“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi xəbər verir ki, aprel ayında Bakının təkrar mənzil bazarında orta qiymət martda qeydə alınan nəticədən 0.7% artıb və kvadratmetri 1211 dollar təşkil edib. Mənzilin orta qiyməti 113 162 dollar olub.
İlkin mənzil bazarında qiymət 0,8% artıb. Yeni tikililərdə bir kvadratmetr üzrə orta qiymət 864,3 manat olub.
İnşaat materialları bazarına gəlincə, yanvar ayından başlayan qiymət artımı aprel ayında kəskin azalma ilə müşahidə olunub. Ümumilikdə ötən ay daha çox 18 adda, 59 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?