NATO-nun baş katibi, Donald Trump-ın alyansı tənqid etməsinə cavab olaraq ona ciddi xəbərdarlıq edib və 11 sentybar terror hücumunu unutmamağı məsləhət görüb. Qərb mediasının xəbərlərində deyilir ki, Jens Stoltenberg-in xəbərdarlığı ABŞ prezidenti seçilmiş Donald Trump-ın Qərbi narahat edən bəyanatlar verməsi ilə bağlıdır. Alyans başçısı deyib ki, misli görünməmiş təhlükə şəraitində ABŞ və Avropa birliklərini qoruyub saxlamalıdır. Trump seçki kampaniyası zamanı NATO-ya üzvlük haqqı verməyən ölkələrə dəstək verilməyəcəyi ilə hədələmişdi. Stoltenberg xatrıladıb ki, NATO üzvlərinin kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddədən indiyədək yalnız bir dəfə - 2001-ci il sentyabrın 11-də ABŞ üzərinə terror hücumu zamanı istifadə edilib. NATO rəhbəri deyib ki, o vaxtdan bəri minlərlə Avropa əsgəri Əfqanıstanda xidmətdədir. “Onların min nəfərindən çoxu buna görə həyatını qurban verib” – deyib Stoltenberg. Eyni zamanda Stoltenberg NATO üzvlərinin təşkilat qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi barədə Trump-ın iradlarını bölüşdüyünü deyib, lakin eyni zamanda işarə edib ki, onun Rusiyaya yönəlik bəyanatları ciddi narahatlıq doğurur. Kreml ümid etdiyini bildirib ki, Donald Trump NATO-nu qoşunlarını Rusiya sərhədlərindən çəkməyə sövq edəcək.
Sorğu
Yeni dizaynımız necədir?