Pensiyaların təxminən 15-20% səviyyəsində artacağı gözlənilir
Dövlət Sosial Müdafiə Fondu ölkə başçısına pensiyaların artırılmasına dair müvafiq təkliflərini verib və hazırda prezidentin bu barədə sərəncamı gözlənilir. Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev “APA-Economics”ə bildirib ki, pensiyaların artırılması avqust, ən gec isə sentyabrda baş verəcək.
Qeyd edək ki, pensiyaların təxminən 15-20% səviyyəsində artması nəzərdə tutulur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?