yox idi. Hökumət ölkənin maliyyə resurslarından istifadə edib belə müəssisələr yaratmağa başlayıb. Hər şey öz əllərindədir".

Rövşən Ağayev deyir ki, ölkənin ərzaq təhlükəsizliyinin qorunması adı altında maraqlı şəxslər bir manat xərc çəkmədən ferma yaradıblar. Üstəlik, Sahibkarlığa Kömək Milli Fondundan pul alır, Avrolizinq vasitəsilə heyvan gətirirlər:
"Bir sözlə, əllərini ciblərinə qoyub o pulu sıravi fermerin əlindən alıb, göydəndüşmə hansısa bir sahibkara böyük vəsait ayırmaqla pul qazanırlar. Texnikanı Avrolizinqdən, pulu Sahibkarlığa Kömək Milli Fondundan, torpağı isə dövlət büdcəsindən götürürlər. Hələ Milli Məclisdən güzəştli kreditlər də alırlar. Bu insanlar güzəştli kreditlərdən özlərinə xidmət etmək üçün yararlanırlar. Bütün bunlar isə Azərbaycandakı kiçik fermerlərin, kiçik sahiblarlığın süqutuna səbəb olacaq. Dövlət əlində olan ehtiyat torpaqlarını ayrı-ayrı oliqarxların ərtafında olan iqtisadi qruplara verir. Üstəlik, dövlətin maliyyə resurslarını da bu istiqamətə yönəldir. Kiçik fermerçilik məhv olur. Böyük meqafermaların qarşısında, əlində 1-2 hektar torpağı olan, üstəlik, kreditə çıxışı olmayan sahibkarlar dura bilməyəcək. Məcbur olub öz torpaqlarını kimlərəsə təhvil verəcəklər. Belə şəraitdə qorxuram yaxın 5-6 ildə kiçik təsərrüfatlar tamamilə sıradan çıxsın".

Güzəştli kreditlər kimlərə, hansı prinsiplərlə verilməlidir?

Ekspert hesab edir ki, əgər hökumət sahibkarlara fayda vermək və kredit güzəştlərindən kəndlinin normal istifadə etməsini istəyirsə ayrı-ayrı meqafermalar yaratmaqdansa kiçik fermerlərin birləşməsini stimullaşdırmalıdır:
"Hökumət koperativlərin yaranmasını dəstəkləməliydi. Onlara həm vergi güzəştləri tətbiq oluna bilərdi, həm də güzəştli kreditlər. Təəssüf 4 ildir bununla bağlı qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçir. Sonra yoxa çıxır. Bu hökumətin praktikası isə göstərir ki, o qanun ki, bir oxunuşdan keçib, yoxa çıxırsa, deməli, həmin qanun hansısa məmurların maraqlarına ziddir".

Ümumi mənzərə ondan ibarətdir ki, hakimiyyətdə oturan pul sahibləri dövlət xəzinəsinin hesabına bizneslərini genişləndirirlər. Nə əyalətdə, nə də şəhərdə iri biznes sahibləri kimlərdir tanımırıq. Halbuki, istər Rusiyada, istərsə də Türkiyədə, yəni analoqu olan cəmiyyətlərdə iri kapital sahiblərini və nə qədər varidata sahib olduqlarını hər kəs bilir. Bizdə isə bu kommersiya sirri adlanır.

Sahibkarlığa Kömək Milli Fondunun rəsmi saytında ötən illərdə ayrılmış milyonlarla kredit sahiblərindən heç birinin adı açıqlanmır. Fond bunu kommersiya sirri kimi gizlədərək hesabatda məlumatı olduqca yayğın şəkildə göstərib. Məsələn, İllik istehsal gücü 59.7 min ton süd (8200 başlıq) vә 1.7 min ton әt (3000 başlıq) olan 7 cins heyvandarlıq kompleksinә 29 mln. manat ayrılıb. Halbuki Azərbaycan sahibkarlarına küllü miqdarda kreditlər ayıran beynəlxalq qurumlar illik hesabatlarında hansı müəssisəyə nə qədər pul verdiklərini şəffaf şəkildə rəsmi internet ünvanlarında yerləşdiriblər. Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmi saytındakı açıqlamada göstərilir ki, Azərbaycandakı mikro, kiçik və orta ölçülü müəssisələrin maliyyələşdirilməsi çərçivəsində TBC Kredit MMC-yə 2,5 milyon dollar, Gədəbəy mineral suları müəssisəsinə 4,6 milyon avro, "Embawood" şirkətinə 12 milyon dollar, "Mətanət A" şirkətinə 7 milyon avro civarında kredit ayırıb. Ümumilikdə bu günə qədər AYİB Azərbaycan iqtisadiyyatında müxtəlif sektorlara 2,1 milyard avro investisiya qoyub. Bundan sonra isə daha 5,3 milyard avro yatırılacağı xəbər verilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 200 milyon hara gedib?

    200 milyon hara gedib? ...

    10-10-2014, 13:47

  • 
  • Sahibkarlar adına böyük talan

    Sahibkarlar adına böyük talan ...

    6-05-2013, 23:39

  • 
  • Sahibkarlığa kömək adiyla talanan milyonlar

    Sahibkarlığa kömək adiyla talanan milyonlar ...

    27-01-2013, 12:12

  • 
  • Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı

    Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı ...

    13-01-2014, 04:29

  • 
  • Bakıya 188 milyondan artıq kredit ayrılıb

    Bakıya 188 milyondan artıq kredit ayrılıb ...

    24-12-2013, 00:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu