GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Manat, faktik olaraq, bazarda dəyərini 13 faiz itirib”

“Manat, faktik olaraq, bazarda dəyərini 13 faiz itirib”

Tarix: 2-12-2016, 13:07 Bölmə :İqtisadiyyat Baxış: 427
“Manat, faktik olaraq, bazarda dəyərini 13 faiz itirib”

Qara bazar' alverçisi: 'Dollar da var, rubl da...'
Dekabrın 1-də bir neçə bank, limitlə də olsa, dollar satışını bərpa edib, ancaq əksər banklar, yenə əvvəlki kimi, xarici valyuta satmır...
"Neçə gündür dollar axtarıram, gəzmədiyim bank qalmayıb"
Tofiq Məmmədovun oğlu xaricdə təhsil alır. Təhsilhaqqını ödəmək üçün pula ehtiyacı olduğundan atasından yardım istəyib. Ata bir neçə gündür əlindəki manatı ABŞ dollarına çevirib oğluna yollaya bilmir. Çünki Bakıdakı banklar, günlərdir, dollar və avro satışını dayandırıb. Dünən bir neçə bank, limitlə də olsa, dollar satışını bərpa edib, ancaq əksər banklar, yenə əvvəlki kimi, xarici valyuta satmır.

“Manat, faktik olaraq, bazarda dəyərini 13 faiz itirib”

Ticarətçilər 15 gündür dollar ala bilmirlər

Dollar almağa ehtiyac duyanların bankları bir-bir gəzib-dolaşmaqdan başqa yolu qalmayıb. Xırda bizneslə məşğul olanlar daha çətin duruma düşüblər. Ticarətçi Nazim Məmmədov neçə gün olar təzə mal almadığını, durumun düzəlməsini gözlədiyini deyir:
"Hələ gözləyirik, mal almırıq. Gözləyirik ki, rəsmi banklarda satış olsun, sonra alaq. Fakt budur ki, indi banklarda dollar yoxdur. Mən, demək olar, son 15 gündə dollar ala bilmirəm. Banklara gedirəm, deyirlər, yoxdur. Təkcə birində dedilər ki, 100 dollar verə bilərik. Onunla da ticarətdə neyləmək olar? Xariclə alış-veriş etdiyimizdən, ancaq dollarla alırıq. Alver də ki hazırda yaralı yerimizdir. Beş nəfər baxır, bir nəfər alır. Ancaq əvvəl beş nəfər baxanda, dördü alırdı".

“Manat, faktik olaraq, bazarda dəyərini 13 faiz itirib”

Dollar qıtlığından başqa ticarətçilər də gileylidirlər:

- Dollar qalxır, hər şey bahalaşır. Aldığımızı baha alırıq. Qıt olanda da, beləcə, gözləyirik. Əslində, bundan sonra yenə bahalaşma olur.
- İşlərimizə çox pis təsir edir. Satacağımız məhsul bahalaşır. Əlimdəki malı dünənədək 3 manat 50 qəpiyə satırdımsa, indi artıq 4 manat 50 qəpik olacaq. Bizə qalan da 20-30 qəpik olur.

Limiti 2 dəfə azaldan banklar var

Dünən Mərkəzi Bank dolların məzənnəsini, noyabrın 30-da olduğu kimi, 1,7318 manat səviyyəsində saxlayıb. ABŞ dolları, ard-arda, bir neçə gün bahalaşandan bəri kommersiya bankları alış qiymətini 1,80 manata qaldırıblar. Ancaq bəzi banklar dollar və avro satmır, yalnız alır.

Banklar dolların satış kursunu yazsalar da ancaq alış var


Bəzi banklarsa valyuta satışına tətbiq etdiyi limiti iki dəfə azaldıb. Məsələn, "Expressbank"dan, "Turanbankdan" - 100 dollar, "Yapı Kredi Bank"dan 50 dollar almaq olur. "Bank Silk Way" ancaq hava limanındakı filialında limitlı dollar satır. Uçuş bileti təqdim edən şəxslərə maksimum 200 dollar satılır. Ən çox "Xalq Bank" satır - 500 dollar. Qalan banklar almır, yalnız satır.
"Qara bazar"da şıdırğı alver gedir

Yetərincə dollar almaq istəyib ala bilməyənlər "qara bazar"a üz tuturlar. Bakı Dəmiryolu Vağzalının həndəvərində dollar alıb-satanlar ikibir-üçbir gəzişirlər. "Qara bazar"da valyuta alqı-satqısı rəsmən yasaqlandığından, ərazidə polislər də gözə dəyir. Ancaq elə həmin polislərin bir neçə addımlığında şıdırğı alver gedir. Alverçilər yanlarından ötənlərə dollar və rubl alıb-satdıqlarını pıçıldayırlar. Müştərilər ayaq saxlayıb qiymətilə maraqlanandan sonra razılaşırlarsa, sövdələşmə baş tutur. Narazı olanlar eyni cavabı eşidirlər:
"Dollar da var, rubl da. Guya neyləyirik ki? Bizə hər 100 dollardan ya bir manat qalır, ya da qalmır".
"Qara bazar"da dolların alış-satış məzənnəsi Mərkəzi Bankın kursundan 8-10 qəpik yüksəkdir.
“Manat, faktik olaraq, bazarda dəyərini 13 faiz itirib”

Bəs hansı səbəblərdən dollar qıtlığı yaranır? İqtisadiyyat eksperti Rövşən Həsənovoktyabrın 18-dən bəri hökumətin məzənnə siyasətindəki dəyişikliyə diqqət çəkir:
"Sentyabrın 8-də hökumət manatın möhkəmlənməsi istiqamətində müəyyən addımların atılması qərarını vermişdisə, oktyabrın 18-dən sonra bunun əksi baş verdi. Həmin dövrdən manat, faktik olaraq, real bazarda dəyərini 13 faiz itirib. Qısa müddətdə bu qədər dəyər itirmək istər bank və biznesmenləri, istərsə vətəndaşları tərəddüdə salıb. Hamını gözləmə mövqeyi tutmağa məcbur qalıb. Hamı almağa üstünlük verir, ancaq valyuta alır. Son günlər dövlət rəsmilərinin açıqlamalarından da məlum olur ki, prosesi tam nəzarətdə saxlaya bilmir, manatın real məzənnəsini müəyyənləşdirməyə çətinlik çəkirlər. Təbii ki, bu durum, eyni zamanda qlobal fonda baş verən məsələlər tələbatı yetərincə yüksəldib. Bu tələbat fonunda Mərkəzi Bank, əslində, bazarlarda iştirak etmir. Fevraldan sonra Mərkəzi Bank cəmi iki dəfə bazara qatılıb və 200 milyon pul təklif edib. Bu yetərincə aşağı göstəricidir".
Ekspert belə şəraitdə bankların bazarlardan gərəkən valyutanı ala bilmədiyini söyləyir. Dollar alışına tələbat artdığından, banklar da limitləşməyə getməyə məcbur qalıb.
Hökumət nə deyir?

Bəs mövcud durum nə vaxt dəyişəcək? Mərkəzi Bank mətbuat xidmətinin rəhbəri Namiq Əliyev AzadlıqRadiosu-nun bu sualını Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP-yə) yönəltməyi məsləhət gördü, cavabın onların səlahiyyətində olduğunu dedi. MBNP Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov belə cavab verir ki, bu qurum bankların xarici valyuta ilə mübadilə əməliyyatlarına müdaxilə etmir. Palata öz mandatı çərçivəsində xarici valyutanın alış-satış qiymətlərində tətbiq edilən 4 faizlik dəhlizə əməl olunmasına nəzarət yetirir və məsələ bununla bitir.
...Gün axşam olur. Tofiq Məmmədov digər banklar da bağlanmadan oğluna təhsilhaqqı göndərməyə pul dəyişmək üçün hələ neçə bank gəzməlidir...
Mərkəzi Bankın dekabrın 2-nə olan məzənnəsinə görə, dollar bir az da bahalaşıb. Dekabrın 2-də bir dollar 1,7339 manata bərabər olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BANKLAR DOLLARI “QARA BAZAR”A ÇIXARIR – Satış 1.82 manatı keçdi

    BANKLAR DOLLARI “QARA BAZAR”A ÇIXARIR – Satış ...

    22-11-2016, 02:06

  • 
  • “Bəzi banklar “qara bazar” saxlayır”

    “Bəzi banklar “qara bazar” saxlayır” ...

    5-02-2016, 14:21

  • 
  • Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi

    Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi ...

    4-09-2015, 17:28

  • 
  • Mərkəzi Bank 29 banka 98 mln. dollar satdı

    Mərkəzi Bank 29 banka 98 mln. dollar satdı ...

    22-01-2016, 16:23

  • 
  • Nazirlə baş bankir Azərbaycan manatını “basdırır”

    Nazirlə baş bankir Azərbaycan manatını “basdırır” ...

    22-11-2016, 02:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu