GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycansayağı büdcə – bir çox suallara cavab yoxdur

Azərbaycansayağı büdcə – bir çox suallara cavab yoxdur

Tarix: 20-12-2016, 20:28 Bölmə :İqtisadiyyat Baxış: 644
Azərbaycansayağı büdcə – bir çox suallara cavab yoxdur

Ekspertlərin fikrincə, 2017-ci ilin dövlət büdcəsi son 10 ilin ən pis və dolaşıq salınmış büdcəsidir.
Ən aydın olmayan məqamlardan biri İslam Həmrəyliyi Oyunları və «Formula 1» yarışlarının maliyyələşdirilməsidir.
Bu iki iri tədbirin keçiriləcəyi ildə idmana 38,6 mln manat ayrılıb. Təkcə «Formula 1» yarışlarının keçirildiyi 2016-cı ildə idmana 444,9 mln manat ayrılmışdı.
Hesablama Palatası məsələyə qismən aydınlıq gətirərək bildirib ki, İslam Həmrəyliyi Oyunları və «Formula 1» yarışlarına 317 mln 300 min manat ayrılıb.
Amma bu xərclərin nazirliklər arasında necə bölünməsi barədə məlumat yoxdur.
Başqa sahələrdə də aydın olmayan məqamlar var. Məsələn, iqtisadçı Rövşən Ağayev qeyd edir ki, sosial müdafiə üzrə xərclərin 2016-cı ilin proqnoz göstərici ilə müqayisədə 2017-ci ildə 650 mln manat azalmasının səbəbi məlum deyil.
«Hansı konkret xərc maddələri ixtisar olunur? Hansı sosial müdafiə tədbirləri idi ki, 2016-cı ildə hökumət ora vəsait ayırırdı, amma 2017-də buna ehtiyac qalmadı? Heç bir sənəddə bu sualın cavabı yoxdur», deyə o bildirib.
Başqa bir qeyri-müəyyənlik kənd təsərrüfatı sektoru ilə bağlıdır.
2016-cı ildə ərzaq təhlükəsizliyi proqramı çərçivəsində mineral gübrələrin, motor yağı və yanacağın dəyərinin ödənilməsi üçün fermerlərə 155.6 mln manat subsidiya xərci nəzərdə tutulmuşdu. 2017-ci ildə həmin xərc 148 mln manata endirilib.
«Amma nəzərə alaq ki, 2017-ci ildə 3 yeni istiqamətə - pambıqçılıq, tütün və barama üçün də subsidiya ödənəcək. Məntiqlə əvvəlki ilə nisbətən subsidiyanın həcmi xeyli artmalıdır»,- deyə Ağayev qeyd edib.
Qeyd edək ki, elmə ayrılan vəsait də azaldılıb. 2016-cı ildə elmə 131,7 mln manat, 2017-ci ildə 118,5 mln manat ayrılıb. Bu, büdcənin 0,7%-dir. Vaxtilə AMEA-nın mərhum prezidenti Mahmud Kərimov qeyd edirdi ki, elmə ayrılan vəsait büdcənin 2%-dən az olsa, ondan heç nə gözləmək olmaz.
Məktəbəqədər müəssisələrə 137,8 mln manat (2016-cı ildə 157,4 mln manat), peşə məktəblərinə 23,1 mln manat (2016-cı ildə 33,7 mln manat), mədəniyyət və incəsənətə 120,8 mln manat, (2016-cı ildə 140,9 mln manat), radio, TV, poliqrafiyaya 57,1 mln manat (2016-cı ildə 66,9 mln manat), xəstəxanalara 340,9 mln manat (2016-cı ildə 352,7 mln manat) vəsait ayrılıb.
R.Ağayev qeyd edib ki, Milli Məclis büdcə müzakirəsində rekordçudur. 2017-ci ilin büdcəsinin müzakirəsi komtələrdəki müzakirələr nəzərə alınmadan 2 gün ərzində aparılıb və müzakirə 8 saat çəkib. Dünyada parlamentlər büdcəni orta hesabla 40-60 gün müzakirə edir.
R.Ağayev hesab edir ki, hökumət büdcə menecmentini kökündən dəyişməlidir.
