Astara rayonunda pensiya və əmək haqlarının verilməsinə başlanıb. Ödəmələrin eyni vaxtda düşməsi nəticəsində bankomatların önündə uzun növbələr yaranıb.
Hər ay pensiyaların verilməsi gecikmələrlə müşahidə olunur. Dekabr ayında pensiyaların verilməsi isə bu ilin sonuna təsadüf edib. Əvvəllər cənub rayonlarında pensiyaların verilməsi hər ayın 15-i, 16-da həyata keçirilirdisə, indi 10-12 gün gecikmə müşahidə edilir.
Əmək pensiyası alan Fayıq Cəfərzadə deyir ki, Yeni il qabağı pensiyaların gecikdirilməsi yaxşı hal deyil. Elə insanlar var ki, pensiya ilə dolanırlar.
XƏZİNƏ BOŞDUR
Rayon sakini, iqtisadçı Vidadi Mirzəyev hesab edir ki, pensiyaların verilməsində daha böyük fasilələr ola bilər: «Xəzinə boşdur. Hökumət qızıl satmağa başlayıbsa, hər şey məlumdur. Evdə pul olmayanda, zinət şeylərini satmaq məcburiyyətində qalırsan. Bu baxımdan hökuməti başa düşmək olar. Mən belə başa düşürəm ki, gələn il iqtisadi vəziyyətimiz ürəkaçan olmayacaq. Əhaliyə aylarla pensiya verilməyə də bilərlər. Yaxşılığa ümid edək».
Hələ ötən gün, dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsindən pensiyaların gecikdirilməsi səbəbini soruşmuşduq. Oradan bildirmişdilər ki, vəsait, hələ ki, hesaba oturmayıb.
Sorğu
Yeni dizaynımız necədir?