GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Nazirin yarmarka biznesindən gələn milyonlar

Nazirin yarmarka biznesindən gələn milyonlar

Tarix: 11-06-2013, 12:59 Bölmə :İqtisadiyyat Baxış: 1 312
Nazirin yarmarka biznesindən gələn milyonlar

İsmət Abbasov şənbə-bazar yarmarkalarında hər satıcıdan 20 manat yığdırır

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) hər həftənin şənbə-bazar günləri paytaxtın 9 nöqtəsində təşkil etdiyi satış yarmarkaları bir çox məmurlardan ötrü əsl biznesə, yaxşı gəlir mənbəyinə çevrilib. Görünən budur ki, bu yarmarkalar KTN şefinin iddia etdiyi kimi, heç də aztəminatlı, kasıb təbəqənin maraqlarına yox, varlı məmurları daha da varlandırmağa xidmət edir. Əməkdaşımız bu qənaətə həmin yarmarkaların birində apardığı müşahidələr və satıcılarla söhbətdən əldə etdiyi faktlar əsasında gəlib.
İyunun 9-da Yeni Günəşli qəsəbəsində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bahalıq müşahidə olunub. Bunun səbəbləri ilə maraqlananda ortaya ilginc gerçəkliklər çıxdı. Öncə yarmarkada satışa çıxarılan bəzi məhsulların qiymətləri haqda danışaq və onları bazarlarda, meyvə-tərəvəz köşklərində və marketlərdəki qiymətlərlə müqayisə edək. Beləliklə:
- Kartof yarmarkada 80 qəpik-1 manat 20 qəpikdir. Marketdə və meyvə-tərəvəz köşklərində isə 50-70 qəpik arası.
- Gilas və əriyin qiyməti yarmarkada 3 manatdan başlayır. Marketdə və köşklərdə isə 2 manat 50 qəpik-3 manat arasındadır.
- Çiyələk yarmarkada 3 manat-3 manat 50 qəpikdir. Market və köşklərdə isə 2 manat 50 qəpiyi aşmır.
- Gilənar yarmarkada 1 manat 50 qəpikdən 2 manata qədərdir. Market və köşklərdə isə 1 manat 20 qəpikdir.
- Pomidor yarmarkada 1 manatdan ucuz deyil, bəzən hətta 1 manat 50 qəpikdən 2 manata qədərdir. Market və köşklərdə eyni məhsul 75-80 qəpikdən başlayaraq təklif olunur.
- Xiyar yarmarkada 50 qəpikdən aşağı deyil. Market və köşklərdə isə ən keyfiyyətlisi uzağı 40 qəpiyədir.
- Təzə lobya yarmarkada 1 manat-1 manat 30 qəpik arasındadır. Market və köşklərdə 90 qəpik-1 manatadır...
Siyahını uzatmaq, bura kənd yumurtası, göyərti, kələm, çuğundur və s. kimi məhsulları da əlavə etmək olar. Göründüyü kimi, yarmarkadakı qiymətlər market və bazardan ən yaxşı halda 20-40 faiz yüksəkdir. Halbuki KTN iddia edir ki, yarmarkada qiymətlər bazarlardan orta hesabla 25-30 faiz aşağıdır (bax: KTN-in rəsmi agro.gov.az saytı). Faktlar bu iddianı təkzib edir...
Əməkdaşımız yarmarkadakı satıcılarla söhbətində bu bahalığın səbəblərini soruşub. Hamısının cavabı belə olub ki, “burada bizdən yer haqqı aldıqları üçün məcbur olub baha satırıq, yer pulunu müştərinin cibindən çıxarırıq”.
Satıcılar hər piştaxta üçün gündəlik 20 manat (şənbə-bazarı nəzərə alanda həftədə 40 manat) ödədiklərini qeyd ediblər.
“Əgər bu 20 manatı bu yarmarkanı təşkil edən adamlara verməsək, malı da ucuz satarıq. Piştaxta da çox balacadır. Ora cəmi 7-8 pomidor yeşiyi qoyaraq içinə məhsul düzüb satmaq olar. Ona görə malı baha satmağa məcburuq” - deyə satıcılar narazılıqlarını bildiriblər.
Satıcılardan “bəs 20 manatı konkret kimə verirsiniz” sualına belə cavab aldıq: “İcra hakimiyyətindən iki-üç nəfər olur, bir də Kənd Təsərrüfatı Nazirliyinin iki qalstuklu adamı gəlir. Yanlarında da polis olur. Pulu səhər saat 10-a qədər yığırlar. Gələnlər özləri bir az qıraqda dayanır. Bazarda bir-iki əli dəftərli adamları var. Pulu onlar yığıb siyahı ilə təhvil verirlər. Pul yığımını görmək istəyəndə bir az tez gəlin. Saat 9-da lap yerinə düşər. Hamısı burada olurlar...”