“Uğurlu təcrübələr göstərir ki, ictimai maliyyə sahəsində islahatların mərkəzində dövlət büdcəsinin perspektiv (orta və uzunmüddətli) planlaşdırılması dayanır. Bu cür planlaşdırma ölkənin gələcək dövrdə inkişafını planlaşdırmaq üçün ən mühüm alətlərdən biridir. Dövlət büdcəsinin perspektiv planlaşdırılması ilk növbədə seçilmiş inkişaf prioritetlərinin hansı mənbələr hesabına maliyyələşdiriləcəyinin dəqiq müəyyən olunmasını tələb edir»,- deyə o bildirib.
Nümunə kimi o, Hesablama Palatasının 2017-ci il büdcə rəyini göstərir. Orda deyilir ki, 4 ilə yaxındır yaradılan və dövlət büdcəsindən maliyyə yardımı əsasında fəaliyyət görstərən “Azalternativenerji” MMC-nin il ərzində istehsal etdiyi və satışa göndərdiyi elektrik enerjisinin dəyəri Cəmiyyətin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləğindən dəfələrlə azdır.
Palata qeyd edir ki, MMC 2015-ci ildə 8,2 milyon kv-saat enerji istehsal edib. Bu, dəyər ifadəsində 492 min manatdır. Halbuki 2015-ci il dövlət büdcəsində MMC-yə ayrılmış vəsaitin məbləği bundan 6,0 dəfə çoxdur.
Əlavə olaraq, hər il də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin saxlanmasına 1.5 mln manat vəsait ayrılır.
“Əslində bütün dövlət qurumlarının büdcədən aldığı vəsaitlə iqtisadiyyata verdiyi töhfəni kəmiyyət və keyfiyyət indikatorları əsasında məhz bu cür ölçmək lazımdır” - deyə o qeyd edir.
Digər nümunə kimi RYTN göstərilir. “Köhnə rabitə nazirinin komandası təmizlənən kimi dövlət büdcəsindən rabitəyə ayrılan xərclər də qeybə çəkildi”, deyə iqtisadçı qeyd edir.
«2016-cı ildə dövlət büdcəsində rabitə xərcləri 43.5 milyon manat təsdiqlənmişdi, 2017-ci ildə 91.5% azaldılaraq cəmi 3.7 mln manat saxlanıb. Deməli, illər uzunu hər il 50-60 mln. manat büdcədən pul alan Nazirliyin büdcə pullarına gerçək ehtiyacının olmamasının aydınlaşması üçün naziri komandası ilə birgə postundan qovmaq lazımmış».
Qeyd edək ki, dövlət büdcəsinin gəlirləri 15 mlrd 955 mln manat (ÜDM-in 26%-i), azalma 867 mln manatdır (5,2%). Büdcə xərcləri 16 mlrd 600 mln manat. (ÜDM-in 27%-i), 2016-cı ilə nisbətən azalma 1 mlrd 895 mln manatdır (10,2%).

Turan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 650 milyon manatın taleyi bəlli deyil

    650 milyon manatın taleyi bəlli deyil ...

    1-12-2016, 18:59

  • 
  • Milli Məclis büdcə müzakirələrinə başladı

    Milli Məclis büdcə müzakirələrinə başladı ...

    2-10-2015, 12:20

  • 
  • Bu gün parlament büdcə müzakirələrinə start verir

    Bu gün parlament büdcə müzakirələrinə start verir ...

    12-11-2013, 11:02

  • 
  • Sahibkarlığa kömək adiyla talanan milyonlar

    Sahibkarlığa kömək adiyla talanan milyonlar ...

    27-01-2013, 12:12

  • 
  • Dövriyyədə olan nağd pulun həcmi ikiqat azalıb

    Dövriyyədə olan nağd pulun həcmi ikiqat azalıb ...

    11-01-2016, 23:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu