Əmək pensiyalarının sığorta hissəsinin artırılması pensiyaçıların 95 faizinə şamil olunacaq. Dövlət Sosial Müdafiə Fondunun yaydığı açıqlamada deyilir ki, dövlət qulluqçusu, xüsusi rütbəli şəxs və hərbi qulluqçuları kimi pensiya alan şəxslər istisna olmaqla digərləri pensiyasını artımla alacaq.
Pensiyaların sığorta hissəsinin artımının xüsusi qaydalara əsasən, yəni əməkhaqqı əsasında hesablanması xəbəri çoxlarının çaşqınlığına səbəb olub. Amma artım gözlənilən kimi yüksək məbləğdə deyil.
Virtualaz.org saytı pensiyaların sığorta hissəsinin artırılmasınını nə qədər olacağını öyrənmək üçün fondun Nəsimi rayon şöbəsinə müraciət edib.
DSMF-nın Nəsimi şöbəsindən bildirdilər ki, artım 93 qəpikdən 1manat 20 qəpik arasında olacaq: “Pensiyaların sığorta hıssəsinin artımı pensiya artımı kimi başa düşülməməlidir. Məsələn, pensiyaçı 139 manat alırsa, yeni artımla 139 manat 93 qəpik alacaq”.
Qeyd edək ki, 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2014-cü il, yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsini indeksləşdirib. 2013-cü ildə istehlak qiymətlərin 2,4 fazi bahalaşdığından artım da bu qədər olacaq.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,8 milyon manat, il ərzində isə 21,6 milyon manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.
Sorğu
Yeni dizaynımız necədir?