GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kənd Təsərrüfatı Nazirliyinin “yarmarka-şou”su...

Kənd Təsərrüfatı Nazirliyinin “yarmarka-şou”su...

Tarix: 10-12-2013, 21:47 Bölmə :İqtisadiyyat Baxış: 963
Kənd Təsərrüfatı Nazirliyinin “yarmarka-şou”su...
Benzinin və dizel yanacağının qiymətinin artması Kənd Təsərrüfatı Nazirliyini (KTN) çıxılmaz vəziyyətə salıb. Nazirliyin təşkil etdiyi ənənəvi şənbə-bazar yarmarkalarında satıcılarla nazirlik əməkdaşları arasında qalmaqal yaşanıb.

Bu barədə məlumat verən satıcılar narazılığın yaranmasında nazirlik əməkdaşlarını ittiham ediblər: “Yanacağın qiymətinin artırılması məhsulların maya dəyərinə təsir edib. Rayondan kənd təsərrüfatı məhsullarının daşınma xərcləri artıb. Üstəlik Bakıda məhsulların saxlanılmasına şərait yaradılmır. Rayondan məhsul gətirən fermerlərin buna da əlavə xərci çıxır ki, bu da son nəticədə qiymətlərə təsir edir. Amma nazirlik bizim bu xərclərimizi qarşılamaq üçün qiymətləri azca artırmağımıza da qarşı çıxır. Məhsulları baha satan satıcılara qarşı cəza tədbirləri görüləcəyini deyirlər. Onda zəhmət çəkib texnika, yanacaq problemlərinin həllinə kömək etsinlər”.

Satıcıların sözlərinə görə, nazirlik əməkdaşları qiymətlərin bayram ərəfəsində artırılmasını təklif ediblər. Çünki Azərbaycanda bayram ərəfəsi bahalaşma ənənəvi hal alıb və bu, hər bayramda qiymət artımından sonrakı bahalaşma üçün bəhanə rolunu oynayır.

Narazı satıcılar onu da dedilər ki, nazirlik kənd təsərrüfatının inkişafı üçün ciddi tədbirlər görmür: “Texnika bir qrup fermerin, əsasən də yerli məmurlara bağlı olan fermerlərin əlində cəmləşib. Onlar isə texnikanı istədikləri qiymətə icarəyə verirlər”.



Qeyd edək ki, şənbə-bazar yarmarkalarındakı vəziyyət istənilən halda məhz KTN-in günahkar olduğunu söyləməyə əsas verir. Nazirliyin yarıtmaz siyasəti nəticəsində həmin yarmarkalar hazırda alverçilərin əlində cəmlənib. Çünki kəndli öz məhsulunu minbir zillət və yüksək xərclər hesabına Bakıya gətirib onu KTN-in xətrinə ucuz satmaqda maraqlı deyil. Ortada məntiq var: KTN-dən heç bir qayğı görməyən kəndli ona məsələn, 1 manata başa gəlmiş məhsulu nazirliyin və rayon icra hakimiyyətlərinin arzusu və ya əmri ilə nəyə görə 80 qəpiyə satmalıdır? Ona görə də onlar bu yarmarkalara son vaxtlar elə də maraq göstərmir. Nəticədə yarmarkalar bazar alverçilərinin nəzarətinə keçib. Hətta İrandan, Türkiyədən, Pakistandan, Gürcüstandan gətirilən məhsulların yarmarkalara çıxarılması da dediklərimizə sübutdur. Halbuki bu yarmarkaların təşkilindəki bir məqsəd də yerli istehsalı stimullaşdırmaq idi.

Yada salaq ki, 2006-cı ildə bir model kimi düşünülən və həmin ilin iyulundan da hər həftə Bakının 9 nöqtəsində (1. Səbayel rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1;

2. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli V yaşayış massivi;

3. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 12;

4. Yasamal rayonu, Şərifzadə küçəsi, 131, Rabitə kollecinin yanı;

5. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26;

6. Nəsimi rayonu, “Təzə bazar” MMC-nin yanı;

7. Nəsimi rayonu, 3 mkr., Alı Mustafayev küçəsi, 30/14;

8. Xətai rayonu, Məzahir Rüstəmov və Sarayevo küçələrinin kəsişməsi;

9. Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53.) təşkil olunan şənbə-bazar yarmarkaları ilkin dövrdə süni qiymət artımının və alverçilərin qarşısını almağa, əhalinin aztəminatlı hissəsinin maraqlarını qorumağa yönəldilmişdi.

Bu sxemdə hər şey əla düşünülmüşdü. Bu plana görə, rayon icra hakimiyyətləri ilə KTN əl-ələ verərək rayonlardan məhsulların Bakı bazarlarına daşınmasını və satışını təşkil edir, nəticədə kəndli məhsulunu satır, şəhərli isə hər həftə təzə, keyfiyyətli və nisbətən ucuz məhsul ala bilirdi. İşə “yuxarı”dan, hökumət səviyyəsində ciddi nəzarət olunca, yəni polis, sahə müvəkkili, vergi, QAİ, siçan-pişik idarəsi, ərazi qoçusu, şamtutan, qapıörtən, yolaçan-filan gəlib bazarda satıcılardan “haqq” yığmayınca sonuncuların da xərci az olacaq, beləliklə, onlar “kənar qüvvələr”ə verdiklərini çıxarmaq üçün satdıqları məhsulu zorən bahalaşdırmayacaqdı. Kağız üzərindəki plan belə idi...



Amma sonra nə oldu? KTN bu işə sonradan şou, kampaniya, öz piar-təbliğat vasitəsi (“baxın ha, biz yatmamışıq, işləyirik” anlamında), plandoldurma əhvalatı kimi baxınca bunun da neqativ tərəfləri üzə çıxdı. Yarmarkalar həm keyfiyyət, həm də qiymət baxımından bazarlara uduzdu. Keyfiyyətsiz məhsullar yarmarkalarda üstünlük təşkil etdi. Səbəb sadədir. İcra hakimiyyətlərinin əmri ilə yaxşı əmtəə görünüşü olan keyfiyyətli məhsulunu bu yarmarkaya çıxarıb onu ucuz satmağa məcbur edilən kəndli və fermerlər buna necə həvəsli ola bilərdilər? Onlar keyfiyyətli məhsullarını bazara çıxarmağa üstünlük verməli idilər və belə də elədilər.

İndi yarmarkalarda daha çox hansı mallar satılır? Bazarlarla müqayisədə II-III dərəcəlilər. Yarmarkalara baş çəkən hər kəs orada tonlarla çarıq-çürük məhsul görə bilər. Keyfiyyətli məhsullar isə elə yarmarkada da bazar qiymətinədir, hətta daha bahadır. Onda bu şou nə üçündür?



Nazirlik yarmarkaların təşkili sarıdan da kifayət qədər bacarığa malik olmadığını göstərdi. Yayda-qışda 48 saat boyunca gün və qar-yağış altında qalan məhsulun keyfiyyəti necə olacaq?

Nəhayət, yarmarka satıcılarının da dilə gəlməsi və himayədarlarına qarşı çıxması bu “yarmarka-şoular”ın öz labüd finalına yaxınlaşdığından xəbər vermirmi? Bunu zaman göstərəcək. Hələlik dəqiq bilinən odur ki, azad sahibkarları, kəndli-fermer təsərrüfatlarını inzibati yolla ucuzlaşma şousuna qoşmaq alətinə çevrilən bu tryuk heç bir real nəticə vermir. Qiymətlərin yüksək olmasına görə bəzən hətta marketləri və meyvə-tərəvəz satışı köşklərini də qabaqlayan bu yarmarkalar əhalinin aztəminatlı təbəqəsinə heç zad vermir. Kənd Təsərrüfatı Nazirliyində oturanlara nələri verdiyini söyləmək isə çətindir. Təkcə onu deyə bilərik ki, ötən şənbə-bazar günləri yarmarkada söhbət etdiyimiz satıcıların bir çoxu bu ticarətin KTN-də oturan bir çox məmurlara yaxşıca əl verdiyini iddia edir. Fakt ortadadır: bu yarmarkalarda hər piştaxtadan bir satış günü üçün 20 manat yerpulu yığılır - satıcılar belə deyir. Bu da hər satıcıdan həftədə 40, ayda isə 160 manat alınması deməkdir. Bəs bu pullar kimin cibinə gedir? Xarici İşlər, yaxud Mədəniyyət Nazirliyində oturanlarınmı? Mövzuya qayıdacağıq...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kənd təsərrüfatı məhsullarının qiyməti yenə artacaq

    Kənd təsərrüfatı məhsullarının qiyməti yenə ...

    11-12-2013, 12:41

  • 
  • Çörək də bahalaşacaq - Siyahı

    Çörək də bahalaşacaq - Siyahı ...

    13-01-2015, 17:42

  • 
  • Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - Siyahı

    Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - ...

    8-11-2013, 14:47

  • 
  • Bayram yarmarkaları, yoxsa yeni bazarlar? - FOTOLAR

    Bayram yarmarkaları, yoxsa yeni bazarlar? - ...

    19-03-2015, 12:39

  • 
  • İsmət Abbasovun yarmarka yalanları

    İsmət Abbasovun yarmarka yalanları ...

    20-05-2013, 16:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu