Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünənki iclasında maaş və pensiyaların artacağından danışarkən konkret vaxt göstərib.
İlham Əliyev maaş və pensiyaların artırılması vaxtından danışarkən 2013-cü ilin III rübünü göstərib. Prezident Azərbaycanda orta əməkhaqqının 520 dollar, orta pensiyanın 200 dollar səviyyəsində olduğunu bildirərək deyib: “Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaq. Gələn illərdə də eyni siyasət aparılacaq”. Bu isə o deməkdir ki, 2013-cü il sentyabrın sonlarınaddək maaş və pensiyalarda artım olacaq.
Bəzi məlumatlara görə, maaş və pensiyalarda artımın avqust ayında baş verəcəyi gözlənilir. Müəllimlər, həkimlər və dövlət qulluqçuları, eləcə də pensiyaçıların ilin əvvəlindən gözlədiyi artımın neçə fazi olacağı hamını düşündürür. Artıq bununla bağlı sənədə dövlət başçısı tərəfindən baxıldığı və qəbul olunduğu, dövlət büdcəsindən lazım olan vəsaitin nəzərdən keçirildiyi bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?