Yeni Günəşlidəki yarmarkada 122 ədəd 20 manatlıq piştaxtanın olduğunu (meyvə-tərəvəzi birbaşa yerə, asfaltın üstünə düzüb satan 10-12 “obyekti” hələ saymırıq) nəzərə alsaq, deməli, bu bazar məmurlara həftədə 4880 manat xalis qazanc gətirir. Bu isə ayda 19520 manat deməkdir. Yəni ildə 235 min manatdan çox. Təxminən 300 min dollar. Bəs bu pullar hara, kimin cibinə gedir? Suala sonra qayıdarıq...
KTN Bakıda 9 belə yarmarkanın olduğunu bildirir (bax: KTN-in rəsmi agro.gov.az saytı). Onlar aşağıdakılardır:
1. Səbayel rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1;
2. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli V yaşayış massivi;
3. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 12;
4. Yasamal rayonu, Şərifzadə küçəsi, 131, Rabitə kollecinin yanı;
5. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26;
6. Nəsimi rayonu, “Təzə bazar” MMC-nin yanı;
7. Nəsimi rayonu, 3 mkr., Alı Mustafayev küçəsi, 30/14;
8. Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ilə Sarayevo küçəsinin kəsişməsi;
9. Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53.
Bu ünvanlardakı yarmarkalarda neçə piştaxtanın olduğunu bilmirik. Amma Yeni Günəşli yarmarkasındakı satıcılarla söhbətimizdən onu dəqiq öyrənə bilirik ki, bütün yarmarkalarda eyni vəziyyətdir, hamısından yer pulu yığılır. Yeni Günəşlidəki yarmarka sahəsinə görə digərlərindən çox balacadır. Amma tutaq ki, digərlərində də oradakı qədər - 122 piştaxta var. Bu hesabla onların hər birindən də hər il 235 min manat (300 min dollar) yer pulu yığılır. Bu isə 9 yarmarka hesabı ilə ildə 2,7 milyon dollar xalis gəlir deməkdir. KTN bu yarmarkaları 2006-cı ilin iyul ayından bəri hər həftə iki dəfə olmaqla təşkil edir (bax: KTN-in rəsmi agro.gov.az saytı). Bu da o deməkdir ki, yarmarka biznesinin təkcə yer pulu “seqmenti” həmin bazarların təşkilatçılarına bu 7 ildə üst-üstə 19 milyon dollara yaxın xalis qazanc gətirib.
Bəs təşkilatçılar kimdir? Onların adı KTN-in saytında aydın yazılıb - kənd təsərrüfatı naziri İsmət Abbasovla bu məsələdə KTN-in tərəfdaşı olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov.
Biz qətiyyən iddia etmirik ki, bu pulların istisnasız olaraq hamısı cənab Abbasovla cənab Abutalıbovun cibinə gedir. Təbii ki, onların da müavinləri, rayon icra başçıları, ayrı-ayrı idarə və təşkilatlar var. Bu biznesdən gələn qazancdan hamıya pay çatır. Dövlət başçısından tutmuş sadə vətəndaşa qədər hamını bu yarmarkaların çox lazımlı bir şey olduğuna inandırmaq üçün arada özü də bu yarmarkalardan TV kameraları önündə yarım kilo noxud alan nazir Abbasova isə daha çox. Çünki patron odur...
Bütün bunları nəzərə alanda əminliklə söyləmək olar ki, KTN şefi İsmət Abbasov pis menecer sayılmaz. Kasıb xalqa qayğı adı və paytaxt sakinlərinin cibi ilə oynayıb daha da varlanan nazirin oğlunun Londonda 2 milyon dollarlıq lüks malikanəni hansı pula alması sualı yarmarkalardan hər il gələn milyonlar fonunda sadəlövh görünür...

Pərvin Dadaşzadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kənd Təsərrüfatı Nazirliyinin “yarmarka-şou”su...

    Kənd Təsərrüfatı Nazirliyinin “yarmarka-şou”su... ...

    10-12-2013, 21:47

  • 
  • Heydər Əsədov: "Kartof, soğan bolluğu olacaq"

    Heydər Əsədov: "Kartof, soğan bolluğu ...

    28-12-2013, 23:56

  • 
  • Bayram yarmarkaları, yoxsa yeni bazarlar? - FOTOLAR

    Bayram yarmarkaları, yoxsa yeni bazarlar? - ...

    19-03-2015, 12:39

  • 
  • Kənd Təsərrüfatı Nazirliyi qiymət artımı ilə bağlı rəsmi açıqlama yaydı

    Kənd Təsərrüfatı Nazirliyi qiymət artımı ilə ...

    3-09-2014, 13:10

  • 
  • Bu gündən bayram yarmarkaları fəaliyyətə başlayır

    Bu gündən bayram yarmarkaları fəaliyyətə başlayır ...

    28-12-2013, 10:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu