Dollar ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trumpın və İngiltərənin Baş naziri Tereza Mey-in açıqlamalarından sonra ucuzlaşır.
Dollar Avro qarşısında 1% ucuzlaşıb. USD/EUR məzənnəsi 1.07 avro səviyəsinin üzərini görüb.
"Wall Street Journal"a (WSJ) müsahibə verən ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trump, ABŞ-ın pul vahidi Dolların, Çinin öz valyutasının dəyərini aşağı saxlaması səbəbilə onsuz da "çox güclü" olduğunu deyib.
Trump, "Bizim şirkətlərimiz onlarla rəqabət edə bilmirlər, çünki pulumuz çox dəyərlidir. Və bu bizi öldürür" deyib.
İngiltərənin Baş naziri Tereza Mey (Theresa May) Londonda Brexit prosesinə dair bəyanatlar verib.
Mey, "Avropa İttifaqının dağılmasını istəmirik" deyərək, "AB-nin uğurlu olması İngiltərənin milli marağına uyğundur" açıqlamasını verib. Bu bəyanat da Avronu gücləndirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?